Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

200 milyon insan etiraz edir- Hindistanda 

Hindistanda 200 milyona yaxın insan bir sıra ümummilli həmkarlar ittifaqları və solçu hərəkatların çağırışı ilə bu gün başlayan ikigünlük ümummilli tətildə iştirak edir.

Yenixeber.org: Bu barədə NDTV telekanalı aksiyaların təşkilatçıları olan həmkarlar ittifaqlarının rəhbərlərinə istinadən məlumat yayıb.

Etirazçılar sənayenin müxtəlif sahələrində minimum əmək haqqı və pensiyaların artırılmasını, sosial şəraitin yaxşılaşdırılmasını, işsiz gənclər üçün iş yerlərinin təmin edilməsini və s. tələb edirlər.

Etiraz aksiyasının iştirakçıları hökuməti işçilərin maraqlarını qorumaqdan imtina etməkdə günahlandırırlar.

Aksiyaya bəzi kəndli və fermer birlikləri də qoşulub.

Ölkənin bəzi bölgələrində etirazçılar dəmir yollarını və avtomobil yollarını bağlayıblar. Qərbi Benqal və Kerala ştatlarında polislə toqquşmalar qeydə alınıb.

Bəzi yerlərdə isə məktəblər və digər təhsil müəssisələri bağlanır. Şəhərlərdə mağazaların, dükanların və ofislərin əksəriyyəti bağlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam