Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

RUSLAR ÜÇÜN ARAQ VƏ ÖLÜM BAYRAMI –“Şaxta baba” Rusiyada hər il 9-12 min insanı özü ilə aparır…

444

Dünya ölkələrinin böyük əksəriyyətinin ortaq bayramına çevrilən və çox təmtəraqla qeyd edilən Yeni İl insanlara təkcə sevinc gətirmirmiş. Xüsusilə xristian ölkələrində bu bayramın spirtli içkilərin hədsiz dərəcədə istifadəsi ilə müşayiət olunduğu heç kimə sirr deyil. Bunun yaratdığı fəsadlar isə o qədər böyükdür ki, yeni ilin ilk günləri az qala bayramdan çox qətliam təsəvvürü yaradır.

                                Bir gündə alkoqoldan 2200 nəfər həyatını itirir

Bayram ərəfəsində Rusiyada hər il yanvar ayının ilk günlərində həyatını itirən insanların sayı ilə əlaqədar maraqlı statistika ortaya çıxıb. Rusiya Federal Tibbi Araşdırmalar Mərkəzinin şöbə rəisi Aleksandr Nemtsovun açıqladığı rəsmi rəqəmlər cəmiyyətdə şok effekti yaradıb. Həm də nüfuzlu alim və mütəxəssis kimi tanınan A.Nemtsov Rusiya əhalisinin ilin digər ayları ilə müqayisədə ən çox yeni il bayramı günlərində azaldığını bildirib. Nemtsovun açıqladığı rəsmi statistikaya görə, Rusiyada hər gün ortalama təqribən 6 min nəfər həyatını itirir. Lakin bayram günlərində bu rəqəm bir xeyli artır. Obrazlı desək, hər Yeni İl bayramında Şaxta baba 9-12 min rusiyalını özü ilə geriyə dönüşü olmayan yerlərə aparır.

Nemtsov Rusiya mətbuatına açıqlamasında bildirib ki, əgər ölkədə ilin digər dövrlərində gündə 6 min nəfər dünyasını dəyişirsə, yanvarın 1-dən 17-nə qədər əlavə daha 9-12 min insan həyatını itirir: “9 min ortalama rəqəmdir, ancaq elə illər olur ki, bu göstərici 12 min nəfərə çatır. Kulminasiya nöqtəsi yanvarın birinci gününə təsadüf edir. Hər il həmin gün əlavə 2200 nəfər həyatını itirir…”

“Bayramı necə keçirsən, bütün ili o cür yaşayacaqsan…”

A.Nemtsov bayram günlərində ölüm hallarının çoxalmasının birinci səbəbinin təbii ki, alkoqollu içkilər olduğunu bildirib. Daha doğrusu, spirtli içkilərin həddindən dəfələrlə artıq ölçüdə istifadəsi ölüm hadisələrinin başlıca səbəbi sayılır: “Xüsusilə bayramın ilk gecəsi və sonrakı 2-3 gün ərzində tünd spirtli içkilərin həddindən artıq istifadəsi ölüm hallarının çoxalmasına səbəb olur. Alkoqoldan ən çox zəhərlənmə halları yanvarın birinci gününə təsadüf edir. Bu o deməkdir ki, insanlar bayram gecəsi olduqca çox içirlər və sonrakı günlər bunun əzabını çəkirlər…”

Ancaq məsələ ondadır ki, bayramın ilk günləri ilə bu bəla ruslardan əl çəkmir. Hər il yanvarın 7-si rusiyalılar İsa Peyğəmbərin doğum gününü qeyd edirlər ki, bu da alkoqolizmin yeni dalğasına səbəb olur. Nəticədə, hələ yeni il gecəsindən tam ayılmayan ruslar bu dəfə yeni bəhanə ilə “hücuma keçirlər”. A.Nemtsov bildirir ki, insanların bayramda bu qədər içkiyə və əyləncəyə meyllənməsi digər səbəblərlə yanaşı, “bayramı necə keçirsən, bütün ili o cür yaşayacaqsan” kimi yanlış düşüncəyə də söykənir.

“Elə ölkədə yaşayırıq ki, burada hər şey alkoqola bağlıdır…”

image

Rusiyalı mütəxəssis onu da qeyd edib ki, ölümlərin səbəbi təkcə alkoqol zəhərlənməsi deyil: “İlin ən soyuq ayları yanvar və fevral aylarıdır. Ölkə üzrə yanvarda ortalama temperatur -12, fevralda -9-dur. İnsanlar həddindən artıq alkoqol istifadəsi səbəbindən öz səhhətlərinə nəzarət imkanlarını itirir, ciddi soyuqdəymələrə məruz qalırlar. Bu isə pnevmoniya başda olmaqla, bir çox təhlükəli xəstəliklərə səbəb olur. Və ümumiyyətlə Rusiyada pnevmoniya xəstəliyinin başlıca səbəbi alkoqol qəbuludur…”

Ölümlərin digər səbəbi isə bayram günlərində qətl hadisələrinin çoxalmasıdır:“Statistika göstərir ki, bayram günlərində içkili halda törədilən qətl hadisələrinin sayı başqa dövrlərlə müqayisədə 70(!) faiz çoxalır. Yəni ki, biz elə ölkədə yaşayırıq ki, burada hər şey bu və ya digər dərəcədə alkoqola bağlıdır…”

Ruslar üçün ən acınacaqlısı isə odur ki, ölənlərin əksəriyyəti gənclər və 35-55 yaş arası kişilərdir. Sözsüz ki bu, rusiyalıların genefonduna vurulan olduqca böyük zərbədir. A.Nemtsov açıqlamasında deyib ki, alkoqol zəhərlənməsindən ölənlər arasında hətta 10 yaşındakı qız uşağı da var. Statistika onu da göstərir ki, hər bayramda dünyasını məlum səbəblərdən dəyişən 9 min nəfərin təqribən iki mini qadındır.

                                      Bəs Azərbaycanda?

Yeni İl bayramında alkoqolun hədsiz istifadəsinin ciddi ziyan vurduğu ölkə təkcə Rusiya deyil. Rusiya qədər olmasa da, əksər xristian ölkələri və xüsusilə də ABŞ eyni problemlə üz-üzədir. Onu da qeyd edək ki, uzun illərdir bu bəladan çıxış yolu axtaran Rusiyada hətta bəzi deputatlar bayram zamanı qeyri-iş günlərinin sayının azaldılmasını da təklif ediblər. Ancaq hələlik şimal qonşumuz bu məsələdə hər hansı irəliləyiş əldə edə bilməyib.

Bəs İslamın əsas din olduğu Azərbaycanda bu sahədə vəziyyət necədir? Sözsüz ki, bizdə də bu bayramda spirtli içki qəbulu digər dövrlərlə müqayisədə xeyli artır. Deyərdik ki, xüsusilə paytaxtda və bir sıra regionlarda spirtli içki qəbulu səviyyəsi bəzi xristian ölkələrindən heç də aşağı deyil. Bu isə alkoqol zəhərlənməsi, xəstəliklər və alkoqollu vəziyyətdə qətllərin törədilməsi kmi halların artmasını qaçılmaz edir.

Təəssüf ki, ölkəmizdə Yeni İl bayramı günlərində alkoqol səbəbindən ölüm hadisələrinin dinamikasına dair xüsusi statistikaya rast gəlinmir. Bununla bağlı hansısa rəqəmlərin açıqlanmasına, yaxud təhlillər aparılmasına da şahid olmamışıq. Baxmayaraq ki, bu problem artıq uzun illərdir ki, Azərbaycan üçün də yad deyil. Və fikrimizcə, Səhiyyə Nazirliyi başda olmaqla, müvafiq qurumların təmsilçiləri ən azından maarifləndirmə işi apara, heç olmasa bayram öncəsi müəyyən çəkindirici məlumatlar və tövsiyyələrlə çıxış edə bilərlər.(azpoltika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam