Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Rusiya Qarabağda Türkiyə ilə üz-üzə gəlmək istəmir...” – Ekspert rəyləri

 

Ötən gün Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

 

Yenixeber.org: Hulusi Akar Rusiya Müdafiə naziri ilə söhbətdə Ermənistanın hərbi təcavüzünə son verməsi və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb.

Danışıq zamanı Hulusi Akar Azərbaycanın münaqişənin həlli üçün daha 30 il gözləməyəcəyini, Türkiyənin öz torpaqlarını geri almaq üçün əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacağını qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar atəşkəs Rusiya tərəfinin Türkiyədən fərqli olaraq münaqişənin danışıqlar vasitəsilə yenidən uzadılmasına niyyətli olduğunun göstəricisidir. 

Maraqlıdır, Türkiyə və Rusiyanın Qarabağ münaqişəsində fərqli mövqelərdə olması iki ölkə arasındakı münasibətləri kəskinləşdirə bilərmi?

Məsələ ilə bağlı politoloq Natiq Miri sözügedən telefon zənginin xəbərdarlıq xarakteri daşıdığını və Rusiyaya münaqişədən uzaq olmağa çağırış olduğunu bildirib:

 

 

"Rusiya Cənubi Qafqazda, xüsusilə Qarabağda Türkiyə ilə qarşı-qarşıya gələcək qədər sadəlöhv deyil. Rusiyanın Suriyada varlığı onsuz da onun enerji və maliyyəsinə mənfi mənada təsir edir. Rusiya Liviyada da Türkiyə ilə qarşı-qarşıyadır. Hər iki cəbhədə Türkiyədən ağır zərbə aldığı üçün onlar Türkiyə ilə razılaşmaq məcburiyyətindədir.

 

Üçüncü bir cəbhənin açılıb Cənubi Qafqazda Türkiyə ilə qarşılaşmaq Rusiyanı Qarabağ bataqlığında batıra bilər. Qarabağ probleminin başlaması SSRİ-nin süqutuna müəyyən mənada təsir etmişdi. İndi Qarabağ məsələsinə yenidən Rusiyanın müdaxiləsi açığı Rusiyanın parçalanmasına gətirib çıxara bilər.

 

 

Unutmaq olmaz ki, Rusiyanın 7 bölgəsi türk etnosu ilə doludur. Təkcə Cənubi Qafqazda yox, Şimali Qafqazda da türk etnosları yaşayır ki, bu bölgələrə Türkiyənin dolayısı ilə təsir gücü var. Əgər Rusiyada həqiqətən də ağıllı düşüncəyə sahib insanlar varsa Rusiya Türkiyə ilə qarşı-qarşıya gəlməməlidir. Hulusi Akarın Rusiyaya zəng edib xəbərdarlıq etməsi də çəkindirici xarakter daşıyır ki, Rusiya Qarabağ cəbhəsinə müdaxilə etmək fikrinə düşməsin”.

 

Politoloq Rusiya vasitəsi ilə Ermənistana silah daşınmasının Türkiyənin diqqətində olduğunu və onlarda qarşı tərəflə bağlı kəşfiyyat məlumatlarının olduğunu qeyd edib:

 

 

"Rusiya vasitəsilə Ermənistana mülki təyyarələrdə intensiv olaraq silah daşınır. Bu gün Ermənistan Xarici İşlər naziri Rusiyanın paytaxtındadır və onun geri qayıdarkən Rusiyadan silah daşıyacağı ilə bağlı konkret informasiyalar var. Bu məsələləri tək Azərbaycan deyil, Türkiyə də izləyir və onlarda konkret kəşfiyyat məlumatları var. Ona görə Hulusi Akarın Sergey Şoyquya zəngi bir növ xəbərdarlıq xarakteri daşıyır ki, bu məsələni çox çevirib uzatmağa ehtiyac yoxdur.

 

 

Bir tərəfdən Rusiya ona da çalışır ki, Türkiyəni bu məsələdən uzaqlaşdırsın. Lavrovun ard-arda iki dəfə açıqlama verməsi də buna istinad edir. Ancaq Türkiyə dolayısıyla bu prosesdə artıq iştirak etdiyini açıq bəyan edir”.

 

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə açıqlamasında Qarabağ münaqişəsi ilə bağlı bu konteksdə danışıqların illərdir davam etdiyini və hər iki ölkənin bu məsələ üzündəndən münasibətlərinin pisləşməməsi üçün çalışdığını vurğulayıb:

 

 

 

 

"Bir neçə il əvvəl Türkiyə prezidenti Ərdoğan da bu məsələni Rusiya prezidenti Putinlə müzakirə etmişdi. Xarici İşlər Nazirliyi səviyyəsində də bundan əvvəl iki ölkə arasında Dağlıq Qarabağ məsələsi müxtəlif aspektlərdə müzakirə edilib.

 

Hesab edirəm ki, iki ölkə arasında Qarabağ məsələsinin müzakirəsi əslində Rusiya və Türkiyənin bu mövzuda əsl niyyətinin də cəmiyyətə çatdırılması üçün yaxşı vasitədir. Bu danışıqların nəticəsi olaraq orta bir xətt formalaşacaq. Düşünürəm ki, Rusiya və Türkiyə bu danışıqlardan dolayı münasibətlərin pisləşməməsi üçün çalışır.

 

Ermənilərin Moskvada olan danışıqlarının məqsədi odur ki, hərb strukturları tamamilə dağıdılmamış atəşkəsə nail olsunlar. Onlar indiki vəziyyəti dondurub real olmayan hansısa imitasiya danışıqlarına getməyi düşünür. İmkan olsa Ermənistan düşünür ki, Rusiyanı bu münaqişəyə öz tərəfdarı kimi cəlb etsin və onlara zəmanət yaransın”. 

Sfera.az

Əzizə Zeynal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam