Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Aldatma bu milləti

                         

  

 

      "xeberinfo.com": Son  vaxtlar  istedadlı  şair  Məmməd  İsmayılın  "Kimi  aldadırsan  a  zalım  oğlu?" misrasıyla  başlayan  şerini  yaman  tez-tez  xatırlayıram.Xatırlayıram deyəndə, bir  balaca  mən  də  başqaları  kimi   yalan  danışıram.  Oxucunu   və  özümü  aldadıram. Axı  aldatmaq, yalan  danışmaq  mənə  yaraşmaz.Yalan  danışmaq, ətrafdakıları  aldatmaq  vicdanını  itirmişlərin, rüşvətxorların, təpədən  dırnağa  korrupsiyyaya  qurşananların  alın  təriylə,əlinqabarıyla  ruzi  qazanmayanların  işidir. Şükürlər  olsun  ki,mən  belələrindən  deyiləm.

   Məmməd  İsmayılın  şerini  özüm  xatırlamıram, xatırladırlar, özü  də  gündə  ən  azı (əgər televiziya  kanallarını  müntəzəm  izləyirəmsə ) on-on beş  dəfə.

   Dəyərli  Oxucular, yəqin   elə  düşünəcəksiniz  ki, bu  şeri  mənə  həqiqi  poeziyanı  qiymətləndirən, şeirə, sənətə  mənəvi  qida  kimi  baxan  dostlarım  xatırladır. Çox  təəssüf  ki, beləl'rinin  sıraları  elə  seyrəlib  ki. barmaqla  belə  saymaq  mwmkwn  deyil. Artıq  onlar  poeziya, sənət, mədəniyyət  haqqında  yox, bir  qarın  çörək  haqqında  düşünürlər. Bir  yerdəki  ancaq  qarın  haqqında  düşündün, o  yerdə  poeziya  da, mədəniyyat  də, sənət  də  unudulur, gedir  işinin  dalınca. Hətta  maddi-mənəvi  dəyərlər  də  gözündən  düşüb  bir  qəpiklik  olur. Və   iraq-iraq  sizlərdən, olursan  başı  aşağı  dörd  ayaqlı. Gəzməyin  yox,geyməyin  yox, istirahətin  yox.Qarın  toxdursa, başqa nə lazım. Cəmiyyətdə  baş  verənlərin  də  sənə  dəxili  yoxdur. Hər  şeyə  biganə, hər  şeyə  laqeyidsən.

   Deyir, insan  uşaq  vaxtı  hansı  tərbiyyəni  alırsa,böyüyəndə  də  o  tərbiyənin sahibi  olur. Hərdən  öz-özümə  deyirəm: "İlahi, görəsən  məmurların  hamsı  körpəliliklərindən  yalanla  tərbiyyə  olunublar, yoxsa  sonradan  buna  öyrəniblər? Axı  insan  məmur  olandan  sonra  bu  qədər  dəyişə  bilməz. Nə  qədər  dəyişəsən  ki, məsul  olduğun   sahənin  noqsanlarını  ört-basdır  edib, qırmızı-qırmızı  ölkə  prezidentinə  də, xalqa  da  yalanı həqiqət  kimi  deyəsən.       

   Heç  uzağa  getməyək, elə  götürək  səhiyyə  sahəsindəki  özbaşnalığı. Görən-bilən  gecə- gündüz  car  çəkir  ki, ay  millət, xəstəxanalarda, tibb  ocaqlarında əhaliyyə  xidmət  pulludur. Səhiyyə  naziri  Oqtay  Şirəliyev  daş  atıb  başını  tutur  ki, hər  deyilənə  inanman, Azərbaycan  səhiyyəsi  xalqa  təmənnasız  və  yüksək  səviyyədə  xidmət  göstərir. Bu  yerdə  adamın  ürəyindən  yekə  bir  söyüş  keçir, amma  yenə  "lənət  şeytana " deyib  susur.

   Xəstəxanalarda  bir  həftəlik  ( təbii  ki,  bura  özəl  tibbi  müəssələr  daxil  deyil ) müayinə  və  müalicə  hər  bir  xəstəyə  azı  1000-1200  manata  başa  gəlir. Hamı  "ver " deyir. Verməmək  də  mümkün  deyil. Gərək  onda  sağlamlığından  keçəsən.

    Əgər nazir  bəy  xalqın  dediyində  və  mənim  yazdığımda  həqiqət  axtarmaq  istəsə, onda  təğyiri-libas  olub  və  yaxud  plastik   əməliyyat  olunub (tanınmamaq  üçün ) adi  vətəndaş  kimi  "pulsuz "xəstəxanaların  xidmətində  olmalıdır. Olarsa , baş  götürüb  ölkədən  qaçmasa  mənə  nə  deyirsiniz  deyin.

    Əcabə, xalqın  dediklərini  və  mənim  yazdıqlarımı  sizlər  bilmirsiniz? Yaxşı  bilirsiniz  və  bilə - bilə  özünüzü  də,  prezidenti  də, xalqı  da  aldadırsınız. Məgər  həqiqəti  deməyə  diliniz  yoxdur?  Axı  həqiqət  yalandan  min  qat  yaxşıdır. Özü də  yalan üzqaralığıdır. Yalan  danışmaqda ,  prezidenti  və  xalqı  aldatmaqda  Oqtay  müəllim  tək  deyil. Belə  məmurlar  yüzlərlədir.

 ...Və  bu  yerdə  mənə  bir  daha, bir  daha  Məmməd  İsmayılın  "kimi  aldadırsan, a  zalım  oğlu"  misrasını  xatırladırsınız.

 

          

 

           Məhərrəm  Şəmkirli   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam