Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Təbiətə qənim kəsilən "SAĞLAMLIQ OCAĞI"-FOTO

Yenixeber.org: Xatırlayırsınızsa bir müddət öncə Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 134 ünvanında, Sosial Tibbi Ekspertiza və Reabilitasiya mərkəzinin ərazisində bir neçə çoxillik şam ağaclarının kəsilməsi barəsində məlumat dərc etmişdik.

Linkə bax !

Həmçinin eyni məlumatı rəsmi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Binəqədi rayon İcra Hakimiyyətinə və Şəhərsalma və Arxitektura Komitəsinə də göndərmişdik.

Müraciətimizə cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən bizə bildirildi ki, sözügedən ünvanda ağacların kəsilməsi faktı araşdırılıb və təsdiqini tapıb. Tikinti aparılan zaman 5 ağacın kəsildiyi və təbiətə 3480 (üç min dörd yüz səksən) AZN ziyan dəydiyi müəyyən edilmiş, məsələ cinayət tərkibi yaratdığından, toplanmış sənədlər Baş Prokurorluğa göndərilmişdir.

Məsələdən artıq 1 aydan çox müddət keçməsinə baxmayaraq, hələ də Şəhərsalma və Arxitektura Komitəsi sorğumuzu cavablandırmayıb. Binəqədi rayon İcra Hakimyəti də sorğumuzu cavablandırmadığı təqdirdə isə İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva ilə telefon əlaqəsi saxladıq. Leyla xanım bildirdi ki, "İcra Hakimiyyəti iaşə obyektlərinə baxmır".

Bu gün 7-ci polis bölməsinin tədqiqatçı əməkdaşı redaksiyamız ilə əlaqə saxlayıb, məsələ ilə bağlı dəqiqləşdirilməsi üçün bəzi suallar verdi.

Biz məsələnin Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Baş Prokurorluğa yönləndirildiyini bildirdik. Tədqiqatçı cavab verdi ki, cinayət tərkibi olduğundan baxılması üçün bir nüsxəsi Baş Prokurorluğa, bir nüsxəsi isə 7-ci polis bölməsinə yönləndirilib.

Qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, sözügedən obyekt tikinti üçün müvafiq olmayan ərazidə inşa edilib.

Təbiətə qənim kəsilən "SAĞLAMLIQ OCAĞI"

Qeyd: Qarşıdakı günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron ünvanına, Daşkəsən rayon, "Çanaqçı" kəndində, çayın məcrasında tikilmiş dəbdəbəli yaşayış villası ilə bağlı göndərdiyimiz sorğunun nəticələri və həmin tikinti üçün nazirliyin atdığı son addımlar barəsində ətraflı məlumat dərc edəcəyik.
Mövzu diqqətimizdədir.(DogruXeber.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam