Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyanın “hücum siyasəti”:Qarabağ klanına qarşı oyun...

 

Paşinyanın ikibaşlı açıqlamaları Ermənistanın daxili siyasətinə hesablanıb. Daxildə mövcud olan iqtisadi problemlər müzakirələri şərtləndirir


Yenixeber.org: Bu sözləri açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, Paşinyanın İlham Əliyevlə danışıqlara hazır olduğu ilə bağlı açıqlaması Ermənistanın bu gün həm iqtisadi vəziyyəti, həm qonşuları ilə münasibəti, həm də regional reallıqlar çərçivəsində buna məcbur qaldığını göstərir:
“Paşinyan sonunun Sərkisyan kimi olmasından ehtiyat edir. Ona görə də gələcəkdə onun hakimiyyətinə təhdid ola biləcək köhnə problemlərin həll edilməsi və yeni problemlərin meydana gəlməməsi üçün Azərbaycanla məsələləri həll etməli olduğunu yaxşı bilir. Bu çərçivədə onun bu açıqlaması Ermənistanın mövcud vəziyyətdən çıxış yolu üçün danışıqlar yolunu seçəcəyini və seçmək istədiyinin sübutu kimi qiymətləndirilə bilər. Paşinyan başa düşür ki, Azərbaycanla müzakirələrə getməsə, Ermənistan mövcud blokada vəziyyətindən çıxa bilməyəcək. Bu da Sərkisyan hakimiyyətində olduğu kimi, Paşinyan hakimiyyətinin də devrilməsi ilə nəticələnə bilər”.
N.Cəfərsoy qeyd edib ki, Paşinyanın verdiyi açıqlamalar diplomatik müzakirə taktikalarının ən geniş yayılmış növlərindəndir:
“Paşinyan bir tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib, digər tərəfdən də “danışıqlarda Qarabağ təmsilçiləri də iştirak etməlidirlər, mən onların yerinə qərar verə bilmərəm” fikri ilə özü-özünü təkzib edir. Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirakı tələbi Paşinyanın İlham Əliyevlə danışıqlara hazır olduğu ilə bağlı açıqlamasının yaratdığı məcburiyyəti, riskləri bir növ sığortalamaq məqsədi daşıyır. Yəni bununla o, daha böyük iddialarla danışıqlara başlamağı hədəfləyir. O, müzakirələrdə özünü daha güclü göstərmək üçün böyük iddialar irəli sürür. Qarabağ ermənilərinin tərəf kimi danışıqlar prosesinə qoşulmasının mümkün olmadığını Paşinyan özü də gözəl başa düşür”.
N.Cəfərsoyun sözlərinə görə, Qarabağ məsələsi Ermənistanın daxili siyasətində ən əhəmiyyətli mövzuların başında durur:
“Qarabağ məsələsi ilə bağlı atılacaq addımlar Ermənistandakı siyasi hakimiyyəti böyük risklərlə qarşılaşmaq məcburiyyətində qoya bilər. Bu çərçivədə də Paşinyan Qarabağla bağlı mövqeyini sərt tutaraq, ictimaiyyətə oynayır və cəmiyyətin daha çox dəstəyini almağa çalışır. Həm ciddi islahatlar həyata keçirə bilməsi, həm də hakimiyyətini qoruması üçün onun çox geniş xalq dəstəyinə ehtiyacı var. Paşinyan hakimiyyətə Qarabağ klanına qarşı mübarizə konteksində gəlib. İndi Qarabağ məsələsi ilə bağlı atacağı hər hansı bir addımın Ermənistan cəmiyyətində onun rəqibləri tərəfindən güzəşt kimi xarakterizə edilməsi hakimiyyətdən uzaqlaşmasına gətirib çıxara bilər. Bu cür aktual məsələdə geri addım atmaq görüntüsü vermək Qarabağ klanının ona qarşı yeni hücum imkanları əldə etməsinə səbəb olar. Bu riski də aradan qaldırmaq üçün Paşinyan belə populist açıqlamalar verir”.
N.Cəfərsoy vurğulayıb ki, Paşinyan hələ hakimiyyətə gəlməzdən öncə, müxalifətdə olduğu zamanlarda da Qarabağla bağlı sərt mövqe ortaya qoyurdu:
“O, mövcud hakimiyyəti tənqid edəndə də onların Azərbaycana qarşı “hücum siyasəti” aparmalı olduqlarını bildirirdi. Ona görə də bütün bunlar Ermənistanda yeni hakimiyyətin hücum siyasəti kimi də xarakterizə edilə bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam