Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Bakı İnzibati Məhkəməsi , inzibati kollegiyalar da ƏƏSMN-in FİLİALIDIR?! -TƏFSİLAT

Hüquqi yardım, vəkil xidməti dövlət inhisarına alınıb – MƏĞRUR BƏDƏLSOY YAZIR

MƏHKƏMƏ KONSTİTUSİYAYA QARŞI ÇIXARAQ TƏLƏBKARIN VERDİYİ ƏRİZƏLƏRİN QƏBULUNDAN  İMTİNA EDİR

Prezidentin, MM-in, KM-in, məhkəmənin ləğv edə bilmədiyi qərarı PENSİYA FİLİALI  ləğv edib

Yenixeber.org: İllərdir pensiya , sosial təminat hüququ ilə bağlı iki qurumun – son xidmət yerim olan DİN Daxili Qoşunları ilə ƏƏSMN-in özbaşınalığı arasında yaşam uğrunda savaşdayam. DİN Maliyyə Plan İdarəsi “Hərbi qulluqçuların pensiya təminatı haqqında qanunun 15v , 23b maddələrinə əsasən, uyğun olaraq minimum pensiyanın 300 və 100 faizi həcmində pensiyaya əlavəni, 58-ci maddə əsasında dolanışıq xərcləri indeksinin dəyişməsi ilə bağlı pensiyamı yenidən hesablamayıb; 47 ilin zabitinin 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığını “əsas” tutub, 390 manatlıq mülki vəzifə maaşı yazıb; ƏƏSMN tabeliyində DSMF ( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) pensiyam Fonda keçəndən sonra “Əmək pensiyaları haqqında” qanunun 26.1 maddəsinə qarşı çıxaraq, DİN- təyin edilən pensiyanı 45.10 manat azaldıb, 19.1.4-cü maddəyə əsasən, 1-ci dərəcəli əlilə qulluğa görə 11 manat (2019-cu ildən ləğv edilib, Prezident təqaüdü kimi əlilə qulluq edən şəxsə ödənilir və hazırda 120 manatdır) , 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasına 110 manat əlavəni hesablamaqdan imtina edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim Elçin Məmmədov) 05.07.2017-ci il tarixli 2-1(81)-1889/17 saylı qərarla pensiyama 110 manat əlavənin hesablanmalı olmasını qərara alıb və qərar 2023-cü ilin aprelinə kimi icra olunub. 

Pensiyama qanunvericiliklə nəzərdə tutulan əlavələrin verilməməsindən şikayətlərimə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın (XŞTMF) direktoru Şahin Əliyev  26.01.2023 tarixli, onun müavini Elnur Qurbanov 22.02.2023 tarixli eyni məzmunlu məktublarla pensiyamın məhkəmə qərarı ilə əlavə olunan 110 manatla birlikdə 1112.44 manat hesablandığını, 30 gün müddətində məhkəməyə müraciət etmək hüququmu bildiriblər. 25.02.2023-cü ildə Bakı İnzibati Məhkəməsinə iddia təqdim edilib və martda icraata götürülüb. Məhkəmə (hakim Bəhlul Cəlalov) mayın 2-ə hazırlıq iclası təyin edəndə, apreldən pensiyama məhkəmə qərarı ilə əlavə olunan 110 manatı kəsməklə yenidən 138.79 manat azaldıb 973.65 manata salıblar. Hakim bu özbaşınalığa SONRA qiymət verəcəyini deyib və pensiya təyin olunandan sonra işləməyimə görə pensiyamın yığılan kapitala uyğun yenidən hesablanmalı olmasını da tələbə əlavə etməyimə HÜQUQİ YARDIM edib. Lakin SONRA mən xəstəxanada yatanda nə HÜQUQİ YARDIM yada düşüb, nə dövlət hesabına vəkillə təminatım, nə də xəstəxanadan iclasın ertələnməsi barədə müraciətim. Cavabdeh PENSİYA FİLİALININ  prosessual hüquq fəaliyyəti qabiliyyəti olmayan “nümayəndəsi” MƏHKƏMƏ FİLİALI- 39 SAYLI VƏKİL BÜROSU 01.04.2023-cü ildə “LƏĞV ETDİYİ” 05.07.2017-ci il tarixli Qərarın QÜVVƏDƏ OLDUĞUNU sübut kimi təqdim edib və iddianı mümkün saydırmayıb. Özbaşınalığa baxın, XŞTMF rəsmi məktublarla məhkəmə qaydasında hüququmu təmin etməyi bildirir, məhkəməyə müraciət edəndə isə pensiyamı daha da azaldır. Belədə deyiblər, yumurtlamadı-yumurtlamadı, falı da yedi? 

30 aydır dövlətin adından çıxarılan məhkəmə qərarının dayandırılmasından dəyən ziyan bir yana, icranın bərpasına nail ola bilmirəm. Əksinə, pensiya filialı özbaşınalığını sürdürür, hələ məndən məhkəmə qərarı ilə əlavə olunan 110 manatı 2 il gec kəsdiyinə görə” 3188 manatı tutmaqla hədələyir. 30 aydır xeyrimə çıxarılan məhkəmə qərarını borclunun MƏHKƏMƏ FİLİALI-39 SAYLI VƏKİL BÜROSU öz cibinə uyğun gah “LƏĞV EDİR”, gah “QÜVVƏYƏ MİNDİRİR”. MƏHKƏMƏ DƏ BU LƏĞVETMƏ-QÜVVƏYƏ MİNMƏ” HAVASINA OYNAYIR.

“Əmək pensiyaları haqqında” qanunun Qarabağ qaziləri ilə bağlı heç bir tələbinə əməl etməyən Filial ,  pensiyadan məbləğ tutmaqda da özbaşınalıq edir. Sözügedən qanunun 39-cu maddəsinə görə, pensiyadan tutulma yalnız pensiyaçının razılığı ilə olmalıdır, razılıq olmadıqda məhkəmə yolu ilə tutula bilər. Belə çıxır, pensiya ödəyən orqanın pensiya qanunvericiliyindən xəbəri yoxdur ?! Bəs Konstitusiyadan necə? Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 

Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Konstitusiyaya hörmətsizliyi o həddədir ki, PREZİDENTİN, MİLLİ MƏCLİSİN, KONSTİTUSİYA MƏHKƏSİNİN, MƏHKƏMƏ HAKİMİYYƏTİNİN LƏĞV EDƏ BİLMƏDİYİ MƏHKƏMƏ QƏRARINI LƏĞV EDİR?! Bunun bir adı var: ÖZBAŞINALIQ!

Hələ ki özbaşınalıq sürür...Özü də təkcə pensiya filialı yox, prokurorluq, MƏHKƏMƏ FİLİAL(lar)ı da özbaşınalıqda pensiya filialından geri qalmır. Özbaşınalığa baxın, 30 ayda baş prokurorluğun 161, 961 “qaynar” xətt” əlaqə mərkəzinə 100 yaxın şikayətlərin biri ilə də olsun izahatım belə alınmayıb. Hələ 500-ə yaxın yazılı şikayətləri demirəm. Məhkəmə hakimiyyətindən heç danışmağa dəyməz. Məhkəmə Hüquq Şurası qiymət vermir, Milli Məclis Aparatı onun səlahiyyətinə aid olmadığını bildirir, Ombudsman “poçtalyonluqla müvəkkillik edir, özünüz qiymət verin, Bakı İnzibati Məhkəməsi özünü borclu ƏƏSMN-in MƏHKƏMƏ FİLİALI, VƏKİL BÜROSU kimi aparır; TƏLƏBKARIN VERDİYİ ƏRİZƏLƏRİN QƏBULUNDAN BELƏ İMTİNA EDİR. (?) Qəbul edəndə isə İCRA HAQQINDA QƏRARDAD ÇIXARMAQ əvəzinə, İCRANIN MÜMKÜN SAYILMAMASI HAQQINDA QƏRARDAD çıxarır. Halbuki Ali Məhkəmə Plenumunun 19.11.2021-ci il tarixli “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Qərarı ilə formalaşdırdığı vahid məhkəmə təcrübəsi TƏLƏBKAR ƏRİZƏ VERMƏDİKDƏ belə, məhkəmənin XİDMƏTİ VƏZİFƏSİNƏ görə İCRA HAQQINDA QƏRARDAD çıxarmalı olduğunu təsbit edir. Bəs niyə Bakı İnzibati Məhkəməsi (h. GÜNEL SEVDİMALIYEVA, AYGÜN ABDULLAYEVA, AYGÜN ƏHƏDOVA), Bakı Apellyasiya Məhkəməsi ( ŞƏRAFƏT MƏMMƏDOVA, PƏRVİZ HÜSEYNOV, CEYHUN MƏMMƏDOV; ELVİN ƏLİYEV, AYTƏN ORUCZADƏ, GÜNEL ABBASOVA; XƏYALƏ CƏMİLOVA, ORXAN İSMAYILOV, RƏŞİD SƏMƏDOV) xidməti vəzifələrini icra etmir, dövlətin adından çıxarılan məhkəmə qərarının İCRASINI  MÜMKÜN  SAYMIRLAR?  İcranın mümkün sayılmaması “MƏHKƏMƏ MÜSTƏQİLLİYİ” elə Konstitusiyanın MÜMKÜN SAYILMADIĞI deməkdir axı! Belə çıxır, məhkəmə hakimiyyəti KONSTİTUSİYAYA QARŞIDIR. Belə qarşıdurma ilə nə insan hüququ qorunar, nə demokratiya qazanar, nə də müstəqillik gerçəkləşər. 

Məğrur Bədəlsoy

P. S. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə özünü borclunun vəkili kimi aparan məhkəmə hakimlərindən  şikayətə qanuna zidd olaraq barəsində şikayət edilən borclu ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev “məhkəmə qərarlarının mümkün sayılmaması” qərardadlarını sadalamaqla cavab verib. “İrəliləyiş” var, keçən il “korrupsiya planının üçqat yerinə yetirildiyi” bildirilib, şikayətlərin illik sayının 500-ə çatdığı vurğulanırdı...

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam