Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Əlini cibinə salmayan” rayonlar…-ŞƏRH

               Ekspert: "Heç bir mənbədə belə məlumat tapa bilməzsiniz..."

Yenixeber.org: 2022-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, gələn il cəmi 14 rayona mərkəzləşmiş qaydada vəsait ayrılacaq. 52 rayon və şəhər isə büdcədən dotasiya almayacaq. Onların öz xərclərini ödədiyi bildirilir.

Layihəyə əsasən, Ağdam büdcədən 4 milyon 980 min manat, Balakən 1 milyon 612 min manat, Cəbrayıl 2 milyon 874 min manat, Goranboy 2 milyon 156 min manat, Xocalı 1 milyon 527 min manat, Xocavənd 1 milyon 540 min manat, Kəlbəcər 3 milyon 528 min manat, Qax 5 milyon 476 min manat, Laçın 2 milyon 416 min manat, Lerik 2 milyon 434 min manat, Oğuz 2 milyon 484 min manat, Yardımlı 2 milyon 103 min manat, Zəngilan 1 milyon 409 min manat və Zərdab 2 milyon 917 min manat vəsait alacaq. Beləliklə rayonlara büdcədən toplam 37 milyon 456 min manat vəsait ayrılacaq.

Gələn il büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad olunun şəhər və rayonlardan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb.

Qeyd edək ki, Azərbaycanda regionların sosial inkişafının təmin edilməsi üçün 3 dövlət proqramı icra edilib. Hökumət bəyan edib ki, əsas məqsəd bölgələrin inkişafını təmin etməklə onları büdcə dotasiyasının asılılığından azad etməkdir. Amma proqramların icra müddətində bu hədəfə nail olmaq mümkün olmayıb. Keçmiş İqtisadiyyat naziri Şahin Mustafayev bildirmişdi ki, 2004-2017-ci illərdə Azərbaycanın regionlarının inkişafına 67,5 milyard manat vəsait yönəldilib. 2017-ci ildə isə bu məqsədlə 4,5 milyard manat xərclənib.
Məsələn, 2015-ci ilin statistik məlumatlarına görə, ölkədə 65 inzibati ərazidən yalnız bir neçəsi öz xərclərini qarşılamaq gücündə olub. Bura Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və İmişli rayonları daxildir. Həmin ildə 32 şəhər və rayonda  yerli gəlirlərin yerli xərclərə nisbəti 25-50% civarında olub. Yəni bu bölgələr xərclərinin heç yarısını da ödəyə bilməyiblər. 20 şəhər və rayonda isə yerli gəlirləri xərclərin heç 25%-nə çatmayıb. 

2019-cu ildə isə bu statistika dəyişib, Azərbaycanın 34 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcəyi açıqlanıb. Cəmi iki il əvvəl inzibati rayonların təxminən yarısı özünü maliyyələşdirmək iqtidarında olmayıb. 

Məlumdur ki, son iki ildə pandemiyanın yaratdığı çətinliklər ölkənin iqtisadi inkişafını əngəlləyib, neftin qiyməti kəskin ucuzlaşıb, regionlara sərmayələr azalıb, iş yerləri, məşğulluq imkanları məhdudlaşıb. Regionlara az-çox gəlir gətirən turizm sektoru isə ümumiyyətlə, böhran keçirib. Bu şərtlər daxilində rayonlar hansı mənbələr hesabına öz maliyyə müstəqilliklərini təmin edə biliblər? Necə olub ki, 70 milyard manatdan çox vəsait bölgələrin iqtisadi inkişafını təmin edə bilmədi, amma son bir ildə regionlar dotasiya asılılığından qurtuldular?  

 

İqtisadçı, ekspert Rövşən Ağayev bildirib ki, rayonların ildən-ilə müstəqilləşməsi, öz xərclərini ödəməsi barədə fikirlər yanlışdır. Onun sözlərinə görə, burada metodoloji yanaşma önəmli məsələdir, rayonların maliyyəcə müstəqilləşməsi iki cür baş verə bilər:

“Ya rayonlar daha çox gəlir əldə edib, öz xərclərini ödəyirlər, nəticədə mərkəzləşmiş büdcədən vəsait almırlar. İkinci halda isə rayonlarda bir çox xərclər rayon icra hakimiyyətlərinin xərc səlahiyyətlərindən çıxır və mərkəzi büdcənin hesabına keçir. Bu halda gəlirlər artmır, amma guya maliyyə baxımından müstəqilləşir. Bu halda xərclər yerlərdən mərkəzi büdcənin səlahiyyətinə keçir”.

Ekspert qeyd edir ki, bizdə ikinci hal baş verib. İqtisadçı əlavə edir ki, son illərdə hökumət bir çox xərc səlahiyyətlərini bölgələrdən alıb: “Məsələn, son 3-4 ilə qədər rayonlarda orta təhsilin xərcləri rayon icra hakimiyyətlərinin səlahiyyətində idi. Məlumdur ki, təhsildə regional mərkəzlər yarandı və onlara paralel regional hesablama mərkəzləri təsis edildi. Beləliklə, orta təhsilin bütün xərcləri icra hakimiyyətlərinin nəzarətindən çıxarıldı. Bundan başqa, Mədəniyyət Nazirliyinin yerli şöbələri ləğb edildi və regional bölmələr yarandı. Bu halda da mədəniyyət xərcləri yerli idarəetmədən çıxdı və mərkəzləşmiş xərclərə aid edildi. Beləliklə, rayonların xərc səlahiyyətlərinin müstəqilləşməsi belə təəssürat yaradır ki, rayonlar özünü təmin edir, müstəqilləşiblər. Əslində isə bu gün rayonlara orta təhsil, mədəniyyət, sosial müdafiə, səhiyyə, kənd təsərrüfatı xərcləri ayrılmaqda davam edir. Amma bu gün heç bir mənbədə belə məlumat tapa bilməzsiniz ki, mərkəzi xərclər nəzərə alınmaqla rayonların büdəcədən asılılıq səviyyəsi nə qədərdir. Əgər deputatlar, ekspertlər deyirlərsə ki, bölgələr xərclərdən müstəqilləşib, o zaman belə bir məlumatı ortaya qoysunlar. Ondan sonra oturaq müzakirə edək ki, real vəziyyət necədir”.

R.Ağayev bildirir ki, regional xərclər dedikdə cəmi 2-3 xərc maddəsi nəzərədə tutulur. “Bura mənzil istismar sahələrinin, uşaq bağçaları və yerli özünüidarəetmə orqanlarının saxlanması ilə bağlı xərclər daxildir. Yəni “özünü təmin edir” deyəndə bu 3 xərc maddəsinin ödənməsi nəzərdə tutulur. Rayonlarda yollar çəkilir, fermerlərə subsidiyalar ödənilir, səhiyyə, təhsil, mədəniyyət və s. xərclər əvvəlki qaydada davam edir. Bunları nəzərə alanda vəziyyət necə olur?”,-deyə iqtisadçı vurğulayıb.  

İqtisadçı, deputat Vüqar Bayramov isə deyir ki, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır: “Bu dövlət büdcəsindən asıllığın aradan qaldırlmasına imkan yaradır. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam