Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Elmed”də qorxunc diş müalicəsi:səhv dərman sinir sistemini sıradan çıxardı

Redaksiyamıza müraciət edən Ruslana Zaxarova iddia edir ki, “Elmed” Özəl Tibb Mərkəzində çalışan stomatoloq Afət Məmmədağa qızı Ağayeva tərəfindən müayinə zamanı səhlənkarlığa yol verilib.
Yenixeber.org: Onun sözlərinə görə, nəticədə üz nahiyəsindəki sinir toxumaları ciddi şəkildə zədələnib və bu, uzunmüddətli fəsadlara səbəb olub.
Ruslana xanım bildirir ki, hadisə bu ilin aprel ayında baş verib:
“Dişimdə problem olduğuna görə ‘Elmed’ klinikasına müraciət etdim. Müayinə zamanı istifadə olunan dərman preparatı düzgün tətbiq edilmədi. Hadisədən sonra üzümün və dodaqlarımın hissiyatı tam itdi. Həkimə bildirdim, amma o, vəziyyəti ciddiyə almadı, ‘yodla keçəcək’ deyib məni evə göndərdi.”
Pasiyent əlavə edib ki, vəziyyəti ağırlaşdıqdan sonra başqa klinikaya müraciət edib və orada təcili əməliyyat olunub:
“Əməliyyatı icra edən həkim dedi ki, zərərli maddə bir gün belə gec çıxarılsaydı, sinir sistemim iflic ola bilərdi. Bütün tibbi sənədlərim bunu sübut edir.”
Zaxarovanın sözlərinə görə, baş verənlərlə bağlı Səhiyyə Nazirliyinə də şikayət edib. Lakin klinikanın özəl tibb müəssisəsi olması səbəbilə müraciətinə ciddi reaksiya verilməyib:
“Bu müddət ərzində ‘Elmed’ klinikası mənə heç bir köməklik göstərmədi. Hətta məni başqa həkimə yönləndirəcəklərini desələr də, vəd yerinə yetirilmədi.”
Araşdırmalar göstərir ki, “Elmed” Özəl Tibb Mərkəzi ilə bağlı mediada bu ilk şikayət deyil. İnternet axtarışlarında klinika barəsində müxtəlif narazılıqlara dair məlumatlara rast gəlmək mümkündür.(Azerbaycanreallığı)
Qarşı tərəfin - “Elmed” Özəl Tibb Mərkəzinin və həkim Afət Ağayevanın mövqeyini işıqlandırmağa hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam