Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağacların “kislota” ilə qurudulması haqda -Rəsmi açıqlama

 

Ağacların “kislota” ilə qurudulması haqda

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı informasiya haqda açıqlama yayıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyindən redaksiyamıza daxil olan məlumata görə, şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən yaşıllıq sahədə müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Analizin nəticələrinə uyğun olaraq maddənin ağacların bioloji inkişafına təsiri müəyyən ediləcək və qabaqlayıcı tədbirlər görüləcək.

Sözügedən ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə müraciət olunub.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə ağacların qurudulması məqsədilə diblərinə “kislota” tökülməsi ilə bağlı videogörüntülər paylaşılmışdı.(qafqazinfo) 

 


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam