Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Ermənistan ermənilərsiz qala bilər -çıxış yolunu Bakı bilir!

 

Seçkilər başlamamış ermənilər ayaqları ilə “səsverməyə” başlayıblar - ölkədən kütləvi köç sürətlənib; 44 günlük müharibədə gorbagor olan “miatsum” ideyası istənilən seçkiləri Ermənistanda mənasız edib, indiki iqtidara da, əvvəlkilərə - revanşist-sabiqlərə də inamı sarsıdıb...

Yenixeber.org: Ermənilər 20 iyun parlament seçkilərini gözləmədən “səsverməyə” başlayıblar. Ancaq əlləri ilə deyil, ayaqları ilə - ölkədən kütləvi köç eləməklə. Şübhəsiz ki, pandemiyanın doğurduğu sərt karantin rejimi obyektiv və subyektiv səbəblərdən yumşaldıqca köç tempi xeyli sürətlənəcək.

Əlbəttə, bütün ölkələrdə karantindən sonra xaricə insan axını artacaq. Bu təbiidir. Ancaq Ermənistan adlı simvolik dövlət üçün bu, özəl anlamdadır. Məsələ ondadır ki, ermənilər Ermənistanı əksərən qayıtmaq üçün tərk eləmirlər. Həmişəlik gedirlər. Bu cırtdan, kasıb ölkədə qalıb normal yaşamaq, işləmək üçün, ən önəmlisi, perspektivə heç bir ümid qalmadığı üçün birdəfəlik gedirlər.

*****

Son 5 ayda Ermənistanı hava yolu ilə tərk edənlərin sayı ölkəyə gələnlərdən 78004 nəfər (təxminən 80 min) çox olub. Bu barədə erməni mediası yazıb. Ermənistanın iki hava limanından sərnişin axını təkcə may ayında 166.353 nəfər təşkil edib. Fevral, mart və aprel aylarında ölkəni tərk edənlərin sayı xüsusilə çox olub.

Qeyd edək ki, bir qədər öncə Ermənistan Statistika Komitəsi ölkə əhalisinin azaldığı barədə məlumat yaymışdı. Qurumdan bildirilmişdi ki, bir ildə əhali sayı 3800 nəfər azalıb ki, bu da ciddi neqativ demoqrafik göstəricidən xəbər verir. Yəni Ermənistanda ölüm faizi doğum faizini üstələyir.

Bu, eyni zamanda o anlama gəlir ki, ölkə əhalisi getdikcə “qocalır”, iş qabiliyyətli adamların sayı azalır. Ancaq belə tendensiya təkcə ölüm faizinin doğum faizini keçməsi ilə yox, həm də orta yaşlı, əmək qabiliyyətli, reproduktiv yaşda olan gənc və orta təbəqənin ölkədən artan miqrasiyası ilə əlaqədardır.

Kapitulyasiyanın ardınca böyük bahalaşma: Ermənistanı 2020-dən də ağır il  gözləyir » RUBLIKA.AZ

Şübhə yoxdur ki, 44 günlük müharibədəki rüsvayçı kapitulyasiya, “miatsum” ideyasının gorbagor olması on illərdir miflərlə yedizdirilən erməni toplumunda şok effektli məyusluq yaradıb, həm indiki Paşinyan iqtidarına, həm də ondan əvvəlkilərə, xüsusən də Qarabağ klanının odioz simaları - sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyana olan-qalan inamı sarsıdıb, onlara qarşı qəzəb hissi doğurub. Bu yandan da get-gedə dərinləşən sosial-iqtisadi böhran, artan yoxsulluq, sabaha ümidsizlik...

*****  

Aydındır ki, 20 iyun seçkilərinin nəticəsi kimi Köçəryan hakimiyyətə qayıtsa belə, bu, ölkədə vəziyyəti yaxşıya dəyişməyəcək, erməni xalqına yaxşı heç nə verməyəcək. Yeri gəlmişkən, baş nazirliyə əsas iddiaçılardan olan R.Köçəryanın özü də pisləşən demoqrafik göstəricilərdən  az qala şoka düşüb.

“Son bir neçə ay ərzində Ermənistandan çıxan və geri qayıtmayan vətəndaşların sayı kəskin şəkildə artıb” - Köçəryan deyib. O da etiraf edib ki, son 5 ay ərzində miqrasiyanın mənfi “saldosu” 80 min nəfər təşkil edib. Bildirib ki, bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində olub: “Bunun adı artıq de-populyasiyadır (əhalinin sayının azalması, yoxa çıxması - red.), ölkədən qaçmaqdır. Bu, o deməkdir ki, indiki hakimiyyətə etibar etmirlər. Bu vəziyyəti dəyişdirməyin yeganə yolu hakimiyyətin dəyişməsidir”.

Ermənistan XİN çökdü: müavinlər istefa verdi | No Comment

Amma Köçəryan möhkəm yanılır. Ona görə ki, vəziyyəti dəyişməyin yolu heç də hakimiyyəti dəyişmək deyil, xəstə təfəkkürü dəyişməkdir! Çünki miqrasiya edənlər həm də Köçəryan kimi sabiqlərə etibar eləmədikləri üçün ölkədən gedir, “Robik”in hakimiyyətə qayıdışının aşağı-yuxarı nə demək olduğunu əla başa düşürlər. Seçkilərin nəyisə köklü şəkildə yaxşıya dəyişəcəyinə inamı itirdikləri üçün çıxıb gedirlər. Yoxsa seçki ərəfəsi Ermənistanı niyə tərk eləsinlər ki? Qalıb Köçəryana səs verərdilər də. Qısası, gedənlər yüzdə yüz seçkilərin ölkənin böhrandan çıxmaq üçün əsas vasitə olmadığı qənaətinə gələnlərdir.

*****

Haqlıdırlar əslində. Ona görə ki, Ermənistanın xilası həqiqətən də parlament seçkilərinə, hakimiyyətdə bir “-yanı”ı, başqa bir “-yan”ın əvəzləməsinə bağlı deyil. Xilas - ölkənin xüsusən də 20 ildə aparılan yanlış xarici siyasət kursundan imtinadadır. Hansı kurs ki, onun səhv, işə yaramadığını istər Nikol Paşinyan olsun, istərsə də onun əsas opponentləri, hələ də düzgün təsəvvür edə bilmirlər.

Onlara hələ də çatmayıb ki, uçuruma doğru gedən Ermənistanın qurtuluşu uzaq Rusiyaya bel bağlamaqdan, Qərbə güvənməkdən yox, ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri təcili şəkildə qaydaya salmaqdan, bundan ötrü də bu iki ölkə ilə böyük sülh müqavilələri imzalamaqdan, 10 noyabr 2020, 11 yanvar 2021-ci il üçtərəfli sazişlərə əməl eləməkdən, Zəngəzur dəhlizinə qarşı manipulyasiyalara, sərhəd təxribatlarına son qoymaqdan, nəhayət, mina xəritələrini qeyd-şərtsiz Bakıya verməkdən keçir. Yəni çıxış yolunu Bakıdan, Ankaradan soruşun, Moskvadan, Parisdən, Brüsseldən yox!..

Bu, olmayacaqsa, o zaman haylar da əmin olsun: o halda ölkədə lap hər il seçkilər keçirilsin, nə erməni xalqının güzəranı düzələcək, nə ölkədən kütləvi köç səngiyəcək, nə də Ermənistan adlı qondarma dövlət, ümumiyyətlə, təhlükəsizlik içində olacaq. Dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi də daim onun başı üzərində asılı qalacaq. “Domokl qılıncı” kimi...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam