Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kreml “kranları” bağlayır - Ermənistan belə cəzalandırılır

 

Rusiyada erməni miqrantlar sıxışdırılmağa başlayıb – onlara nəzarət 4 dəfə artıb; işğalçı ölkədə şimal xofu yaşanır; deputatdan xəbərdarlıq: “Ermənistandakı vəziyyət qeyri-sabitliyə aparır...”

Yenixeber.org: Ermənistanda 8 may “məxməri” inqilabından sonrakı siyasi vakuum davam edir. Məsələ ondadır ki, rəhbərliyə yeni qüvvələr gəlsə də, hakimiyyətə və ölkəyə nəzarət hələ ki tam olaraq, bu qüvvələrin əlində deyil. Çox şey yəqin ki, növbədənkənar parlament seçkilərindən sonra bilinəcək. Ermənistanın xarici siyasət oriyentasiyasının hansı qlobal güc mərkəzinə doğru olacağı da onda dəqiqləşəcək.

Ancaq bəzi trendlər indidən aydındır. Məsələn, artıq daşlaşmış həqiqətdir ki, Nikol Paşinyanın (müvəqqəti) hökuməti müstəsna olaraq, Rusiyaya rəğbəti olmayan kadrlardan formalaşıb. Paşinyan tərəfdarları seçkilərdə qalib olarsa, - bunun ehtimalı böyükdür - şübhəsiz ki, indiki komanda olduğu kimi yeni parlament və prezident tərəfindən təsdiqlənəcək. Məhz o zaman Moskvanın Ermənistandakı hakimiyyətə yekun siyasi qiyməti və qənaətinin şahidi olacağıq.

*****

kreml ile ilgili görsel sonucu

Hələliksə Kreml qonşu ölkədəki prosesləri aktiv müşahidə eləməklə məşğuldur. Paralel surətdə bəzi profilaktik-preventiv addımlarını atır. Paşinyan iqtidarına təzyiq üçün isə Rusiyanın əlində yetərindən çox rıçaq var. Onlardan biri də Rusiyada öz ailələrinə çörək pulu qazanan on minlərlə erməni əmək miqrantlarıdır.

“Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan parlament tribunasından Rusiya ilə münasibətlərin yaxşılaşmasından danışdığı vaxtda Rusiyaya çörəkpulu dalınca gələn ermənilər çıxılmaz vəziyyətə düşüblər. Onlar nəinki öz üzərində Rusiya-Ermənistan əlaqələrinin dinamikasını hiss eləmirlər, tam əksinə, hər şey daha da pisləşib”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “İravunk” erməni nəşri yazıb.

Qəzetin bildirdiyinə görə, Rusiyada erməni əmək miqrantları üzərində nəzarət 4 dəfə artıb. “Həmçinin, ermənilərin ölkəyə girişinə imkan verilməməsi və geri göndərilməsi halları artıb. Ona görə ermənilər təzədən Rusiyaya qayıtmağın müxtəlif yollarını axtarırlar. Rusiya polisi isə, yumşaq desək, qazanc üçün ölkəyə gələn erməniləri təqib edir və bəhanə axtarır ki, onları deportasiya eləsin. Rusiyaya giriş qadağası isə minimum 5 illikdir. Yəni ən azından, 5 il erməni və onun ailəsi yeganə mövcudluq vasitəsindən məhrum edilmiş olur”, - deyə nəşr kədərli şəkildə əlavə edib.

*****

pashinyan ile ilgili görsel sonucu

Müşahidələr göstərir ki, Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra da ölkədən kütləvi köç azalmayıb. Çünki rejim dəyişsə də, bu köçü şərtləndirən əsas amillər dəyişməz qalır - həll olunmamış Dağlıq Qarabağ probleminin doğurduğu müharibə vəziyyəti, yəni gələcəyə inamsızlıq və yetərli sayda yeni, ailənin dolanışığını təmin edəcək iş yerlərinin yoxluğu.

İş ondadır ki, təzə hökumətin populist vədlərinə rəğmən, ötən təqribi 6 ayda bu istiqamətlərdə ciddi tərpəniş olmayıb. Ölkəyə həmçinin vəd olunan böyük sərmayə axını gözlənilmir. Odur ki, sadə ermənilər seçkilərdən sonra da vəziyyətin kardinal şəkildə dəyişməyəcəyinə əmin olub Ermənistanı tərk eləməkdə davam edirlər.

Onlar əsasən Rusiyaya üz tuturlar. Ona görə ki, giriş üçün viza tələb olunmayan Rusiyada oturuşmaq, müvafiq iş tapmaq daha asandır. Yeri gələndə buna rüşvət hesabına da nail olmaq mümkündür. Avropanın qabaqcıl  ölkələrində isə bunlar qeyri-mümkündür. Üstəlik, viza tələbi.

Bütün bu gerçəkliklərə rəğmən, Paşinyan hökuməti hələ də ümidlidir ki, eyni vaxtda  Rusiyadan siyasi-hərbi kömək, Qərbdən isə böyük maliyyə dəstəyi ala biləcək. Lakin bunun mümkünlüyünə Ermənistanda getdikcə daha az adam inanır. Əksinə, narahatlıq var ki, “iki stul” siyasəti vəziyyəti inqilaba qədərkindən də ağır edə bilər.

*****

Bu arada Paşinyan  iqtidarının ABŞ-la Rusiya arasında vurnuxması hətta ənənəvi olaraq, Qərbə bağlı olan daşnakları da narahat etməyə başlayıb. Onlar Rusiyadan birtərəfli qaydada uzaqlaşmağın fəlakətli olacağını düşünürlər.    

putin ile ilgili görsel sonucu

“Ermənistanın Rusiya ilə strateji əlaqələrinin alternativi yoxdur”. Bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının parlamentdəki fraksiyasının lideri Armen Rüstəmyan deyib. “Rusiya ilə strateji tərəfdaşlığın əhəmiyyətini anlamamaq ölkə və hakimiyyət üçün çox təhlükəlidir. Bizim üçün bəzi məsələlərdə Rusiya əvəzedilməzdir. Rusiyanın Ermənistanda rolu zəifləməyib və bunu Con Bolton çox yaxşı bilir”, - deyə o, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin İrəvandakı açıqlamalarına  münasibət bildirərkən deyib.

*****

“Ermənistandakı vəziyyət qeyri-sabitliyə aparır, nəsə demək olmur. Bu gün Ermənistandan nə gözləmək lazım olduğunu bilmirik. Ölkədəki vəziyyət getdikcə daha çox siyasi xaosa bənzəyir”. Bu sözləri isə rusiyalı deputat, Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev deyib (Report). Rusiyalı deputat əlavə edib ki, Nikol Paşinyan Ermənistan hökumətində əsas vəzifələrə Qərbyönümlü insanları təyin edib və nəticədə ölkədə Qərb trendi üstünlük təşkil edirmiş kimi görünür.

Başqa sözlə, rusiyalı deputat açıqca eyham vuraraq xəbərdarlıq edir ki, Paşinyanın hakimiyyətə gəlişi ilə vassal ölkənin xarici siyasətində balans Qərbin xeyrinə pozulub. Bunun Ermənistana necəyə başa gələcəyini isə yaxınlarda görəcəyik...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam