Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya Qarabağdakı cinayətkarları Azərbaycana təhvil verməlidir-ŞƏRH

Hüquqşünas 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın bəzi maddələrinin Konstitusiyaya zidd olduğunu deyir

“Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatın 3-cü, 4-cü, 5-ci, 6-cı və 9-cu bəndləri “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına və Konstitusiyaya ziddir”.

Yenixeber.org: Bu sözləri saytımıza açıqlamasında Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Hafiz Həsənov bildirib. Əvvəlcə hüquqşünasın bəhs etdiyi bəndləri xatırladaq:

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Hüquqşünasın sözlərinə görə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 12-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və Azərbaycan dövlətinin bütün ərazisinə şamil edilir:

“Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlətlərə və ya dövlət ittifaqlarına vermir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq Azərbaycan dövlətinin (xalqının) əsas niyyətlərindən biri kimi bəyan olunub. Azərbaycan Respublikasının prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Bunlardan çıxış edərək hesab edirik ki, indiki halda Milli Məclis Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən bu müddəaları müzakirəyə çıxarıb, onları birtərəfli qaydada ləğv edə bilər. Yaxud, Milli Məclisin müraciəti əsasında Konstitusiya Məhkəməsi həmin müddəaların Konstitusiyaya uyğunluğunu yoxlayıb, ləğv edə bilər”.

H.Həsənov qeyd etdi ki, Azərbaycan Respublikası hətta bu Bəyanatın qüvvədə olduğu indiki mərhələdə də, Konstitusiyaya və qoşulduğu müvafiq beynəlxalq hüquqi aktlara əsaslanaraq dövlətin bütün ərazisində, o cümlədən Dağlıq Qarabağın nəzarətdən kənar ərazisində öz suverenliyini həyata keçirmək hüquqlarına malikdir. O, erməni separatçılarının törətdikləri hərəkətlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət nəzərdə tutulan, sülh və insanlıq əleyhinə, müharibə, şəxsiyyət əleyhinə və mülkiyyət əleyhinə xüsusilə ağır cinayətlər olduğunu vurğuladı:

“Azərbaycan Respublikası kimliyindən və vətəndaşlığından asılı olmayaraq, bu cinayətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etmək hüququna malikdir. İndiki mərhələdə Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunla nəzərdə tutulan mümkün məsuliyyət tədbirlərini həyata keçirir və bir sıra şəxslər barəsində beynəlxalq axtarış elan edib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi yardıma dair müqavilə ilə Rusiya həm nəzarət etdiyi Dağlıq Qarabağ ərazilərində, həm də öz ərazisində olan, axtarışa verilmiş bütün şəxsləri Azərbaycana təhvil verməlidir”.

Ekspert nəzərə çatdırdı ki, Rusiya Federasiyası tərəfindən bunlara əməl edilmir. Belə ki, Rusiya Azərbaycanla ikitərəfli müqavilələrə, müvafiq beynəlxalq hüquqi aktlara, hətta özünün daxili hüquqi aktlarına zidd olaraq Qarabağda cinayətkarları himayə edir, onlarla qanunsuz danışıqlar aparır.

Xatırladaq ki, Dağlıq Qarabağdakı separatçıların rəhbəri Araik Arutunyan və onunla birgə fəaliyyət göstərən şəxslər Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Amma bu günlərdə məlum oldu ki, Arutyunyan Moskvada səfərdə olub və ikitərəfli görüşlər keçirib. Habelə Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığı separatçılarla fəal işbirliyindədir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam