Tanınmış ictimai xadimlər şair Yafəs Türksəslə bağlı Prezidentə muraciət etdi -SİYAHI...
Bu haqqda tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir sosial şəbəkədə məlumat yayıb
Yenixeber.org: Əziz dostlar! Xəstəliyi ilə bağlı Yafəs Türksəsin səsinə səs verək! Unutmayaq ki, heç kim heç nədən sığortalanmayıb! Ümid edirik ki, tanınmış şairin müalicəsinə dövlət yardımı üçün Prezidentə ünvanladığımız bu məktubla həmrəylik göstərəcək, qələm dostumuzun həyatını xilas etmək aksiyasından kənarda qalmayacaqsınız. Adınızın məktuba imza edənlər siyahısına düşməsi üçün şərh bölümündə qeyd edə bilərsiniz.
Azərbaycan Respublikasının Prezidenti: Cənab İlham Əliyevə
Surəti Azərbaycan Respublikasınn Birinci vitse-preziden
Mehriban xanım Əliyevaya
Surəti Azərbaycan Respublikasının Səhiyyə naziri
Teymur Musayevə
Möhtərəm cənab Prezident!
Tanınmış şair, məcburi köçkün, Yeni Azərbaycan Partiyası və Azərbaycan Yazçılar Birliyinin üzvü Yafəs Türksəs (Əliyev Yafiz Təhməz oğlu) 1954-cü ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olub. 1972-ci ildə Balyand kənd orta məktəbini bitirib. 1978-ci ildən hərbi xidmətini başa vuraraq, təsərrüfatın müxtəlif sahələrində çalışıb.
Yafəs Türksəs bədii yaradıcılığa orta məktb illərində şeirlə başlayıb. Şeirləri 1985-ci ildən dövrü mətbuatda dərc olunur. İlk şeir kitabı Rəsul Rza Fondu tərəfindən çap olunub. Hazırda 6 şeir, 6 publisistik kitabın müəllifidir. Uzun illərdir ki, mərkəzi çoxtirajlı qəzetlərdə sosial-siyasi məsələlərə həsr olunmuş çoxsaylı yazılarla çıxış edir. “Yazar” ədəbi-bədii qəzeti və eyniadlı jurnalın təsisçisi və baş redakatoru olan Yafəs Türksəs hazırda Azərbaycan şeirinin tanınan imzalarıdnan biri sayılır. Təqaüdçüdür. Ailəlidir. Dörd övladı var.
Bakı Beynəlxlaq Tibb Mərkəzində (Bakı Medical Plaza) avqust ayının 18 və 23-də keçirilən müayinələr nəticəsində Yafəs Türksəsin ağ çiyərində bədxassəli şiş aşkarlanıb. Getdikcə inkişaf edən xəstəliyin in müalicəsi üçün tələb olunan dərmanları almaq bir şairin, məcburi köçkünün, təqaüdçünün maddi imkanları xaricindədir.
Cənab Prezident!
Biz - aşağıda imza edənlər bu məktubu yazarkən, Sizin “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözlərinizə güvənir, tanınmış şairin səhhətində yaranan problemin aradan qaldırılması üçün ona dövlət dəstəyi göstərilməsini xahiş edirik. Ümid edirik ki, Yafəs Türksəsin ədəbiyyatımız və millətimiz yolunda çoxillik, səmərəli fəaliyyəti və məcburi köçkün kimi maddi imkansızlığını nəzərə alıb, köməyinizi ondan əsirgəməyəcəksiniz. Göstərəcəyiniz diqqətə görə bizimlə həmrəy olan bütün ziyalılar adından Sizə ürəkdən gələn səmimi minnətdarlığımızı bildiririk!
İmza edənlər:
Sabir Rüstəmxanlı – Xalq şairi, millət vəkili
Nizami Cəfərov – akademik, Atatürk Mərkəzinin direktoru
Aqil Abbas – yazıçı, millət vəkili
Elçin İsgəndərzadə - Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Əməkdar Müəllim, şair-publisist
Yusif Nəğməkar - şair, AYB üzvü
Aynur Camalqızı – “Gündəlik Teleqraf” MMC-nin direktoru, jurnalist, sabiq millət vəkili
Yusif Nəğməkar - şair, AYB üzvü
Gülhüseyn Kazımov - AYB və AJB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru
Səlim Babullaoğlu – Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi
Xəyal Rza– Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi, şair
Murad Köhnəqala – şair-publisist, AYB üzvü
İlham Qəhrəman – şair, AYB üzvü
Arzu Əsəd – şair, AYB üzvü
Xeyrəddin Qoca – yazıçı-dramaturq, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, sabiq millət vəkili
Nazim Bəydəmirli – iqtisad elmləri doktoru, sabiq millət vəkili
Qulu Məhərrəmli – filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri
Zemfira Məhərrəmli – pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı-publisit, əməkdar jurnalist
Paşa Qəlbinur – tibb elmləri doktoru, AYB üzvü, yazıçı
Əhməd Qəşəmoğlu – iqtisad eləmləri doktoru, şair-publisist, AYB üzvü
Rüstəm Kamal – filologiya üzrə fəlsəfə doktoru, professor
Varis Yolçiyev – Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, əməkdar jurnalist, yazıçı
İdris Abbasov – flogiya üzrə fəlsəfə doktoru, AMEA-nın Dilçilik institunun şöbə müdiri, professor
Rauf Arifoğlu – jurnalist, Yeni Müsavat Media qrupunun təsisçisi və rəhbəri
Əsəd Cahangir – AYB İdarə Heyətinin üzvü, ədəbi-tənqidçi
Səfər Alışarlı –yazıçı-publisist, tərcüməçi
Hüseyn Sözlü – şair, AYB üzvü
Etibar Muradxanlı - yazıçı, AYB üzvü
Nazilə Gültac – Türk Xalqları Könül Yolçuluğu Platformasının Azərbaycan rəhbəri, yazıçı, AYB üzvü
Elxan Zal Qaraxanlı – şair, AYB üzvü, “Ulu çinar” jurnalının baş redaktoru
Fəxri Uğurlu – yazıçı, AYB üzvü, “Multikulturalizm” jurnalının baş redaktoru
Qəşəm Nəcəfzadə - AYB İdarə Heyətinin üzvü, Əməkdar Mədəniyyət İşçisi, şair-publisist
Bəsti Əlibəyli – ədəbi-tənqidçi, AYB İdarə Heyətinin üzvü, “Qızıl kəlmə” mükafatçısı
Əlirza Xələfli – şair, AYB üzvü, “Kredo” qəzetinni baş redaktoru
Aləm Kəngərli – yazıçı, AYB üzvü
Faiq Balabəyli – şair, “Müstəqil.az” saytının baş redaktoru
İlqar Salmanov – "Yenixeber.org" saytının baş redaktoru
İradə Aytel – şair-publisist, “Kultur.az” saytının baş redaktoru, AYB üzvü
Ulucay Akif – şair, “Kulis.az” saytının baş redaktoru, AYB üzvü
Xatirə Fərəcli – şair, AYB üzvü
Məqsəd Nur – yazıçı, AYB üzvü
Vəli Xramçaylı – şair, AYB üzvü
Ağacəfər Həsənli – şair, AYB üzvü
Dayandur Sevgin – şair, AYB üzvü
Aləmzər Sadiqqızı – yazıçı, AYB üzvü
Şəfəq Sahibli – yazıçı, AYB üzvü
Kənan Hacı – yazıçı-publisist, AYB üzvü
Narıngül Nadir – yazıçı, AYB üzvü
Cəlil Cavanşir – yazıçı
Aqşin Evren - şair
Ümid Nəccari – şair, AYB üzvü
Nihat Pir - yazar
Yusif Məhəmmədoğlu - yazar
Azər N. ABDUL -"AzerTaym.az" saytının rəhbəri