Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“5 illik müddətin tamamına az qalmış Qarabağda elə bir təxribat törədiləcək ki...”

“5 illik müddətin tamamına az qalmış Qarabağda elə bir  təxribat törədiləcək ki...”

“Moskvanın Qarabağdan çıxması yalnız bir halda mümkün ola bilər...”

Yenixeber.org: Rusiyanın sülhməramlı adı altında Azərbaycan Respublikasının Laçın rayonu və Yuxarı Qarabağ ərazilərinin bir hissəsinə daxil olmuş hərbi kontingentinin artıq 6 ayı tamam olub. Amma hələ də həmin qüvvənin beynəlxalq statusu müəyyənləşməyib. Bəs bu prosesin sonu necə olacaq? Azərbaycan dövləti  5 illik müddətin tamamında Rusiya hərbi birləşmələrini öz ərazisindən çıxarmağa nail ola biləcəkmi?

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran tanınmış hüquqşünas, bir müddət öncə Türkiyədə  yaradılmış Qarabağ Savaş Suçlarının Araşdırılması Komissiyasının  üzvü Adil Minbaşı bunları dilə gətirib:

“Əslində  Ermənistanın haqsız ərazi iddiaları özü ilə yanaşı, Azərbaycanın və Gürcüstanın da taleyini başqa bir istiqamətə yönəldib. Məhz həmin iddiaların son nəticəsi olaraq Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə girməyə nail olması da prosesləri daha da qəlizləşdirdi. 28 il bundan öncə Azərbaycandan çıxarılmış Moskva yenidən hərbi formada ölkəmizə girdi və regionda mövqeyini möhkəmləndirdi. Və Rusiya nə qədər ki, güclüdür, hətta 5 il tamam olandan sonra da buradan çıxmayacaq. Tutaq ki, lap 5 ilin tamamında Azərbaycan-Ermənistan sərhədi də müəyyənləşdirildi, Ermənistan ərazi bütövlüyümüzü də tanıdı, Zəngəzur dəhlizi də açıldı, iqtisadi-siyasi əlaqələr də bərpa olundu - Rusiya yenə də Qarabağdan və Laçın dəhlizindən çıxmayacaq. Çünki hegemon bir dövlət kimi hər yerdə öz maraqlarını yeritməyə çalışır...”

Həmsöhbətimiz “Bəs Azərbaycan dövləti Rusiya sülhməramlılarından rəsmən imtina etsə də, Kreml onları ərazimizdən çıxarmayacaq?” sualını da  cavablandırıb. 

“Lap Azərbaycan da, Ermənistan da – hər ikisi istəsə də, buradan çıxmayacaq Moskva. Çünki həmin 5 illik müddətin tamamına az qalmış, bilsə ki, biz onların çıxarılması məsələsini qoyuruq, Rusiya hərbi kəşfiyyatı Qarabağda azərbaycanlı və ermənilər arasında elə bir  təxribat törədəcək, elə bir konflikt yaradacaq ki, bu, onlara çıxmamaq üçün hüquqi əsas verəcək. Və həm də biz yenidən onların funksiyasına möhtac olacağıq. Özümüz deyəcəyik ki, qalın, münaqişəni sakitləşdirin. Rusiyanın Qarabağdan çıxması yalnız bir halda mümkün ola bilər. Əgər Türkiyə də Rusiya ilə birlikdə  Avropa Birliyi tipli bir qurum yaradıb birlikdə oraya daxil olacaqsa, o zaman artıq Ermənistan Rusiyaya lazım olmayacaq. Və bu halda Kremlin buradakı hərbi mövcudluğuna da gərək qalmayacaq”- Adil Minbaşı bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam