Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

"Əməliyyat üçün "Leyla Şıxlinskaya" Klinikasına gətirdik" -ŞİKAYƏT

 

Yenixeber.org xəbər verir ki, femida.az-a müraciət daxil olub.

Atakişiyev Rauf adlı şəxs müraciətində bildirib ki, qardaşının həyat yoldaşı keysəriyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olub. Onun sözlərinə görə, koma vəziyyətində ola-ola xəstənin "Leyla Şıxlinskaya" Klinikasından çıxarılması tələb olunur:

“İyul ayının 17-də qardaşımın həyat yoldaşı, Kəmalə Atakişiyevanı keysəriyyə əməliyyatı üçün "Leyla Şıxlinskaya" Klinikasına gətirdik. 1250 manat ödədik. Əməliyyatdan sonra Kəmalə komaya düşdü. Bildirmək istəyirəm ki, o, doğuşa qədər bütün müayinələrdən keçmişdi və heç bir xəstəliyi yox idi. Xanım hazırda ölüb, amma bizə deyirlər ki, komadadır, guya ki, ayılacaq. Klinikadan mənə dedilər ki, xəstəni nevropatoloq yanına aparmaq lazımdır. Mən də izah etməyə çalışıram ki, xəstə komadan ayılsın, sonra aparaq. Qardaşımın arvadı həkim səhlənkarlığına görə bu hala düşüb. Sağlam vəziyyətdə klinikaya gətirdik. Xəstəni “Semaşko” klinikasına göndərmək istəyirlər. Mənim pulum da gedib, canım da. Tələb edirəm ki, xanımı bu vəziyyətə necə salıblarsa, bundan sonra da müalicəsini aparsınlar”. 

Məsələ ilə bağlı klinikanın rəhbərliyi ilə əlaqə saxlanılıb.

Baş həkimin müavini Qədirova Nuriyyə sayta açıqlamasında bildirdi ki, xəstənin yaxınının iddiaları əsassızdır. Onun sözlərinə görə, Kəmalə Atakişiyeva hazırda tam koma vəziyyətində deyil və onun nevroloji müalicəyə ehtiyacı var:

“Ötən həftənin birinci günü həmin xəstə keyser əməliyyatı zamanı dölyanı su emboliyası olub. Bu, ölüm demək idi. Lakin biz xəstəni ölümdən xilas etdik. Daha sonra patoloji vəziyyət qanaxma verdi. Biz ona öz işçilərimizdən qan köçürüb qanaxmanı dayandırdıq. Yəni nə lazımdırsa, etdik. Bütün analizləri etmişik. Reaksiyası var. Lakin tam özünə gəlməyib. Hazırda xəstə başqa klinikada müalicə almalıdır. Ona nevroloji müalicə lazımdır. Bizim klinikada isə nevroloji şöbə yoxdur. Xəstə komadan tam ayılmayıb, amma nəfəs alır, udqunur, zondla yemək yedizdiririk. Yəni xəstəyə tam komadadır demək olmaz”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam