Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Amerika-Çin savaşı XXI əsrin sahibini müəyyən edəcək

 

Rusiya Yaxın Şərqdə söz sahibinə çevrilir

Yenixeber.org: Fransanın “Le Figaro” nəşri ABŞ-ın Yaxın Şərqdən çəkilməsinin səbəbini ABŞ-Çin ticarət müharibəsi ilə əlaqələndirir. Nəşr iddia edir ki, ABŞ və Çin hazırda ticarət müharibəsinə köklənib. Bu müharibənin qalibi XXI əsrin lider dövləti olacaq. Ona görə də "fillər" arxalarında vızıldayan "milçəklərlə" önəm vermədən bu əsas məsələ üzərində baş sındırırlar. Bu savaşdan istifadə edən Rusiya isə Yaxın Şərqdə möhkəmlənməyə çalışır. Zatən cənab Tramp öz davranışı ilə Putinin həmin ərazilərdə söz sahibinə çevrilməsinə yaşıl işıq yandırıb...

Siyasətin şahmat taxtası üzərində isə “dənizlə torpağın” əbədi mübarizəsi gedir. Fransa ABŞ-ı Suriyadan geri çəkildiyinə görə ittiham edir. Fransa o fikirdədir ki, Amerika öz missiyasını başa vurmadan qoşunlarını Suriyadan çıxarır. Məqalədə deyilir ki, diqqətlə baxsaq, görərik ki, Barak Obama da Amerika qoşunlarının İraq və Əfqanıstandan çıxarılması istiqamətində ciddi addım atmışdı. Donald Tramp da əslində həmin xətti davam etdirir. Amerika bir çox ölkəyə hərbi müdaxilə edib və bunun üçün ağlasığmaz pullar xərcləyib. Və daxil olduğu ölkələri də məğlub olaraq tərk edib. İndi Amerikaya Yaxın Şərq o qədər da maraqlı görünmür. Çünki Amerikalılar özləri sıxılmış qazı istehsal etməyə və satmağa hazırdır.

“Kim düşünə bilərdi ki, Sovet İttifaqı dağılandan 30 il sonra Amerika Yaxın Şərqi Rusiyaya güzəştə gedəcək. Elə bil ki, Tramp belə düşünür: - Qoy Putin Yaxın Şərqə daha çox müdaxilə etsin. Orada bir-birinə düşmən olan o qədər qüvvə var ki. İsrail, Türkiyə, İran. Putin nə vaxt lazım bilsə çubuğunu işə salsın və sülhməramlı qoşunlar adı altında hərbi əməliyyatlar keçirsin. Onsuz da Yaxın Şərqdə uzun müddətli sülh ola bilməz. Qoy bu dəfə də Putin kürdləri satsın. O yazıqları son yüz ildə hər kəs sata-sata gedib”...

Rusiya Yaxın Şərqdə eşələnəndə ABŞ-la Çin ticarət savaşı aparacaq və bu savaşın XXI əsr ərzində davam edəcəyi də mümkündür. Nəhənglərin savaşı əvvəllər də olub. Məsələn, Fransa ilə Böyük Britaniya, Almaniya ilə Britaniya, ABŞ-la SSRİ arasında belə qarşıdurmalar olub. Titanların bu cür üz-üzə gəlməsi “Fukidida sindromu” adlanır. Tarixçi olan Fukidida yazırdı ki, inkişafda olan super ölkə ilə öz mövqelərini əldən verən super ölkə arasındakı qarşıdurma sonda müharibə ilə yekunlaşır. 

Ona görə də ABŞ və Çin dünyanın digər nöqtələrindəki maraqlarını unudub əsas məsələ üzərində fikirlərini cəmləmək zorunda qalıb. Orta Şərq, Cənub-Şərqi Asiya, Afrika, Rusiya və Avropa yaddan çıxıb.

Yəni iki "fil" arxalarında vızıldayan milçəklərə önəm vermədən öz savaşını aparır...(müsavat)

Elbəyi Həsənli

https://russian.rt.com/inotv/2018-12-29/Figaro-radi-protivostoyaniya-s-Kitaem


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam