Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

DGK açıqlama verdi, verməsə idi ondan yaxşı olardı...

 

            

Yenixeber.org: 31 dekabrda Bakı küçələrində pirotexniki vasitələrin istifadə edilməsi halları barədə və bunun günahının DGK-nin olduğu barədə yazmışdıq. DGK-indən ona qarşı yönəldilmiş ittihamlara cavab verilib. Lakin cavab nədənsə heç qaneedici görünmür. DGK-nın verdiyi açıqlamaya görə o mallar gömrükdən keçməyib. Gömrükçülər burda deyəsən topu başqa xidmətlərin meydanına atmaq istəyirlər. Azərbaycana gələn mallar əgər gömrükdən keçməyibsə, deməli sərhədlərimiz yaxşı qorunmur. Hardansa qaçaqmalçılar deşik tapıb keçiblər. Milyonlarla gəlir gətirən narkotiki keçirdə bilıməyən qaçaqmalçıların, hansısa pirotexnik vasitələri keçirdə bilməsi çox gülməli gəlir. 
Lakin DİN-nin axır vaxtlar içtimaiyyətin nəzarəti altında apardığı reydlər zamanı tutulan malların çoxluğu bunun heçdə qaçaqmal yox, gömrükdən keçdiyinə dəlalət edir. Bunu özümüzdə fişəng almaq bəhanəsi ilə yaxınlaşdığımız mal sahibindən eşitmişdik. Həmdə əgər bu mallar qaçaqmal olsa idi, deməli məntiqlə prokurorluq qaçaqmalçılıqla bağlı neçə neçə cinayət işi açmalı idi. Lakin prokurorluqdan belə cinayətlər haqqında məlumat verilməyib.
DGK-nə qarşı daha bir ittiham var idi. O da gömrükdə tutulan pirotexniki vasitələrin sonradan gömrük işçiləri vasitəsi ilə satışa yönləndirilməsi. Bu ittihamlar tək pirotexniki vasitələr barədə deyil.Bütün tutulan mallar barədə mütamadi mediada gedir. Lakin gəlin DGK-nın verdiyi məlumatda tutulmuş pirotexniki vasitələrin məhv edilməsi bölümünə qayıdaq. Özüdə elə belə yox, media mənsublarının iştirakı ilə məhv edilməsi.
Birinci, indiyə qədər DGK belə əmliyyatları video görüntüsüz həyata keçirməyib və əgər doğrudanda belə hadisə olubsa, nəyə görə bu məlum açıqlamanı verəndə video görüntüləridə yayımlamayıb? Birdə hansı media mənsubu içtirak etdiyi belə bir hadisəni qələmə almaz və o günü, günün xülasəsində mənsub olduğu media resursunda yayımlamaz? Əgər DGK düz deyirsə, pirotexniki vasitələrin məhv edilməsi zamanı orda media mənsubları iştirak ediblərsə,onlar ora şouya baxamağa gedməyiblər.Onlar orda öz media resurslarını təmsil ediblər və bu hadisə barədə çoxlu fotoşəkillərlə dolu reportajları qəzet manşeti olmalı, sytların səhifələrində və internetdə dolaşmalı idi. Zatən həmişə belə olub. Amma bunlar yoxdur.
Lakin nədənsə biz bu xəbərlərə ancaq bu gün, özüdə DGK-nin açıqalmasında rast gəldik. Bu da şübhələrə yol açır.
DGK- nin mövqeyini dinləməyə hazırıq!(teref.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam