Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Paşinyan da Şuşaya gedəcək -“Dəmir yumruğ”un diktəsi

 

Ermənistanın “inqilabçı” rəhbəri inqilabi qərarlar vermək astanasında; hazırkı sülh İrəvan üçün müharibədən də betərdir, çünki...; erməni bloger: “Ermənistan Qarabağ məsələsini həmişəlik qapatmalıdır...” 

Yenixeber.org: Gözlənildiyi kimi, “Minsk üçlüsü”nün Bakıdakı səfirlərinin Şuşaya getməməsi erməni tərəfini ruhlandırıb. Orada bu demarşı dərhal ərazi bütövlüyümüzə şübhənin təzahürü, yəni dolayısıyla erməni separatizminə dəstək kimi yozublar. Reallıq isə bədxah qonşuların əllərini əllərinə sürtüb sevinməsinə əsas vermir.

Əvvəla, Şuşa - qədim və tarixi Azərbaycan şəhəridir. Mədəniyyət məbədimiz, mədəniyyət paytaxtımızdır. İşğaldan öncə də belə olub, indi də belədir, həmişə də belə qalacaq. Bu gerçəyi kimsə dəyişə bilməz və.. nida işarəsi! Odur ki, ermənilər artıq “it dəftərində” adı olmayan, varlığı ilə yoxluğu bilinməyən, ara-sıra elə bu cür demarşlarla özü haqda xatırlatma edən Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərinin Şuşaya getməkdən imtinasından məmnun olmağa tələsməsinlər. Ona qalsa, 28 illik işğal dövründə İrəvanda mənzillənmiş xarici ölkə səfirlərinin heç biri Şuşaya getməmişdi. Ermənilər buna nail ola bilməmişdilər. Çünki onların hamısı Şuşanı işğal olunan Azərbaycan şəhəri sayırdılar. İndi də sayırlar.

ABŞ, Rusiya və Fransa səfirləri Şuşaya getməkdən imtina etdi - en son  xeberler 2021, xeberler bu gun 2021

Demək, geci-tezi var, yerdə qalan ABŞ, Rusiya və Fransa səfirləri də başqa diplomatlar kimi Şuşaya baş çəkəcəklər. Ayrı cür ola bilməz. Hər üç dövlət bölgənin açar ölkəsi kimi Azərbaycanın “izqoy” Ermənistandan fərqini yaxşı bilir. İkinci yandan, ABŞ da, Rusiya da (Putin müharibənin sonunda bunu şəxsən dilə gətirdi), ermənipərəst Fransa da ərazi bütövlüyümüzü rəsmən tanıyır. Ermənistan da tanısa, ən böyük yaxşılığı elə özünə edər və... Şuşaya Paşinyanın da yolu açılar. Rəsmi qonaq olaraq, Azərbaycana qarşı heç bir ərazi iddiası irəli sürməyən, normal əlaqələrdə olduğumuz qonşu ölkənin rəhbəri kimi...

*****

Məsələ də ondadır ki, rəsmi İrəvanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi saymaqdan imtina eləməsinin yaratdığı qeyri-müəyyənlik, yəni pis sülh müharibədən yaxşı deyil və ən çox Ermənistanın ziyanına işləyir, onu hər gün bir az daha böhran quyusunun dibinə dartır. Blokada qaldıqca, nəqliyyat yolları açılmayınca, qonşu dövlətlərlə münasibətlər qurulmayınca, dünya okeanına çıxış olmadıqca Ermənistanın hansı inkişaf perspektivi ola bilər ki?

20 iyun seçkilərində Nikol Paşinyana verilən etimad mandatı isə əbədi deyil. Vaxt gedir. Artıq Nikol üçün “qum saatı” artıq işə salınıb. “İnqilabçı” Paşinyan ölkənin qalxınması üçün çevik və inqilabi qərarlar verməlidir. Onlardan biri və birincisi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi elan edib də ölkəmizlə böyük sülh sazişi imzalamaqdır. Bununla Türkiyə ilə əlaqələr də avtomatik normala düşəcək. Ankara rəsmiləri dəfələrlə bəyan ediblər ki, Türkiyə-Ermənistan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrindən birbaşa asılıdır.

Qısası, “top” həmişəki kimi, Ermənistanın meydanındadır. Əlahəzrət zaman və sərt gerçəklik Nikola yalnız “irəli get!” deyir, “geri baxmadan irəli!” deyə pıçıldayır. Əfsus ki, Paşinyan bu yöndə real addım atmağa tələsmir. O gün isə o, separatçılara görüşmək üçün öz köməkçisini Xankəndinə göndərmək qərarı verib. Bu addımın konkret hansı niyyətlə atıldığını, bölgədə barışa, yoxsa savaşa işləyəcəiyini tezliklə biləcəyik.

Ancaq həmin qərardan iki gün öncə Nikol Paşinyanın İrəvanda separatçı quldurbaşı Ararik Arutunyanla görüşü diqqət çəkir. Görüş zamanı Paşinyan “bizim əsas prioritetlərimizdən biri ”artsax"ın statusudur" söyləyib və ATƏT-in Minsk Qrupuna ümidlərini ifadə edib. Belə çıxır ki, Ermənistan rəhbəri hələ də daşı ətəyindən tökmək fikrində deyil. O zaman gərək bədəninə də hazır olsun...

*****

Oxu.az - İqor Korotçenko: “Ermənistanda gözəl başa düşürlər ki, Qarabağ  əzəli Azərbaycan torpağıdır” - MÜSAHİBƏ

 İqor Korotçenko 

 

“Mənim erməni xalqına qarşı heç bir şəxsi-qərəzim yoxdur. Heç bir şərhimdə də döyüşlərdə həlak olan erməni əsgərlərini təhqir etməmiş, ələ salmamışam. Müharibə belədir - ya sən, ya da səni... Ancaq mən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişəm və dəstəkləməyə davam edirəm. Axı Putin də eyni şeyi deyir! Yəni Qarabağ Azərbaycandır! Ermənistana isə Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağı və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində inkişaf diləyirəm. İstənilən halda sülh müharibədən yaxşıdır”.

Bu barədə tanınmış rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz telegram kanalında yazıb.

“Qarabağ Azərbaycanın tərkibində tanınan kimi Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq”.

Bu sözləri isə tanınmış erməni fəal, bloger İşxan Verdyan Caliber.Az-a verdiyi müsahibəsində deyib.

Onun qənaətincə, Qarabağın gələcəyi müəyyənləşmədən məsələ həllini tapmayacaq. “Azərbaycan Qarabağı öz tərkibinə tam şəkildə qəbul etməlidir, bundan sonra sülh sazişindən danışa bilərik. Ermənistan da bu məsələni bağlamalıdır. Hazırda Paşinyan Qarabağ məsələsində Minsk Qrupuna istinad edir, özü isə siyasi təşəbbüskarlıq göstərmir. Ancaq mənim subyektiv fikrimcə, məhz Minsk Qrupunun 30 illik fəaliyyəti qanlı müharibəyə gətirib çıxardı”.

Verdyan hesab edir ki, Nikol Paşinyan regionda siyasi impotent sayılan ATƏT-in Minsk Qrupu həmsədrlərinə baxmadan təşəbbüslərlə çıxış etməlidir. “Paşinyanın necə davranacağını bilmirəm, bu, mənə aydın deyil. Ancaq sülh müqaviləsinin imzalanması onun atacağı addımlardan birbaşa asılıdır. Məsələ Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasından gedir. Bu baş verən kimi sülh müqaviləsi imzalanacaq. Ancaq bunun nə vaxt olacağını söyləmək mənim üçün çətindir”, - deyə Verdyan əlavə edib.

Zaman isə çoxdan Ermənistana işləmir. Vurğulandığı kimi, nəticəsiz ötüb keçən hər gün Ermənistanın onsuz da ağır olan problemlərini daha da ağırlaşdırır. Qərar Paşinyanın, daha doğrusu, erməni xalqınındır...
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam