Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Nikolun Bakıdan “güzəşt gözləntisinin” cavabı budur

 

Əgər biz ölkə, xalq olaraq Qarabağ məsələsinin “Qordi düyünü”nü açmaq istəyiriksə, bu il işğal olunmuş ərazilərimizdə antiterror əməliyyatı keçirməliyik.

Yenixeber.org: Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın “Azərbaycan kompromisə getməsə, biz də getməyəcəyik” bəyanatına münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Paşinyan Qarabağ klanı və Rusiyadan daha çox, erməni xalqının təzyiqindən qorxur:

“Paşinyan Ermənistanın “Qordi düyünü”nün Qarabağ problemi olduğunu desə belə, bununla heç nə dəyişməyəcək. O vaxt dəyişiklik ola bilər ki, Paşinyan güzəştlərə getməyə hazır olduqlarını bəyan etsin. Paşinyan isə bunun əksini edərək, Azərbaycanın güzəştlərə getməsini gözləyir. Üstəlik də deyir ki, Qarabağın müqəddəratını həll etmək üçün ətraf işğal edilmiş 5 rayonu da azad etməyəcək. İşğal edilmiş digər iki rayon - Kəlbəcər və Laçından söz belə etmir. Çünki ermənilər cüzi güzəştlərə belə hazır deyil. Həm Paşinyan, həm də onun xalqının güzəştə getməyə məcbur edilməsinin yeganə yolu Azərbaycan Ordusudur. Ermənistanı eyforiyadan ayıltmaq üçün soyuq bir duş lazımdır ki, bunu da ancaq Azərbaycan əsgəri edə bilər”.

Qeyd edək ki, Kölndə erməni icmasıyla görüşü zamanı Ermənistan Baş naziri Nikol Paşinyan ilk olaraq Azərbaycanın kompromisə getməli olduğunu deyib.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam