Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Erməni deputatdan Paşinyan hakimiyyəti ilə bağlı-PROQNOZ

“Paşinyan hakimiyyətinin sadəcə, 1,5-2 il vaxtı qalıb...” - Erməni deputat

“Paşinyan iqtidarının əhalinin pozitiv gözləntilərini qarşılaması üçün sadəcə 1,5-2 il vaxtı qalıb. Lakin 2020-ci il üçün nəzərdə tutulan büdcə layihəsi məyusluq yaradacaq”.

Yenixeber.org: Ermənistan mətbuatı xəbər verir ki, bu barədə parlamentin deputatı, müxalif “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Mikael Melkumyan dövlət büdcəsinin müzakirələri zamanı etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, ermənilər yeni hakimyyətdən inqilabi dəyişikliklər gözləyirdilər, lakin hökumət qanunverici orqana əsl gerçək büdcəni təqdim edir. Bunun əsasında isə hansısa müsbət dəyişikliklərdən danışmaq mümkünsüzdür. 

“Bu ilin yanvar-iyun aylarında iqtisadiyyatın real sektoruna, yəni sənaye, tikinti, kənd təsərrüfatına qoyulan sərmayə sadəcə, 310 milyon dollar təşkil edib. Lakin eyni zamanda ölkədən 295 milyon dollar pul çıxarılıb. Belə çıxır ki, ölkəyə gətirilən investisiya axını vur-tut 15 milyon dollar məbləğində qiymətləndirilə bilər”, - deyə Mikael Melkumyan bildirib.

Erməni siyasətçi hökumətin ilk öncə vətəndaşların hansı səbəblərdən öz pullarını ölkədən çıxarması ilə maraqlanmalı olduğunu deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam