Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Putinin Əliyevlə Paşinyana zəng etməsinin iki məqsədi –ŞƏRH

Putinin Əliyevlə Paşinyana zəng etməsinin iki məqsədi – ŞƏRH

“Kremlə həm Bakıdan, həm də İrəvandan şikayətlər gedir. Bakı İrəvanın kommunikasiya xətlərinin açılmasını uzatdığını bildirir, İrəvan isə əsirlərin geri qaytarılmadığını iddia edir”.

Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin dünən Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyana zəng etməsini şərh edərkən bildirib.Politoloqun sözlərinə görə, tərəflər arasında vasitəçilik edən Kremlə şikayətlər daxil olduğundan Rusiya prezidenti Vladimir Putin iki ölkənin lideriylə telefon danışığına ehtiyac duyub.

“Putin telefon danışığında atəşkəsə riayət edilməsindən razı qaldığını bildirərək, 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsinin durumunu tərəfdaşlarıyla müzakirə edib.

Bu telefon zənginin iki mənası var. Birincisi, Putin demək istəyir ki, proses onun nəzarəti altındadır, ikincisi, tərəflər 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini sürətləndirməlidirlər”.

E.Şahinoğlu deyir ki, bəyanatları yerinə yetirməyən varsa, o da Ermənistandır:
“Dağlıq Qarabağda hələ də əli silahlı separatçılar var, İrəvan kommunikasiya xətlərinin açılmasına maraq göstərmir və bunun nəticəsidir ki, 1 mart tarixinə qədər liderlərin masasına təkliflər paketi təqdim edilməyib”.

 Politoloq onu da əlavə edib ki, Azərbaycanın müharibədən sonra təkbaşına və Türkiyə ilə birgə hərbi təlimlərinin sayını artırması doğru strategiyadır. Bu,  Ermənistanı məcbur edir ki, onun da ordusu məsələyə hansısa formada reksiya versin, hərbi təlimə maliyyə ayırsın, məhdud hərbi sursatlarını istifadə etsin və s.

“Müharibədən əvvəl erməni rəsmilər və generallar özlərindənrazı halda deyirdilər ki, Ermənistanın hərbi büdcəsi Azərbaycanın hərbi büdcəsindən az olsa da, guya keyfiyyətdə üstündürlər. Gördük Ermənistan ordusunun “keyfiyyətini”. İndi ermənilər özləri də başa düşürlər ki, onlara yalan danışıblar, orduda keyfiyyətdən danışmağa dəyməz. Belə olan halda Ermənistanın ordu rəhbərliyi hərbi təlimlər məsələsində Azərbaycan ordusu ilə ayaqlaşmağa çalışmalıdır, əks halda, erməni cəmiyyəti hakimiyyətdən “Azərbaycan ordusu az qala hər ay təlim keçirir, bəs bizim ordu niyə keçirmir, sabah yenə müharibə başlasa nə edəcəyik” sualını ünvanlayacaq. Ermənistan hakimiyyəti və ordu rəhbərliyi bu sualdan canlarını qurtarmaq məqsədilə gözə kül üfürmək üçün bir neçə minlik hərbçinin kağız üzərində “təlimini” keçirmək məcburiyyətindədir”, – E.Şahinoğlu deyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam