"Tomahavk"lar Ukraynaya verilməyəcək! -RƏSMİ
ABŞ Prezidenti Donald Tramp Ukraynaya "Tomahavk" raketlərinin verilmədən müharibənin dayandırılmasını arzuladığını bildirib.
Yenixeber.org: Bu barədə Ağ Ev rəhbəri ukraynalı həmkarı ilə görüşündə deyib.
O, “Tomahavk”ların ABŞ üçün olduqca vacib olduğunu diqqətə çatdırıb:
“Son dörd il ərzində Ukraynaya göndərdiyimiz digər çoxsaylı vasitələrə də ehtiyacımız var. İndi vəziyyətimiz yaxşıdır. Bunları Avropa Birliyinə göndəririk. Onlar bunun pulunu ödəyirlər. Amma məsələ pulda deyil. Bizə “Tomahavk”lar və Ukraynaya göndərdiyimiz digər çoxsaylı silahlar da lazımdır. Məhz buna görə biz müharibənin dayandırılmasını istəyirik. Bizim üçün həmin silahları vermək asan deyil. Söhbət çox güclü silahlardan gedir.
Ümid edirəm ki, onlara (Ukrayna) bu silahlar lazım olmayacaq və müharibəni “Tomahavk”ları düşünmədən dayandıra biləcəyik. Məncə, buna kifayət qədər yaxınlaşmışıq”.