Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Ekologiya Nazirliyi ağaclara "türbə" tikir -FOTO // VİDEO

Ekologiya Nazirliyi  ağaclara "türbə" tikir - FOTO // VİDEO


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətsizliyi, daha doğrusu şəxsi maraqları naminə fəaliyyəti barəsində yerli mediada və sosial şəbəkələrdə nə qədər tənqidi materiallar dərc edilib, fikirlər bildirilsə də, sözügedən qurum bu tənqidlərdən və ekoloji ziyanları təsdiq edən faktlardan zərrə qədər narahat olmur.

Yenixeber.org: Ölkə ərazisində meşələrin məhv edilməsi, iş adamlarının biznes məqsədli tikintilərinə mane olan yaşıllıq ağaclarının göz görə-gorə kəsilməsi və sair, bütün bunlar barəsində hər gün sosial medialarda məlumatlar dərc edilir. Bundan əlavə şəxsən redaskiya olaraq, gördüyümüz faktlar barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) elektron ünvanına rəsmi müraciətlər göndərib, həmçinin mətbuat xidmətinə də telefon açıb, məlumatlar vermişik.

Nə xeyri...

Deyir: - "Sən saydığını say, gör ETSN nə sayır".

Yuxarıda da qeyd etdiyimiz kimi meşələrin məhvindən əlavə, şəhərin küçələrində yaşıllıq ağacları da şəxsi maraqlar naminə kəsilir. Kəsilməyən ağaclar da iaşə obyektlərinin içərisində, tikintinin arasında (aqrar xidmətlər nəzərə alınmadan) dekor kimi istifadə edilir. Buna misal olaraq, yəqin Yasamal rayonunda, Tiblisi prospektində, "İST petrol"un yanındakı restoranı xatırlamış olarsınız. Hansı ki, biz bu barədə dəfələrlə məlumatlar dərc edib, ETSN-nə sorğular, müraciətlər göndərmişdik. Lakin, bütün cəhdlərimiz faydasız qaldı. Bu da onun göstəricisidir ki, qurum məsələdən xəbərdardır və hansısa maraqları naminə özü həmin obyektləri himayə edir.



Yeri gəlmişkən, qeyd edək ki, Qaradağ rayon Müşfiqabad qəsəbəsində də eyni proseslər təkrarlanır.

Ekologiya Nazirliyi  ağaclara "türbə" tikir - FOTO // VİDEO

Ekologiya Nazirliyi  ağaclara "türbə" tikir - FOTO // VİDEO



Fotolarda da gördüyünüz kimi burada da çoxillik yaşıllıq ağacları tikintisi başa çatmaqda olan iaşə obyektinin içərisində dekor olaraq, istifadə olunur.

Sizcə aidiyyatı qurumun - ETSN-nin bundan xəbəri yoxdur?

Xəbəri olunca, verdiyi reaksiyanı Tiblisi prospektində illərdir fəaliyyət göstərən restoran barəsindəki məlumatlar yayımlanan zamanlarda gördük.

Səssizlik...

Yaşıllıq ağaclarının inkişafına əngəl olan bu kimi iaşə obyektləri sadəcə bunlarla da bitmir. Bakı şəhər, Nizami rayonu, Qara Qarayev prospekti boyunca, həmçinin Xətai rayonunda, "Əhmədli" metrostansiyasının ətrafında da eyni faktları hər kəsin gözləri önündədir. Şəhərin mərkəzində bu kimi faktların olması, nə "ağacların yiyəsinin razılığını satın alan" obyekt sahiblərinin, nə də aidiyyatı qurum - ETSN-nin heç nədən çəkinmədiyini, "belə də olmalıdır" kimi davranmalarını göstərir.

Muxtar Babayev və səlahiyyətli əməkdaşlarının ölkə təbiətini özəl mülkləri kimi istifadə etmələri hər addımda açıq şəkildə özünü göstərir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam