Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazdı

"Ermənistan vassal dövlətdir"

Yenixeber.org: Məlumata görə, “Washington Times” qəzetində Amerika Xarici Siyasət Şurasının baş elmi işçisi, doktor Stiven Blankın Amerika Erməni Milli Komitəsinin (ANCA) Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə xələl gətirmək cəhdlərindən və ümumilikdə, Ermənistanın siyasi müstəqilliyinin olmamasından bəhs edən məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanın Dağlıq Qarabağ regionundakı müharibənin təkcə Cənubi Qafqazın hüdudları daxilində deyil, habelə erməni diasporu və onun təşkilatları, o cümlədən Amerika Erməni Milli Komitəsi tərəfindən ABŞ-da aparıldığı qeyd edilir. Müəllif yazır ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün beynəlxalq səylər çərçivəsində ATƏT Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə Minsk qrupunu yaradıb. Minsk qrupu hər iki tərəfin qəbul etdiyi prinsiplər əsasında münaqişənin həllinə nail olmaq məqsədilə 2017-2009-cu illərdə Madrid prinsiplərini formalaşdırıb. Razılaşdırılmış bu prinsiplərdə erməni qoşunlarının dərhal çıxarılması və keçmiş DQMV-nin hüdudlarından kənarda yerləşən Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qaytarılması tələbləri, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəçiliyinə təminat verən müvəqqəti statusu, Ermənistandan Dağlıq Qarabağa dəhliz, gələcəkdə öz müqəddəratını təyin etmək vasitəsilə Dağlıq Qarabağın hüququ statusunun müəyyən edilməsi, bütün məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılması və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı məsələləri yer alıb.

Amerika Erməni Milli Komitəsi 2016-cı ildən başlayaraq və böyük ehtimalla Yerevanla koordinasiya şəraitində Madrid prinsiplərini “məntiqsiz” və “qeyri-demokratik” adlandırır və tənqid edir. Lakin erməni lobbi təşkilatının narazılığının əsl səbəbi ondan ibarətdir ki, Madrid prinsiplərində Dağlıq Qarabağ müstəqil ərazi kimi tanınmır. Müəllif vurğulayır ki, Madrid prinsipləri haqlı olaraq Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz, çünki bütün hallarda bu ərazi müstəqil ola bilməz.

Mahiyyətcə, Amerika Erməni Milli Komitəsi istəyir ki, Dağlıq Qarabağ Madrid prinsipləri çərçivəsində müstəqil ərazi kimi tanınsın və ərazilərin silahlı yolla işğalı faktı legitim olsun. Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və regiondakı inkişafdan təcrid olunub. S.Blank qeyd edir ki, Ermənistan vassal dövlətdir və ABŞ-ın nə dostu, nə də müttəfiqidir. O, Amerika dəyərlərini də qəbul etmir.

Ermənistandakı böhranlar nəticəsində 2018-ci il inqilabı baş verdi. O, irimiqyaslı demokratik və iqtisadi islahatlar vəd etdi. Bir ildən sonra həmin vədlər yerinə yetirilməmiş qalır, deyə müəllif vurğulayır. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanın yeni hökuməti ölkəsində demokratik və iqtisadi islahatların əsas şərti olan regionda sülhün bərqərar olması istiqamətində effektiv danışıqlar strategiyası hazırlaya bilmədi.

Ermənistan Dağlıq Qarabağın oyuncaq rejiminin “müstəqil dövlət” və ya siyasi qurum kimi danışıqlarda iştirak etməsi ideyasında təkid edir. Amerika Erməni Milli Komitəsinin mövqeyinə uyğun olan bu tələb gələcəkdə heç bir danışıqların olmayacağı təminatını verir, çünki o, ən başdan sülh prosesinin nəticələrinə xələl gətirir. ANCA və Ermənistanın tələbləri yeganə platforma olan və Bakı ilə Yerevan arasında Minsk Qrupunun dəstəyi ilə aparılan danışıqların effektiv strukturunu təşkil edən Madrid prinsiplərinə ziddir.

ANCA tərəfindən qoyulan bu tələblərdə Ermənistan hökumətinin iştirakı aydın deyil, lakin danışıqlara münasibətdə həmin erməni təşkilatının və Paşinyan hökumətinin bəyanatlarının oxşarlığı tamamilə açıq-aşkar görünür. S.Blank qeyd edir ki, sülh prosesində nə Amerika Erməni Milli Komitəsinin bəyannaməsi, nə də Paşinyanın dolaşıq və ziddiyyətli mövqeyi Ermənistanın maraqlarına uyğun deyil. Bundan başqa, Ermənistanın müdafiə naziri David Tonoyanın bu yaxınlarda “müharibə və yeni ərazilər işğal etmək” çağırışı kövrək sülh prosesini daha da sarsıdır. Bu cür siyasət məğlubiyyətlə, Ermənistanda iqtisadi fəlakətlə nəticələnəcək və əlbəttə ki, bu ölkədə demokratiya, tərəqqi və depopulyasiyanın dayanmasına kömək etməyəcək.(AZƏRTAC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam