Redaktor seçimi
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Günün xəbəri

“Onun kimi cinayətkarların cavabı 44 günlıük müharibədə verilib” -Deputat

“Onun kimi cinayətkarların cavabı 44 günlıük müharibədə verilib” - Deputat

Sabiq Ermənistan prezidentinin ardınca bu gün də Baş nazir Nikol Paşinyan Moskvaya getdi. Bu da ondan xəbər verir ki, hər zaman olduğu kimi bu gün də Ermənistan asılı vəziyyətdir. Bu dövlət müstəqil deyil. Onun daxili siyasəti belə ölkə daxilində həll olunmur. Bu dövlət müxtəlif qüvvələr və güc mərkəzləri tərəfindən idarə olunur.

Yenixeber.org: Bu fikriləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, növbə ilə erməni siyasilərinin xaricə səfərləri onların hansı səviyyədə müstəqil qərar vermək imkanlarını bir daha gündəmə gətirir:

“Ermənistanın sabiq prezidenti R.Köçəryanın Ermənistandakı seçkiqabağı kampaniyasına Rusiyadan başlaması da sıradan bir hal deyildi. Bu gün Ermənistanın müqəddəratını erməni xalqı müəyyən etmir. Ermənistandan kənardan yaşayanlar bu dövlətin gələcəyi ilə bağlı yol xəritəsi təyin edir. Çünki sadə ermənilərin ölkə daxili siyasətə təsir imkanları zəifdir. Əsas siyasəti Ermənistanın mövqeyini müəyyənləşdirən xaricdəki erməni təşkilatlarıdır. Bu gün Ermənistan bu qüvvələrdən asılıdır”.

Deputat bildirib ki, erməni cəmiyyəti R.Köçəryanın kimliyini bir daha araşdırmalı olsa, onun əsl mahiyyətini bir daha görmüş olacaq:

“Dağlıq Qarabağda vaxtilə qanlı hadisələrlə yadda qalmış bu adam keçmiş agentura səbəkəsinin ən aparıcı üzvü olub. O dövrdən də siyasi proseslərə qoşulmağa başlayıb. Müharibə cinayətkarı R.Köçəryan V.Poznerə müsahibəsində 30 illik dövrdə əsas nailiyyətinin nədən ibarət olduğuna dair suala cavab verməkdən yayınıb. Çünki onun kimi cinayətkarların cavabı 44 günlıük müharibədə verilib. Köçəryan həmişə Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan torpaqlarının işğal edilməsi ilə öyünürdü. Bunu da erməni xalqı qarşısında öz xidməti kimi təqdim edirdi”.

Elman Məmmədov 44 günlük müharibədə Köçəryan-Sərkisyan hərbi cinayətkarlarının qurduğu ordunun darmadağın edildiyini qeyd edib:

“Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Köçəryanı “0 nöqtəsi”nə qaytardı. Artıq onun deməyə sözü yoxdur. Köçəryan hakimiyyətdə olduğu və sonrakı dövrdə öz adını ermənilik ideologiyasına böyük hərflərlə yazdırmağa çalışıb. Bu hərbi cani özünü Qareqin Nijde ilə müqayisə etdirdi. Az qala gündə 5 dəfə erməni xalqı qarşısında xidmətləri ilə öyünürdü. O, Nijdeni, özünü nümunə gətirərək erməni gənclərinin, gələcək nəsillərin qarşısında vəzifələr müəyyənləşdirirdi. 44 günlük müharibə Nijdenin, Köçəryanın faşist ideologiyasını da darmadağın etdi”./Teleqraf


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam