Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Mənlik – Suç – Həqiqət – Yalan

 

 

(İçsəs)

 

 

Mənlik (vicdan) ağrıyırsa – ölməyib, sağdır.

***
İnsan mənliyin hər acısına dözür, onu ölməyə qoymur.

***
Adam mənlik ağrısı çəkməmək üçün onu öldürür.

***
Mənlik – öldürüləndə belə ölmür, haçansa öz özünü alır. Ona görə suçlular ölüm ayağında suçlarını dilə gətirir, bağışlanmalarını diləyirlər.

***
Yanlış (səhv) daha çox bilməzlikdən yaranır.

***
Suç daha çox bilərəkdən yaranır: suç – düşünülmüş pislikdir.

***
Suç utandırır, bezdirir, ifşa edir – peşimanlıq yaradır.

***
Peşimanlıq – suçun dərkindən yaranmış özünüqınamadır.

***
Bütün insani işlər insanı mənəvi haqqa çatdırır.

***
Bütün qeyri-insani işlər insanın mənəvi haqqını əlindən alır.  
***
Əxlaqlı – mənəvi haqlıdır, əxlaqsız – mənəvi haqsızdır. Ona görə də əxlaqlı – mənəvi hakimdir, əxlaqsız – mənəvi məhkumdur.

***
Həqiqət uğrunda ən böyük iş – həqiqəti anlamaq, ona çevrilməkdir.

***
Ən böyük həqiqətsizlik – özünü həqiqətə sırımaqdır: həqiqət sırıq götürmür.

***
Gizli pislik – qorxulu pislik deyil, pisliyin ən qorxaq biçimidir.

***
Açıq pislik – qorxmaz pislik deyil, ləyaqətsizliyin ən açıq biçimidir.

***
Gizli yaxşılıq – yaxşılığı adi insani borc saymaqdır.

***
Açıq yaxşılıq – yaxşılıq ediləni asılılığa salmaqdır.

***
Utanmaq – insani duyğudur: utanmaq – qeyri-insaniliyi özünə yaraşdırmamaqdır.

***
Utanmazlıq – heyvani duyğudur: utanmaz adam – heyvanlığa enəndir.

***
İnsan olmaq – özünü və başqasını nəzərə almaqdır.

***
Özünü nəzərə almaq – özünü başqası yanında ləyaqətli aparmaq, öz sanbalını itirməməkdir...

***
Başqasını nəzərə almaq – başqasının ləyaqətini tanımaq, özünü ondan üstün tutmamaq, başqasını özün bilməkdir...

***
Həqiqət – həmişə olduğu kimidir: haçansa olduğu kimi bilinməyən həqiqət – yoxdur.

***
Yalan heç vaxt olduğu kimi deyil: haçansa bilindiyi kimi olan yalan – yoxdur.

***
Həqiqət – olandır, yalan – olmayandır.

***
Atamız var olsun!

 

12 Köçəri 35–ci il.

 

 

(12.2.2014).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam