Ermənistan pat vəziyyətində: -Koçaryan hakimiyyətə gətirilir?
Ermənistanda daxili siyasi vəziyyət getdikcə gərginləşir. İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən ölkədə hakimiyyət dəyişikliyinə hazırlıqlar gedir. Müxalifət partiyaları birləşərək baş nazir Nikol Paşinyanı iqtidar kürsüsündən devirməyə çalışır, bu istiqamətdə gizli danışıqlar aparılır.
Yenixeber.org: Son günlər Ermənistanın sabiq prezidenti, "Qarabağ klanı"nın əsas fiqurlarından sayılan Robert Koçaryanın Paşinyanı əvəz edəyəci barədə iddialar irəli sürülür. Koçaryanın Moskva səfərindən sonra onun qayıdışının mümkün olduğu ehtimal edilir və bu mövzu erməni ictiamiyyəti tərəfindən geniş müzakirə predmetinə çevrilib.
İndiki durumda eks-prezidentin hakimiyyətə qayıtmaq cəhdləri realdırmı?
Məsələni şərh edən politoloq Fikrət Sadıqov deyib ki, hazırda Ermənistanda olduqca mürəkkəb bir vəziyyət yaranıb. Məğlub rəhbər kimi ad çıxaran baş nazir Nikol Paşinyana qarşı çıxış edən partiyalar ölkədə tez-tez güclü etiraz aksiyaları təşkil edirlər:
“Amma bu siyasi qüvvələrin zəif tərəfi odur ki, onların hazırda xarizmatik bir lideri yoxdur. Bu, özü-özlüyündə məlum siyasi hərəkatları zəiflədir. Eyni zamanda Ermənistanda və Rusiyanın özündə də güclü siyasətçi hesab edilən bir şəxs var ki, bu da Robert Koçaryandır. Görünür, hazırda hər iki ölkədə onu dəstəkləyən müəyyən siyasi qüvvələr yaranıb. Təsadüfi deyil ki, Koçaryan Moskvadan İrəvana qayıdan kimi artıq aktiv siyasətə qayıtdığını bəyan etdi. İstisna edilmir ki, Koçaryan yaxın zamanlarda hakimiyyətə qayıtmağa çalışsın. Əgər parlament seçkiləri baş tutsa, o, parlament xətti ilə seçilib aktivlik göstərməyə çalışacaq. Çünki Ermənistanda artıq prezident idarəçiliyi sistemi demək olar ki, ləğv olunub. Amma burada bir problem də var. Parlamentə aktiv partiyalar seçilir. Koçaryanın təmsil olunduğu partiya dağılmış haldadır. Ona görə də keçmiş prezidentin seçkilərə hansı formada qatılacağı maraq doğurur”.
Fikrət Sadıqovun fikrincə, bəzi dairələrdə Koçaryan güclü siyasətçi hesab olunsa da, digər tərəfdən onun təmsil etdiyi "Qarabağ klanı" Ermənistanda nüfuzunu çoxdan itirib. Məhz bu səbəbdən 2018-ci ildə Nikol Paşinyan İrəvanda hakimiyyətə asanlıqla yiyələnə bilmişdi:
“Bu amil hər halda Koçaryanın öz istəyini həyata keçirməyə mane olmayacaq. O, çalışacaq ki, bütün vasitələrdən istifadə edərək hakimiyyətə qayıtsın. Çünki Koçaryan hesab edir ki, Paşinyanın Dağlıq Qarabağ siyasəti yanlışdır, bu mövzuda daha sərt siyasət yürütmək lazımdır. Xüsusən də Azərbaycana qarşı radikal davranmağın tərəfdarıdır. Koçaryan eyni zamanda Paşinyandan müəyyən dərəcədə təcrübəli şəxsdir. Amma yaxın gələcəkdə onun hakimiyyətə gələcəyinə inanmıram. Paşinyanın komandası hələ ki, iqtidardadır və onu devirmək o qədər də asan görünmür. Nikol hətta parlament seçkilərinin keçirilməsini təklif edir. Maraqlıdır, belə təklifə baxmayaraq, müxalifət qüvvələri buna razılıq vermirlər. Bu da onu göstərir ki, müxalifət özünə hələ əmin deyil.
Digər tərəfdən, əgər kifayət qədər güclü siyasi liderləri olmasa, müxalifətin hakimiyyətə gəlməsi sual altında qalacaq. Hazırkı lider hesab olunan Vazgen Manukyan sabiq prezident Levon Ter-Petrosyanın köməkçisi olub. O da güclü siyasətçi hesab olunmur. Müxalifətin hələlik konkret nə proqramları var, nə də Ermənistanın gələcəyinin necə olacağını göstərən planları. Onlar tərəfindən regionda stabilliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində hansı addımların atılacağı məsələsi də sual altındadır. Qısası, müxalif qüvvələr bu kimi ciddi məsələlərdə ortaya dəqiq, konkret və real siyasi proqramlar qoya bilmirlər. Şahmat dili ilə desək, ölkədə “pat” vəziyyəti yaranıb. Paşinyan xeyli zəifləsə də, hələlik hakimiyyətdədir. Amma digər tərəfdən müxalifət, o cümlədən Robert Koçaryan da o qədər güclü deyil ki, asan şəkildə hakimiyyətə gətirilsin”.