Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Xəyal Rza Azərbaycan Yazıçılar Birliyini biznes mərkəzinə çevirib -AYB-ni daxildən çökdürməyə çalışan kimlərdir?

AYB deyəndə ziyalı sözü yada düşür. Lakin AYB-nin fəaliyyəti həmişə gündəmin ziddiyətli mövzularından olub. Ona görə Birliyə münasibət getdikcə dəyişib, əvvəlki hörmət qalmayıb. Qurumu tərif edənlər də olub, tənqid edənlər də, böhtan yağdıranların sayı  indi daha da artıb. Yəni qurum haqqında cəmiyyətdə birmənalı olmayan təzadlı fikirlər səngimir.

Yenixeber.org: İş o yerə çatıb ki, artıq yazıçı olanlar da, ədəbiyytla dəxli olmayanlar da sosial şəbəkələrdə qərəzli, hədyan sözlər söyləyirlər. Amma qərəzlərin, böhtanların haradan, kimlərdən qaynaqlandığı sual doğurur. Həm də maraqlı olan odur ki, yazılanlara AYB katiblərindən və mətbuat xidmətindən ciddi münasibət göstərilmir.
Bu da müxtəlif mənfi müzakirələrə yol açır. Ancaq yazarlar arasında o fikirlər dövr edir ki, belə müzakirələrə imkan yaradanlar, kompromat ötürənlər elə burada işləyənlərin arasındadır.
Müxtəlif vaxtlarda saytlarda gedən məlumatlardan belə çıxır ki, xoşagəlməz məlumatların yayılmasında bəzi işçilərin, o cümlədən AYB-nin mətbuat xidmətinin adı keçir. Qeyd ulunur ki, Türkiyədəki İLESAM-a üzvlər cəlb edib, hər il üzvlük haqqı yığılır.  
Belə ki, qaziler.az saytının 19.06.2019-cu il nömrəsində gedən müsahibədə deyilir: “AYB-nin mətbuat xidmətinin kollektivi qurumda mətbuat işlərindən başqa bütün işləri görürlər.
Təsəvvür edin, Türkiyədən “Barmaqsız” təxəllüsü ilə bir nəfər gətirib, hamıdan 100 manat yığırlar ki, guya kitab çıxaracaqlar. Sonra o kitabı təzədən çıxardıb satırlar. Bundan əlavə qurumun mətbuat xidməti biznes işləri ilə məşğuldur.
Məsələn, hansısa tədbirlərə görə rayonlara gedib, pul alırlar. Halbuki AYB-dən bununla bağlı vəsait ayrılır ki, 10-15 şair gedib həmin tədbirdə iştirak etsin. Bundan əlavə rayonların icra başçılarından da buna görə pul alırlar. Bu haqda sosial şəbəkələrdə çoxlu sayda statuslar var.” 
Məsələdə deyilənlərin nə qədər  obyektiv, qeyri-obyektiv olduğu bilinmir. Belə fikirlər yazıçılar arasında indi də  dolaşmaqdadır ki, mətbuar katibi əvvəllər nə yazıçı, nə də jurnalist kimi tanınan birisi olmayıb.
Hansısa qəzetlərdən birində işləyib. Təşkilatın Iki sayt fəaliyyət göstərir: Onlara mətbuat xidməti idarə edir.  www.azyb.azwww.ayb.az adında iki saytı vardır. AYB vəsait ayrılır, ancaq saytların hansı xərclərinin ödənildiyi məlum deyil.
Ayrılan vəsaitin mələği bilinməsə də, müəlliflərə qonorar verilmədiyi deyilir. Saytların dövriliyi də qaydasında deyil, zamanla ayaqlaşmır. Eyni adamların köhnə çıxışlarına, yazılarına yer verilir ki, bu da açıq tərəfkeşlik etməkdir.  Feysbukda gedən iddialara görə isə mətbuat xidmətindən həmişə AYB-dən narazı yazarlara birlik haqqında məlumatlar ötürülüb.
Mətbuat xidməti bəzilərinə təqaüd verilməsinə də nail olub. Bu günlərdə isə paylaşılan statusların birində  əməkdaşın Şabran İstirahət Mərkəzində olarkən qeyri-etik hərəkətlərə yol verdiyi qeyd olunub. Sözükeçən saytın həmin nömrəsində yenə yazılır ki, “…Xəyal Rza AYB-ni əməlli-başlı biznes mərkəzinə çevirib, öz monopoliyasına keçiriblər. Bütün tədbirlər onların diktəsi ilə baş tutur.
Xəyal Rza qurumun vasitəsi ilə xarici ölkələrə gedəndə özünü şair kimi təqdim edir. Biz hələ də bilmirik o şairdir, jurnalistdir, yoxsa qurumun mətbuat katibidir? Axı ay Xəyal Rza, sən niyə 50 dəfə bir-birinin ardınca xaricə festivallara getməlisən? Bəyəm ölkədə şair, yazıçı yoxdur? Bir dəfə də onları göndərdin. Yoxsa ki, AYB-yə dəvətnamə gələn kimi özü qaçır ora.”  
Beləliklə, məsələlər o səbəbə gedib bağlanır  ki, AYB-də hələ də vəzifə davası gedir. Biri o birinin vəzifəsinə göz dikib, yerinə keçməyə fürsət gözləyir. Biz isə bunların yazıçı, adına  yaraşmayan hallar olduğunu söyləyə bilərik. AYB hər bir yazıçııya doğma məkan olmalıdır.(Azerbaycanreallığı)

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam