Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sahil Babayevin tabeçiliyində olan qurum qanunsuz tikintiyə imza atdı -DE-FAKTO

Sahil Babayevin tabeçiliyində olan qurum qanunsuz tikintiyə imza atdı

Artıq, bir neçə ildir ki, Bakı şəhərində, həmçinin ölkənin digər bölgələrində biznes məqsədilə tikilən ictimai iaşə obyektləri, yaşayış binaları və digər biznes məqsədli tikintilər bizim "ağ ciyərlərimiz"ə qənim kəsiliblər.
Yenixeber.org: Belə ki, sözügedən obyektin inşası üçün sahibkarın "gözaltı etdiyi" ərazidə nə qədər yaşıllıq var onlar üçün fərq etmir. İstədikləri ərazini tam sərbəst, maneəsiz şəkildə əldə edirlər də.

Təbii ki, bu işdə onlar tək olmurlar. Əksər zamanlar İcra Hakimiyyətləri, hətta bəzən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə nümayəndəliyi onlarla əlbir olur.

İcra Hakimiyyətlərinin icazəsi olmadan camaatın heç öz şəxsi həyətində tikinti apara bilmədiyini hamımız bilirik. Amma, nədənsə qanunsuz tikintilərlə bağlı aidiyyəti üzrə İcra Hakimiyyətlərinə sual ünvanladıqda, çox zaman "Bu barədə məlumatsızıq. Araşdırıb cavab verərik." şablon cümləsi ilə sözün əsl mənasında "yola verməyə" çalışırlar.

Məsələn, ötən yayımlarımızdan birində İmişli rayonunda aparılan qanunsuz tikintiyə də evinə bitişik tikinti obyektinin aparılmasından narazı olan Yalavaclı kənd sakini Saray Şirinovanın redaksiyamıza bildirdiyinə görə İcra Hakimiyyətinə müraciət etdiyi zaman "xəbərimiz yoxdur" deyiblər və Saray Şirinovanın müraciəti əsasında sözügedən ünvanda olub, mövcud duruma yerində baxış keçirən İmişli rayon İcra Hakimiyyətində Mеmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov, mövcud vəziyyəti gördükdə özü də "Doğrudan bu qanunsuzdur ee" - deyə "təəccüb" ifadəsi nümayiş etdirib. Ardından isə Saray Şirinovaya "dilbədil" tapşırıb ki, "Başçı soruşsa denən Nazim müəllim də gəlib baxmışdı, o da demişdi qanunsuzdur. Daha demə Nazim müəllim dünən gəlmişdi. Məni pərt eləmə".

Nazim müəllimin artıq tərəfimizdən ictimailəşdirilmiş məsələyə bu cür tikinti bitmək üzrə olduğunda təəccüblənməsi nəyinki bizə, nəyinki sizə, eyni zamanda şikayətçi Saray Şirinovaya da qətiyyən təəccüblü görünmədi.

Çünki, bu "xüsusi tapşırıq"dan sonra artıq Nazim Rəsulovun sözügedən tikinti obyektindən "həqiqətən xəbərsiz olduğu gerçəyi" gün kimi aydındır. Üstəlik də Saray xanım bildirir ki, "Nazim müəllim israrla mənə deyir ki, sən İcra Hakimiyyətinə getmə, sən dayanmadan Fövqəladə Hallar Nazirliyinə müraciət elə qoy gəlib sökdürsünlər. İcra ona neyniyəndi?!".

Bunun da nə demək olduğuna tikintini aparan Sahib adlı sahibkar yəqin ki, özü qərar verə bilər. Çünki, onların arasında olan danışıqdan biz bixəbərik.

Əlqərəz...

Əslində söhbəti bu qədər uzatmağımızın və bir istər qanuni, istərsə də qanunsuz tikintinin aparılmasında cavabdeh olan dövlət idarələrinin adlarını xatırlatmaqda məqsədimiz, oxşar, daha doğrusu demək olar ki, eyni durumla Bakı şəhər Nəsimi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski 134 ünvanında, Dövlət Tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin həyətində qarşılaşmağımızdır.

Hansı ki, redaksiyamıza yuxarıda qeyd etdiyimiz ünvanda xeyli sayda çoxillik şam ağaclarının kəsilərək, yerində obyek tikintisinin aparılması barəsində məlumat daxil olmuşdur. Eyni zamanda məlumatlarda iddia olunur ki, bu tikinti Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin göstərişi ilə həyata keçirilir.

Məlumatın dəqiqləşdirilməsi və haqqında qanuni tədbir görülməsi üçün ilk olaraq agentliyimiz tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğu göndərdik.

Nazirliyin ərazi üzrə nümayəndəliyi sözügedən ünvanda olmuş, məsələni yerində araşdırmış və nəticəsi barəsində redaksiyamıza məlumat ünvanlamışdır.

Məlumatı olduğu kimi təqdim edirik:

"Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 134 ünvanındakı Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılmış və fakt təsdiqini tapmışdır.

Aparılan araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparılan zaman 5 ağacın kəsildiyi və təbiətə 3480 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir.

"Dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır"."

Yuxarıda da qeyd etdiyimiz kimi, istər qanuni, istər qanunsuz aparılan heç bir tikinti işləri İcra Hakimiyyətinin xəbəri və icazəsi olmadan həyata keçirilmədiyi hər kəsə məlumdur. Amma, nə hikmətsə gördüyünüz kimi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin də qanunsuz olduğunu təsdiq etdiyi tikinti obyektini Nəsimi rayon İcra Hakimiyyəti də ya görməyib, ya da görməzdən gəlib.

Sahil Babayevin, həmçinin Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun ekologiyamız ilə, eyni zamanda məhv edilən yaşıllıqlara yaxın ərazidə yaşayan sakinlər ilə qərəzini, yaxud da yaşıllıqların məhv edilməsinin qanunsuz olduğundan "xəbərsiz" olmasını da anlamaq çətindir.

Onu da bildiririk ki, bu Nəsim rayonu ərazisində rast gəlinən yeganə qanunsuzluq halı deyil. Bu və buna bənzər qanunsuzluq faktları Nəsimi rayon ərazisində kifayət qədərdir, lakin hansısa kimsəyə məlum olmayan səbəblərə görə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov nəyinki qarşısının alınması üçün tədbirlər görmür, heç ümumiyyətlə reaksiya vermir.
Yeri gəlmişkən,  yuxarıda qeyd etdiyimiz ünvanda qanunsuz aparılan tikinti barəsində digər aidiyyəti qurumlara da göndərilməsi üçün rəsmi müraciətlər hazırlanır.
Qarşıdakı günlərdə agentliyimizdə digər aidiyyəti qurumların məsələyə münasibəti, eyni zamanda Nəsimi rayon ərazisində aparılan bütün qanunsuz tikintilər, məhv edilən yaşıllıqlar barəsində cəmiyyətdən gizlədilmiş məlumatlar dərc ediləcəkdir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam