Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Azərbaycana qarşı yeni Qarabağ oyunu -“dirijor çubuğu” kimindir?

 Seçkilərdən sonra Əliyevin Putinə zəngini zəruri edən kritik səbəblər; Ermənistanın sabiq XİN başçısı: “İrəvan tezliklə üç ciddi problemlə üzləşəcək, Bakı istədiyini alacaq...”

Yenixeber.org: Ermənistandakı növbədənkənar parlament seçkilərindən sonra 10 noyabr üçtərəfli sazişi məxsusi aktuallıq qazanıb. Bu da gözlənilən idi. Ona görə ki, rəsmi Bakı məğlub ölkədə siyasi qeyri-müəyyənliyin bitməsini və legitim hökumətin formalaşmasını gözlədiyi üçün adıçəkilən sənədin bəzi bəndlərinin həyata keçməsindəki ləngimələrə göz yumurdu.

Ancaq artıq məlumdur ki, Ermənistanda Rusiyaya bağlı revanşist qüvvələr, konkret olaraq Qarabağ klanı və onun odioz siması, Xocalı canisi Robert Köçəryan seçkilərdə fiaskoya uğrayıb, onun hakimiyyətə qayıdış planı baş tutmayıb. Qərbyönlü Paşinyan parlaq qələbə qazanaraq, radikal qüvvələrə heç bir şans saxlamayıb. Bununla həm də Rusiyanın Ermənistanda manevr imkanlarını daraldıb. Hər necə olmasa, Moskva hələ də N.Paşinyanın arxasında geniş xalq kütləsinin durması faktı ilə barışmaq zorundadır.

*****

Diqqətçəkicidir ki, seçkilərin nəticələri bitər-bitməz, Xankəndində rusiyayönlü qüvvələrin, Qarabağ klanının, bütövlükdə separatçı ünsürlərin fəallaşması müşahidə edilməyə başlayıb. Bütün bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin srağagün rusiyalı həmkarı Vladimir Putinə telefon zəngi açması xüsusi maraq doğurur. Əsas da o səbəbə ki, Bakının seçkilərlə bağlı İrəvana tanıdığı əlavə vaxt limiti tamama yetməkdədir və indi 10 noyabr kapitulyasiya sənədinin icra olunmamış bəndlərini daha sürətli həyata keçirmək lazım gələcək, nəinki Qarabağda qalmış bir ovuc erməni separatçının əli ilə təzə bir Qarabağ oyunu qurub prosesi yenidən köhnə axara qaytarmağa, Azərbaycana qarşı təzyiq alətləri yaratmağa çalışmaq.

Paşinyan istifasını isteyenlere seslendi: Kolaysa gelin Türklerle siz  savaşın - Yeni Şafak

10 noyabr sənədinə görə başlıca qarant dövlət isə məhz Rusiyadır, Putindir. Sülhməramlıların nəzarətində olan ərazidəki separatçı-kriminal ünsürlərə ən güclü təzyiq rıçaqı da Rusiyanın əlindədir, Ermənistanın, Paşinyanın yox. Demək, Kreml kefi istəsə, 10 noyabr sənədinin həyata keçməsini tezləşdirər. Söhbət öncəliklə Zəngəzur dəhlizinin işə salınmasından və ərazimizdəki qanunsuz erməni silahlı dəstələrinin qalıqlarının tərk-silah olunmasından gedir (kapitulyasiya sənədinin 4-vü bəndi).

İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

İstisna deyil ki, İlham Əliyevlə Vladimir Putin arasında son telefon danışığı zamanı rəsmi Bakı ən əvvəl bu məsələləri diqqət mərkəzinə gətirib. Eyni zamanda Xankəndində oynanılan yeni tamaşa ilə bağlı xəbərdarlığını edib, Kremlə “öz itlərini zəncirdə saxlamağı” tövsiyə edib...

*****

“Qarabağ erməniləri artıq başa düşüb ki, Ermənistan və Ermənistan erməniləri daha onlara dəstək verən, onların yerinə vuruşan deyil. Bu baxımdan onlar Ermənistandan ümidlərini kəsiblər. Amma deyirlər ki, yox e, biz oyuna davam edəcəyik. Köçəryan və digərlərinin dəstəsi də bu oyunu təkbaşına oynamaq iqtidarında deyillər, onların havadarları var. Bu, Rusiya və Qərbdəki havadarlardır. Həmin havadarlar düşünürlər ki, bəlkə bu yolla oyuna qayıda bilərlər”.

Belə bir fikri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Qarabağ separatçılarının son hərəkələnməsi və bu hərəkətlənmədə maraqlı olan böyük güclərdən danışarkən söyləyib.

Файл:Tofiq Zülfüqarov.jpg — Википедия

Tofiq Zülfüqarov

“Aydındır ki, Ermənistan artıq Qərbə doğru gedir. Rusiyanın dayaqlarının əsas kütləsi isə hazırda Qarabağ ermənilərindən ibarətdir. Bölgədə münaqişə zonası yaradırlar ki, bununla manipulyasiya edib, regionda bu və ya digər şəkildə öz maraqlarını təmin etsinlər”, - deyə politoloq hər şeydən öncə Kremlin Bakıya qarşı mümkün planlarına işarə edərək vurğulayıb.

Öz növbəsində bəzi digər siyasi müşahidəçilər Əliyevlə Putin arasında telefon söhbətində əsasən üç məsələnin müzakirəsini mümkün sayırlar: 1. Üçtərəfli formatda İşçi Qrupunun bərpası (bu rəsmi məlumatda da əksini tapır), kommunikasiyanın bərpası işində bu vacibdir; 2. Sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsi və Rusiya hərbçilərinin yerləşəcəyi mövqelər; 3. Sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilənin imzalanması. Üçtərəfli razılaşmaların praktik icrasında Azərbaycan üçün əsas məqamlardan biri isə 10 noyabr razılaşmasının 4-cü bəndi, yəni erməni qoşunların Qarabağdan çıxarılmasıdır.

*****

Ermənistan bir neçə ciddi problemlə üzləşəcək” - Vardan Oskanyan

Vardan Oskanyan 

Bu arada 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri işləmiş Vardan Oskanyan öz ölkəsini seçkilərdən sonra gözləyən perspektivlərə, o sırada Azərbaycanla gələcək münasibətlərə həsr olunmuş məqalə yazıb. Oskanyana görə, Ermənistan tezliklə bir neçə ciddi problemlə qarşılaşacaq (Teleqraf.com).

Onun sözlərinə görə, Azərbaycan Ermənistandakı daxili siyasi hadisələri müzakirə etmək üçün əlverişli anın yetişməsini gözləməyə hazırdır. “Bu gündəmi ən qısa müddətdə həyata keçirmək üçün Bakı Ermənistanın zəif müdafiəsindən və danışıqlardakı mövqelərindən istifadə edərək bütün mümkün rıçaqlardan istifadə etməyə çalışacaq. Birincisi, anklav məsələsi ilə məşğul olan mümkün delimitasiya sənədidir. İkincisi, 10 noyabr bəyanatının müddəası olan, Azərbaycandan onun Naxçıvan muxtariyyətinə gedən yol/dəhliz məsələsidir. Üçüncüsü, Ermənistan-Azərbaycan arasında sülh və mehriban qonşuluq münasibətlərinin qurulmasına dair mümkün sazişin imzalanmasıdır”.

Eks-nazir hesab edir ki, bunların hər üçü Ermənistan üçün çox ciddi problemlərdir: “Üstəgəl, sülh sazişi Dağlıq Qarabağın itkisini tamamlayacaq. Ermənistanın Dağlıq Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıması şərti ilə Azərbaycanın sənədini imzalayacağı açıqdır. Ən yaxşı halda sənəddə Qarabağın qalan hissəsindəki ermənilərə mədəni muxtariyyətı təmin edən müddəa təqdim oluna bilər. Bu isə yuxarıda göstərilən üç sənədin ən təhlükəlisidir, ilk ikisinin həyata keçirilməsi əvvəlcədən üçüncünün həyata keçirilməsi ilə əlaqəli olacaq. Başqa sözlə, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan sərhədlərinin açılması, əlaqələrin bərpası sülh sənədinin imzalanması ilə bağlı olacaq”.

Məgər Ermənistanın və Qarabağdakı separatçı tör-töküntülərin ayrı yolu qalıbmı?..


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam