Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Tramp Ər-Riyadı HƏDƏLƏDİ:“İstəməzdim ki…”

 

Tramp Ər-Riyadı HƏDƏLƏDİ: “İstəməzdim ki…”

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını Yəməndə Amerika silahından qeyri-peşəkar istifadədə ittiham edib.

Yenixeber.org: Xəbər verir ki, Amerika lideri bu haqda “Axios” nəşrinə müsahibəsində bildirib.

O, Ər-Riyadın başçılıq etdiyi ərəb koalisiyasının avqust ayında Yəməndə uşaqları daşıyan avtobusa aviazərbələr endirməsini “dəhşətli hadisə” adlandırıb.

“Bu insanlar sadəcə, silahdan necə istifadə olunduğunu bilmirlər”, - Tramp deyib.

Tramp bildirib ki, Vaşinqton Yəməndəki vəziyyəti çox diqqətlə müşahidə edir:

“Yəmən hazırda Yer kürəsində ən dəhşətli yerdir. Mən Səudiyyə Ərəbistanı ilə danışacağam. Və mən istəməzdim ki, silahdan istifadə etməyi bacarmayan insanlar ondan istifadə etsinlər”, - prezident Ər-Riyada silah satışının dayandırılmasının mümkünlüyü ilə bağlı suala cavab verərkən bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası avqustun 9-da Yəmənin şimalında avtobusa aviazərbə endirib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, zərbə nəticəsində əksəriyyəti uşaq olmaqıa, 50 insan həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam