Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Koçaryan niyə daşnaklarla birləşib?

 

 Yenixeber.org: Antimüharibə fəalı Georgi Vanyan bildirir ki, Robert Koçaryanın Daşnaksutyunla birləşməsində təəccüblü heç nə görmür. Vanyan hesab edir ki, Koçaryan Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi istiqamətində işləyəcəyinə işarələr edir:

“Koçaryan baş nazir kimi Ermənistanı inamlı bir şəkildə daşnak idealları istiqamətində aparardı. Bu isə nökərlərin, qoçuların, küt və özündən razı millətçilərin xidmət etdiyi oliqarxların hakimiyyəti deməkdir”.

Koçaryanın seçki şansları məsələsinə toxunarkən Vanyan bildirir ki, əslində Ermənistan cəmiyyəti indi heç kimi dəstəkləmir:

“Cəmiyyət həmişə olduğu kimi pislə ən pis arasında seçim edəcək. Seçicilərin Nikol Paşinyana çoxlu sualları var. O bir sıra səbəblərə görə vətəndaşların etibarını itirib. Amma bütün keçmiş hakimiyyət nümayəndələrinə inamsızlıq bundan da çoxdur. Adamlar Nikol Paşinyana sadəcə olaraq ona görə səs verəcəklər ki, keçmiş iqtidardakılara nə qədər nifrət etdiklərini göstərsinlər”.

Vanyanın fikrincə, qələbəsinə heç Koçaryanın özü də inanmır:

“Unutmaq olmaz ki, Ermənistan məhdud suverenliyə malik ölkədir. İstər keçmiş olsun, istərsə də indiki, belə demək mümkündürsə liderlər suiyasətdə qalıb-qalmamaq, seçkiyə gedib-getməmək məsələsini özləri həll etmirlər. Xüsusilə də indi, onlar bicliyi, kələyi yalnız daxili səhnədə edə bilərlər”.

Sülh fəalının fikrincə Ermənistanda indi heç normal seçki şəraiti, seçki prosesi də yoxdur:

“Adamlar yorulublar, usanıblar. Mən bu seçkinin nəticəsini heç təhlil etmək, proqnoz vermək də istəmirəm. Bir çoxları kimi bunların mənim üçün də fərqi yoxdur. Baş nazir vəzifəsinə namizədlərin arasında xalqın etimadını yaradacaq bir nəfər də yoxdur”.

Daha bir əslən qarabağlı, keçmiş prezident Serj Sarkisyan isə seçkiyə keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın “Vətən” partiyası ilə vahid blokda qatılacağını bildirib.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası isə seçkiyə müstəqil şəkildə qatılır.

Keçən il sentyabrın 27-də başlayıb 44 gün sürən Azərbaycanla müharibədən sonra Ermənistanda baş Nazir Nikol Paşinyana qarşı kütləvi etirazlar başlayıb.

Buna görə hökumət növbədənkənar seçki elan edib. Seçkilərin iyunun 20-də keçirilməsi planlaşdırılır.(turan)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Georgi Vanyan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam