M…M…Mehdiyev müəmması -Azərbayan-Rusiya münasibətlərinin “sərin” olduğu 10 ayda nə baş verib?
Oktyabrın 14-də Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edildiyi, barəsində Səbail rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı qətimkan tədbirinin seçildiyi barədə xəbərlər yayılıb. Yerli mətbuat rəsmi olmayan müxtəlif mənbələrə istinadla yazır ki, DTX Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.
Yenixeber.org: Məlumata görə, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
İstintaq onun yaşını nəzərə alaraq, ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
Qeyd edək ki, bu barədə hələlik Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatı yayılmayıb, eləcə də Səabil rayon Məhkəməsinin R.Mehdiyev haqda seçdiyi qətmkan tədbiri barədə məlumat ictimaiyyətə təqdim edilməyib. Məhkəmə prosesinin nə vaxt keçirilməsi, Mehdiyevin ora gətirilməsi, iştirakı haqda da hər hansı foto, video məlumat yoxdur. Media haqqında bəhs olunan prosesdə vəkil kimi iştirak etmiş şəxsin sosial şəbəkə hesabındakı qısa paylaşımına istinad edir. Orada isə keçmiş PA rəhbərinin ittiham olunduğu maddələr yazılmayıb.
Bir sözlə, Mehdiyev ətrafında aparılan proseslər ictimaiyyət üçün şəffaf deyil. O, kifayət qədər ağır cinayətlərdə ittiham edilir və təkbaşına bu əməlləri törətməsi qeyri-mümkündür. Ola bilsin, bu gün və ya yaxın günlərdə Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar barədə hüquq mühafizə orqanları rəsmi açıqlama yayacaqlar, o zaman təfsilat haqda itimaiyyət məlumatlı olacaq.
Qeyd edək ki, sentyabrın 20-də barəsində Səbail Rayon Məhkəməsinin 4 aylıq həbs-qətimkan qərarı verdiyi SOCAR-ın Ticarət Departamentinin keçmiş rəhbəri Adnan Əhmədzadə barəsində də ittihamlar ictimaiyətə məlum deyil. Media rəsmi olmayan mənələrə istinadla yazıb ki, Adnan Əhmədzadə Azərbaycanın "Azeri Light" markalı neftini Rusiyanın xam nefti ilə qarışdırmaqda günahlandırılır. Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilsə də, bu barədə hələ rəsmi məlumat yoxdur. Baş prokuror Kamaran Əliyev də bu barədə jurnalistlərin suallarını cavabsız qoyub.
Ramiz Mehdiyevə qarşı rəsmən təkzib edilməyən ittihamlar kifayət qədər ciddidir. O, cəmiyyətdə istisnasız olaraq neqtiv imici ilə tanınıb, Azərbayan hökumətində yüksək ranqlı məmur kimi fəaliyyəti, qabartdığı siyasi bağlantıları yerli medianın və müxalifətin tənqid hədəfi olub. Mehdiyev Azərbayanın Rusiyanın siyasi təsir dairəsində qalmasını təmin edən əsas fiqurlardan olub, əlindəki geniş səlahiyyətlərdən mediaya, müxalifətə, vətəndaş cəmiyyətinə qarşı istifadə edib, habelə Azərbayanın Qərb ölkələri, beynəlxalq təşəşkilatlarla münasibətlərini sabotaj edib. Mehdiyev PA rəhbəri olduğu dövrdə Qərb ölkələri, eləcə də Türkiyəyə qarşı soyuq münasibəti ilə yadda qalıb, onun Azərbayana gələn qərbli diplomat və siyasətçilərlə, səfirlərlə sərt dialoqlar apardığı məlumdur. O, özünü siyasi hakimiyyətin baş ideoloqu, daxili və xarici siyasətin əsas prinsiplərini müəyyən edən fiqur kimi təqdim edib. Və bu təqdimat Rusiya siyasi elitasında rəğbətlə qarşılanıb, Mehdiyev müstəqillik dövründə Rusiya Prezidenti V.Putin tərəfindən “Dostluq” və “Şərəf” ordenləri, habelə Rusiya Elmlər Akademiyasının xatirə medalı ilə təltif olunub.
R. Mehdiyev uzun illər bəzi hüquq mühafizə orqanlarını, məhkəmələri, nazirlikləri, rayon ira hakimiyyətlərini, Milli Məclisi, hakim Yeni Azərbaycan Partiyasını öz nəzarətində saxlayıb. Kifayət qədər böyük çevrədə rüşvətə, korrupsiyaya, şəxsi sədaqətə əsaslanan klan sistemi formalaşdırıb. Nəticədə həcmi milyardlarla dollarla ölçülən sərvətə sahib olub. Mehdiyevin yaxın çevrəsi ölkədə banklara, tikinti şirkətlərinə, otellər şəbəkəsinə, iri torpaq sahələrinə, başqa gəlirli biznes obyektlərinə, saysız-hesabsız dəbdəbəli mülklərə, ticarət obyektlərinə nəzarət edib. Onun Rusiyanın müxtəlif şəhərlərində də böyük yatırımları mövud olsa da, digər məmurlardan fərqli olaraq, Türkiyə və Qərb ölkələrində biznes qurmağa, əmlak almağa maraq göstərməyib. Bunu daha çox onun Rusiyaya mənəvi, siyasi bağlılığı, Qərbin demokratik sisteminə nifrəti ilə əlaqələndirirlər.
Mehdiyevi təsvir olunan güclü hakimiyyət rıçaqlarından məhrum edib, Novxanıdakı bağ evinə göndərmək elə də asan başa gəlməyib. O, PA rəhbəri postundan və AMEA prezidentliyindən böyük ictimai təzyiq altında çıxarılsa da, hüdudsuz sərvətinə nəzarəti əlində saxlamağa nail olub. Amma belə iddialı, odioz fiqurların böyük maddi imkanlara, onunla birləşən qaranlıq xarici və daxili əlaqələrə malik olması ölkədə siyasi sabitlik üçün təhlükə mənbəyidir. Xüsusi ilə iddia olunduğu kimi, hüquq mühafizə orqanları onun sakit təqaüdçü həyatını yaşamadığını müəyyən edən məlumatlar əldə edirsə, barəsində siyasi qərar qəbul olunmasından başqa alternativ qalmır. Ehtimal etmək olar ki, Azərbaycan-Rusiya münasibətlərinin kifayət qədər “sərin” olduğu ötən 10 ayda Mehdiyev yaşına uyğun olmayan aktivlik nümayiş etdirib. Bu “aktivliyin” nədən ibarət olması barədə aidiyyatı qurumlar ictimaiyyəti məlumatladırsalar, yaxşı olar, o zaman mediada baş alıb gedən şayilərə, yalan xəbərlərə də yer olmaz.(pressklub)