Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Hərə öz işi ilə məşğul olsa yaxşıdır” -Yalançı tədbirlərə etiraz

 

Xeberinfo.com:    “Filan tədbirə dəvətlisiz”, “Sizi toplantımızda görməkdən məmnunuq” kimi dəvətlərdən etiraf edək ki, çoxumuz yorulmuşuq. Amma nə etmək olar. Gün ərzində o qədər tədbirlər, toplantılar keçirilir ki...

İş ondadır ki, təşkil edilən tədbirlərin nə xüsusi çəkisi olur, nə də özəlliyi. Sadəcə, tədbir adına tədbir keçirib hər kəsə nümayiş olunmaq məsələsi var. “Qoy desinlər ki, filankəsin tədbirində bu qədər adam var idi”.  

Bir sözlə, yalançı, boş və mənasız tədbirlər ayaq tutub yeriməyə çalışır. Amma çifayda!

Maraqlıdır, konkret olaraq bu cür tədbirlərin təşkil edilməməsi üçün mübarizə aparmaq mümkündürmü?

 Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eks-deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında belə tədbirlərə getmədiyini deyir.

“Bir çox tədbirlərin faydasızlığından xəbərdaram. Hətta belə tədbirlərdə iştirak etməyim üçün dəvətlər gəlir. Təbii ki, bunun bir yolu qalır. O da həmin tədbirə getməmək. Zəng vurub deyə bilmirsən ki, “niyə bunu edirsən. Məqsədin nədir? Bu tədbir cəmiyyətə nə fayda verəcək? Tədbir keçirmək sənin işin deyil axı!”.  Sadəcə, bu cür məsələlərə mətbuat nəzarət etməli və müəyyənləşdirməlidir. Əslində, mətbuat çox yaxşı bilir ki, hansı tədbir ciddidir və ona necə yanaşmaq lazımdır.

Keçirilən tədbirləri öncədən müəyyənləşdirmək lazımdır. O zaman konkret olaraq onun ətrafında danışmaq olar. Biz vətəndaş cəmiyyətində yaşayırıq. İnsanlar öz fikirlərini müzakirə edirlər. Müxtəlif dərnəklər, birliklər, qeyri-hökumət təşkilatları  var. Təbii ki, keçirilən tədbirlərin hamısı mənalı olmur. Bəziləri təkrarçılığa yol verirlər. Bu da onu göstərir ki, hərə öz işi ilə məşğul olsa yaxşı olar”.

Sabir Rüstəmxanlı həmçinin, yalançı tədbirlərin keçirilməsinə qadağa qoymağı da doğru hesab etmir.

“Düşünürəm ki, yalançı tədbir keçirənlərə  bununla bağlı qadağa qoymaq olmaz. Sadəcə, ortada peşəkarlıq məsələsi var. Tədbir keçirən insanların peşəkarlığının olması, işi yaxşı bilməsi tələb olunur. Bunlar yerində olanda müzakirələr də yerində olur. Yaxşı olar ki, cəmiyyət öz taleyi haqqında düşünsün. Müzakirələrə nə qədər çox insan cəlb olunsa, bir o qədər faydalı olar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam