Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Nə oldu Paşinyan?, Şuşanın sağlığına içirdin"-Erməni deputat

"Nə oldu Paşinyan?, Şuşanın sağlığına içirdin"-   Erməni deputat
“Çiçəklənən Ermənistan” partiyasının deputatı Gevorq Petrosyan baş nazir Nikol Paşinyanın Şuşa haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Yenixeber.org: O ölkə rəhbərinə sonda azərbaycanlıların dilində əzbərə çevrilən məşhur sualı da verib:

“Deməli Şuşa Azərbaycan şəhəridir? Utanmaz, hələ 2017-ci ildə, yazıq bir deputat olan zaman spiker Ara Babloyanın rəhbərliyi ilə Qarabağa getmişdiniz. Bəs niyə onda eyni masada oturub Şuşanın tutulmasının sağlığına içirdin? Аx Paşinyan, sənə nə oldu axı belə? Yaxud da, "bəs nə oldu Paşinyan?".

Xatırladaq ki, iki gündür baş nazir Nikol Paşinyanın Şuşa haqqında səsləndirdiyi və həqiqəti əks etdirən fikirlər erməni cəmiyyətində qıcıq yaradıb. O, parlamentdəki “hökumət saatı”nda danışıqlar prosesi zamanı azərbaycanlı qaçqınların Şuşaya qayıtmayacağı variantının olmadığını söyləmişdi. Baş nazir bildirib ki, Şuşada yaşayanların 90 faizdən çoxu azərbaycanlı olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam