Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Pan-erməni “oyunları” və- pan-erməni problemləri

Pan-erməni “oyunları” və pan-erməni problemləri
Pan-erməni oyunlarının açılış mərasimində iştirak etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri davam etməkdə olan təcavüzü legitimləşdirmək məqsədilə növbəti şoudan başqa bir şey deyil.
Yenixeber.org: Bunu açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi bu kimi tədbirləri 25 ildir ki, uğursuz şəkildə həyata keçirir:

"Dünya ictimaiyyəti hərbi təcavüzün nəticələrini tanımır. Ermənistanın inkişaf perspektivlərini bu ölkənin keçmiş prezidenti Robert Köçəryan “Ermənistanın səsi”nə bu yaxınlarda verdiyi müsahibəsində yaxşı izah edib - qocalmaqda olan əhaliyə malik, qapalı sərhədləri olan və iqtisadi baxışa sahib olmayan ölkə. Təəssüf ki, Ermənistanın nə keçmiş, nə də indiki rəhbərliyi problemdən real çıxış yolunu göstərmir. Bu çıxış yolu isə ölkə daxilində dərin dəyişikliklərlə yanaşı qonşuları, ilk növbədə isə Azərbaycanla münaqişənin həllindən, mehriban qonşuluq münasibətlərinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət kimi fundmental prinsiplərinə hörmətdən keçir". 



F.Şəfiyev vurğulayıb ki, Pan-erməni oyunları daxili tələbat üçün hazırlanmış məhsul olaraq qalacaq: ""Ermənistanın üzləşdiyi çağırışlar” (Paşinyanın dili ilə desək) Ermənistan cəmiyyətinin özü, xüsusilə bu əsrdə deyil, ötən əsrdən formalaşmış ideologiya olan “Böyük Ermənistan” şovinist ideyaları ilə mübarizə aparmamaq istəyi ilə bağlıdır. Pan-erməni oyunları daxili tələbat üçün hazırlanmış məhsul olaraq qalacaq və ola bilsin, müəyyən müddət üçün erməni cəmiyyətinin diqqətini sosial-iqtisadi problemlərdən uzaqlaşdıra biləcək. Regionun gələcəyi davamlı və stabil sülhdən və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək istəyindən asılıdır". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam