Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BAZARLAŞAN SƏHİYYƏMİZ VƏ TƏHSİLİMİZ

BAZARLAŞAN SƏHİYYƏMİZ VƏ TƏHSİLİMİZ

 

Yenixeber.org: Bu gün Azərbaycanda elə bir vətəndaş yoxdur ki, səhiyyəmizin, təhsilimizin acınacaqlı vəziyyətindən narahatlıq keçirib danışmasın. Bu insanlar dövlətimizin, millətimizin gələcək inkişafının, çiçəklənməsinin sağlamlığımızın yerində, təhsilimizin, savadımızın çox olmasında görür. Düz də edirlər. Bu bir həqiqətdir. Həqiqət isə heç vaxt qara ləkə götürmür. O parlaqdır, işıqlıdır insanın gözünə nur, üzünə sevinc gətirir. Çox təəssüf ki, içimizdə məddahlar, yaltaqlar, qara yalanı həqiqət kimi qarşısındakına sırımaq istəyən o qədər nadürüstlər, üzdəniraqlar, quyruq bulayanlar var ki. Bunları görəndə adamın əsəbləri gərilir, gözü ağrıyır, istəyir yalan danışdığına görə üzünə bir- iki yağlı söyüş söyə. Amma yenə lənət şeytana deyib abrını gözləyirsən.

Uzun illərdir ki, qəzet, jurnallarda, saytlarda və başqa infarmasıya vasitələrdə səhiyyə və təhsilin bərbad vəziyyəti haqqında saysız- hesabsız kəskin tənqidi yazılar oxuyuram. Oxuduğum yazılarda zərrə qədər də olsa yalan, böhtan, iftira görmürəm. Yüzə-yüz müəlliflərlə razılaşıram. Necə də razılaşmayım? Axı bunlar gün kimi yuxarılardan tutmuş, aşağılara kimi hər kəsə bəllidir. Ancaq hər kəs dili yoxmuş kimi danışmır,susur. Sanki belə də olmalıymış. Bilmirəm bizə nə oldu, niyə birdən- birə hər şeyin başını buraxdıq, nöqsanlara göz yumduq? Qabaqlar ictimai qınaq vardı, haqqını tələb etmə vardı. Quruluş dəyişdi, insan üçün yaxşı nə vardı unuduldu, yaddan çıxdı. Adamlar abırlarını itirməmək üçünmü, qorxduqlarına görəmi ağrımayan başlarına dəsmal bağlamadılar. Və beləcə ara qarışdı, məshəb itdi.

Yeni cəmiyyətə insanlar uyğunlaşmamış, öyrəşməmiş hər şey tərəzinin pul gözünə qoydular. Hər şey- ar da, namus da, qeyrət də, yaxşı adam olmaq da, məclislərdə yuxarı başda oturmaq da... pula, vara-dövlətə hesablandı. Tərəzinin vicdan, insanlıq, vətənpərvərlik, sağlam ailə, sağlam cəmiyyət gözü pul gözünün qarşısında əyildi. Pullu, diribaş adamlar qabağa düşüb gözləri görəni mənimsəyib özəlləşdirdilər. Və beləcə ağalar, qullar dünyası bərqərar oldu. Pulu olan sağlam və firəvan yaşadı. Pulsuz, əli hər yerdən üzülmüş, bir tikə çörək üçün ağaların qarşısında tər tökən kasıb pulsuzluqdan müalicə oluna bilməyib şikəst oldu, həyatını itirdi.

Mənə elə gəir, bütün bu nöqsanları, çatışmamazlıqları yazanlar Allah tərəfindən cəzalıdırılıblar. Ona görə cəzalandırılıblar deyirəm ki, onların yazdıqlarını nə oxuyan, nə də oxuyub tədbir görən var. Yazar üçün yazısı oxunmursa, tənqidinə saymamazlıq göstərilirsə bu cəzadır, laqeyitlikdir, saymamazlıqdır. Mən deyərdim ki, bəlkə də bu yazarlara bir qarğışdır.

Hər bir insan ağrımağa, xəstələnməyə məhkumdur. Heç bir Allah bəndəsi bundan suğortalanmayıb. İmkanlı, varlı adam üçün bu o qədər də qorxulu deyil. Dünyanın istənilən yerində, istəlinən xəstəxanasında müalicə alıb sağlamlığını bərpa edəcək. Onun pulu bunu eləməyə çatır və bəlkə də bundan da qat- qat artıqdır. Necə deyərlər, puluna minnət. Amma kasıb xəstələnəndə dünya başına dar gəlir. Can ağrısı bir tərəfdən, pulsuzluq ağrısı bir dərəfdən onu sağalmaz bir duruma salır. Maraqlıdır ki, varlı- hallılar, dövlət məmurları (onlar bizdə ən varlılar sinifi sayılırlar. Ona görə ki, həmi yaxşı rüşvət alırlar, həmi də geniş biznes şəbəkəsinə malikdirlər ) bir balaca ağrıdılar qaçırlar xarici həkimlərin yanına. Özümüzünkülərə etibar etmirlər, inanmırlar, onları savadsız kimi tanıyırlar. Pulluların savadsız, heçnə bilməyən kimi tanıdıqları həkimlər kasıblar üçün olurlar alimibiəməl. Yanına gələn xəstəyə özünü elə tərifləyir ki, güya ölkədə bun kimi bacarıqlı, savadlı həkim yoxdur. Və bu savadlı, bacarıqlı həkim yazıq xəstəni elə soyur ki, xəstə ömürü boyu "soyulmuş dərisini" bərpa edə bilmir. Gora gedənə kimi bir ayağı xəstəxanada olur. Bu da bizim "savadlı"həkimin vicdanı.

Bu günkü həkimlərimizin ən böyük mərəzi bir-birini bəyənməmək, bir-birinə lağ eləmək, ələ salmaq, biliyinə, savadına şübhə etməkdir. Peşmansan bir həkimin yazdığı dərman nüsxəsini başqa birinə göstərəsən. Başlayacaq hay-küy salmağa, rişğənt eləməyə ki,bu nədir düz yazmayıb. Zavallı xəstə də

girinc olur iki tamahkar, bir-birinə böhtan atan, gözü götürməyən, başabəla həkimciklərin əlində. Əyin- başından, boğazından kəsib andı özlərinə qənim olmuşlara verir. Verdiyi pulun müqabilində sağalmaq əvəzinə, başlayır daha bərk ağrımağa. Deyir xəstəliklərin bir neçə mənbəyi var. Onlardan biri də əsəb və fikirdi. Bizim həkimlər də insanları da öz "xidmətləriylə" əsəbləşdirir, fikirləşdirirlər. Beləcə hümanist peşə sahiblərinin həmişəlik yeməyə "çörəkləri" olur.

Kimsə desə ki, Azərbaycanda dövlət xəstəxanaları pulsuzdur, o böyük qələt eləyir. Yəni səhv edir, səhv danışır. Azərbaycanda nəyinki dövlət xəstəxanaları, həttda dövlət baxcaları, dövlət məktəbləri belə pulnandır. Hər şeyin pullu olmağına hələ biz hazır deyilik, əsas səbəb də cibimizin buna imkan verməməsidir.

Hər bir Azərbaycan vətəndaşının ən böyük arzusu və istəyi səhiyyənin onun sağlamlığının qrantı olmasıdır.

Hər bir millətin gələcəyi onun təhsilindən asılıdır. Təhsilsiz adam kor kimidir.O heç nəyi görmür, sağa-sola vurnuxur bir tərəfə çıxa bilmir. Bu gün Azərbaycanda təhsilin səviyyəsi səhiyyədən də pis gündədir. Ona görə ki, ağına-bozuna baxmadan qərbin təhsil sistemində nə vardı pərçimlədilər təhsilimizə. Və onu qoydular yaman günə. Yaxşı təhsil almaq ümidi ilə məktəbə gedən şagirdə müəllim məsləhət gördü ki,gələcəkdə ali məktəbə girmək istəyirsənsə repetitor yanına get. Məktəbə bel bağlama, nə öyrənsən repetitordan öyrənəcəksən. Və beləcə məktəbə gün keçirməyə gələn müəllim və şagirdlər yollarını dəyişdilər. Dərs bitər- bitməz müəllim qaçdı evə onu gözləyən şagirdlərinin yanına, şagirdlər də onun kimi. Şagird bir gündə ən azı 2-3 müəllimin qapısını döydü. Gözünü yumub ailənin büdcəsini bir neçə ildə havaya sovurdu.Qazandığı nə oldu? Heç nə. Əli aşından da oldu, Vəli aşından da. Bir elə vaxt və pul itirdi, məktəbə girə bilmədi.

Bu gün Azərbaycanda hər kəs- varlı da, kasıb da müəllim yanına gedir. Əcabə, belə olan halda məktəblər nəyə lazım idi?! Küllü miqdarda pul xərcləyib müasir tələblərə cavab verən məktəblər tikmək kimin marağındadır? Axı bu gün körpə uşaq da bilir ki, məktəblilər məktəbə vaxt öldürmək üçün gedirlər. Müəllimlər də həmçinin. Heç kim heç kimdən yaxşı dərs demək tələbini eləmir. Valideyin məktəb əlaqələri yox dərəcəsindədir. Valideyinlər uşaqlarının dərsində oturub uşağının necə oxuduğuna, müəllimin necə dərs keçməyinə diqqət yetirməyə vaxtı, zamanı tapmır və ya da tapmaq istəmir.

Aqillər deyib ki, bir xalqın mədəni dəyərlərini məhv etmək üçün kifayətdir ki, onun təhsilinə badalaq gələsən. Və bununla da onun tarixi mədəniyyətinə, elminə, davranış qaydalarına, dünyagörüşünə, intellek səviyyəsinə zərbə vurub dağıdasan. Həyatda bütün cinayətlər, naqislikər, pisliklər hamsı savadsızlıqdan qaynaqlanır. Savadlı, mədəni, kamil insanlar nadir hallarda, məcburiyyət qarşısında cinayət törədər, səhv addım atar. Heç kimə sirr deyil ki, dövlətin, millətin düşməni onun xaricində olar. Amma çox təəssüflər olsun ki, bizim düşmənimiz öz içimizdədir. Təhsilimizi, səhiyyəmizi elə bu günə qoyanlar da daxildə olan düşmənlərdi. Onlar yüksək təhsili qəbul etmək istəmirlər.İstəkləri də odur ki, xalq, millət təhsilsiz və savadsız olsun. Belə olan halda onu əzmək, istismar etmək, aşağılamaq daha rahat, daha asandır.

İllərdir Azərbaycanda test üsulu tətbiq olunur. Mən buna tapmaca üsulu deyirəm. Bu üsul uşaqların danışıq qabiliyyətini əlindən alır, uşaqlar bədii ədəbiyyar oxumur. Bədii ədəbiyyat oxumayan insanların da nitqi bərbad olur. Hələ neçə əsr bundan qabaq Məhəmməd peyğəmbər buyrurdu ki, uşaqlarınıza şeir əzbərlədin. Bu nitqin inkişafına böyük fayda verir. Bizlərin vaxtında sinifdən xaric oxu vardı, indi nəyinki sinifdən xaric oxu, heç sinif daxili oxu belə yoxdur. Ona görə də indiki uşaqların ağzı söz tutmur, danışdıqlarının mübtədası, xəbəri bilinmir.

Tv-lərdə, qəzet, jurnal səhifələrində tez-tez təhsilin uğurlarında danışırlar. Hanı bu uğurlar, niyə gözümüzə görünmür? Axı rüşvət, laqeyidlik, başdansovluq olan yerdə uğur olur? Maşallah,bu da ölkənin hər bir məktəbində yetərincədir. Müəllimlərin vəzifəsi cəmiyyət üçün savadlı və faydalı insanlar yetişdirməkdir. Gəlin görək müəllimlər üzərlərinə düşən müqəddəs vəzifəni yerinə yetirirlərmi? Mən deyərdim ki, yox! Müəllim üçün fərqi yoxdur şagir dərsə gəldi,oxudu, oxumadı. Amma bizim zamanımızda bu tamam başqa cür idi. Müəllimlərdə məsuliyyət hissi vardı. Onlar çalışırdılar ki, onların şagirdləri əlaçı olsun, məktəbi uğurla başa vurub cəmiyyətin layiqli üzvü olsun.

Bir də deyirlər, yaxşı təhsil yaxşı şəraitdən asılıdır. Bu da doğrudur. Şəmkir rayonunun Zəyəm- Cırdaxan kəndində bir tam orta məktəb var. Adına məktəb deməyə adamın dili də gəlmir. Əsil mal tövləsinə oxşayır. Uçuq-sökük, üç tərəfi açıq, kim gəlir, kim gedir o da bilinmir. İlk dərs günlərinin birində yolla gedən bir uşaq içərdəki uşağa göz ağardıb, içərdəki də ona dil çıxarıb. Bundan əsəbləşən yolla gedən uşaq eləməyib tənbəllik, yerdən iri bir qara daş götürüb atıb pəncərəyə və şüşə çilik-çilik olub düşüb uşağın sifətinə dodağını iki yerə bölüb. Aləm qarışıb bir-birinə, təcili uşağı çatdırıblar həkimə. Həkim də uşağın dodağına tikiş qoyub. İllərdir ki, bu məktəbin təhsil üçün yaramadığını mərkəzə bildiriblər. Ancaq aidiatı təşkilatlar bu il, gələn il prinsipini rəhbər tutublar. Və beləcə on illərdir ki, kənd sakinlərinin yeni məktəb arzusu həyata keçmir.

Böyük alim,ziyalı Qəzənfər Paşayev deyir: "Niyə gizlədim ki, bəzən Azərbaycan məktəblərində çox cansıxıcı dərs aparırlar. Son illər dövlətimizinbu sahədə mən deyərdim ki, ideal şərait yaratmağına baxmayaraq, düz-əməlli dərs keçilmir. Niyə? Vallah, özüm də məəttəl qalmışam, amma onu bilirəm ki, təhsilə barmaqarası baxmaq xalqın şüruna mənfi təsir göstərəcək. Təhsil, səhiyyə xalqın gələcəyidi".Alim yüzə- yüz haqlıdır.

Səhiyyəmizi və təhsilimizi düşdüyü durumdan çıxarmasaq bizim gələcəyimiz sual altındadır. Gəlin bu ölkənin bir vətəndaşı kimi, həyacan təbili çalaq. Qoy kar qulaqlar eşitsin, kor gözlər görsün.

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam