Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Özəl klinikanın baş həkimindən xəstəyə şok sözlər –“Gördün pilləkən var, gəlmə”

5b7ac84ee2777_Bak-n-n-z-l-klinikas-nda-ba-h-kimd-n-qabal-q

Bakı sakini özəl klinikanın baş həkiminin davranışlarından narazıdır. O, tibb mütəxəssisini müvafiq qurumlara şikayət edəcəyəni söyləyir. 

Yenixeber.org: Nigar Qəmərli adlı paytaxt sakini minval.info-ya Bakıda fəaliyyət göstərən “İstanbul Clinic” xəstəxanasında başına gələn hadisə barədə danışıb.

“Ayağımı zədələmişəm, həkim mənə fizioterapiya yazdı. Bu vəziyyətdə güclə gəzdiyim üçün evimin yanındakı klinikaya getdim. “İstanbul Clinic”-ə daxil olmaq üçün uzun pilləkənləri çıxmaq lazımdır və başqa hər hansı bir girişi yoxdur. Bu məsələni oranın baş həkimi Ümman Abbasovaya dedim. Ondan soruşdum ki, “mənim kimi və daha ağır xəstələr buraya necə gəlsin”, o isə “gördün pilləkən var, gəlmə, çıx get” cavabını verdi” – şikayətçi bildirib.

Nigar xanım onun bu cür reaksiyasına şok olduğunu qeyd edib və həkimə “siz xəstəyə necə belə deyə bilərsiniz?” deyib. O isə yenidən “hə də, pilləkən var, gelmə” sözlərini söyləyib.

N.Qəmərlinin iddiasına görə, həkimə bildirib ki, onu bu münasibətinə görə, şikayət edəcək. Amma tibb mütəxəssisi “hara istəyirsən, şikayət et” deyib. O, bütün baş verənlərə görə susmayacağını və müvafiq addımlar atacağını qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam