Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

  Azərbaycanlılara qarşı cinayət törətməyən erməni varmı?

 

 

 

Yenixeber.org: Dövlətimizin qəti hərəkəti, igid əskgər və zabitlərimizin fədakarlığı sayəsində Azərbaycanımızın sərhədləri qarış-qarış bərpa edilməkdə, uzun illər yağı düşmənin tapdağı altında olan doğma torpaqlarımız ana vətənə qovuşmaqdadır! İnanırıq ki, çox tez bir zamanda Azərbaycan dövləti özünün bütün ərazisində tam süverenliyini, öz mülki hakimiyyətini bərpa edəcəkdir!

Bütün tarix boyu müharibələr həmişə dağıntılarla müşahidə edilib, təəssüf ki, bundan qaçmaq mümkün deyildir və haradasa başa düşüləndir. Başa düşülməyən müharibə bitdikdən (müvəqqəti də olsa) sonra zəbt edilmiş ərazilərdə salamat qalmış bütün tikililərin, tarixi abidələrin, müqəddəs məkanların ağına-bozuna baxmayaraq talan edilməsi və təmamilə məhv edilməsidir. Düzdür, tarixdə zəbt edilmiş ərazilərin talan edilməsi faktları vardır. Ancaq bidiyim qədər tarixdə ermənilər kimi zəbt etdiyi ərazilərdə qalmış bütün sərvətləri, tikililəri, hətta qəbirləri dağıdaraq qəbir daşlarını son damlasına qədər talan edən, daşıyan, daşınması mümkün olmayanları yerlə yersan edən, təmamilə məhv edən, yandıran ikinci bir toplum (onlara xalq demək olmaqz!) olmamışdır. Bu mənfur toplum xarici himayədarlarının dəstəyi ilə ərazilərimizi işğal edərkən öz doğma yurd-yuvasını tərk etməyə məcbur olan vətəndaşlarımız bütün sərvətlərini, onlara heç bir zərər yetirmədən, qoyub qetmişdilər. Hətta evini tərk edərkən toyuq-cücəsinə də son dəfə yem verən vətəndaşlarımız da vardır. Bəs özlərini "qədim", "ali", "sülhsevər" elan edən, əslində isə təcavüzkar, qaniçən, cinayətkar, eyni zamanda satqın və qorxaq olan ermənilər reallıqda necə davranırlar? Özlərini "qəhrəman xalaq" adlandıran bu mənfur toplumun "nəyə qadir olduğu" 44 gün ərzində bəlli olmadımı? Qəhrəman əsgər və zabitlərimizin qarşısından siçan kimi quyruğunu bulayıb qaçan bu qaniçənlər yenə də özlərinin miskin xüsusiyyətlərinə xas olaraq "qisaslarını" "heç nə türklərə qalmamalıdır" deyərək, tərk etməyə məcbur olduqları ərazilərdəki binaları, evləri yandırmaqla çıxırlar. Olsun! Qoy rədd olsunlar! Biz, Azərbaycan dövləti, xalqı olaraq düşməndən azad edilmiş ərazilərimizi bərpa edəcəyik, orada həyat yenidən qaynayacaq! Azərbaycan buna qadirdir!

Ancaq başa düşülməyən bir məqam vardır. Ermənilər Dağlıq Qarabağda bundan sonra da yaşamaq istəyirlər yoxsa yox? Yəqin yaşamaq istəmirlər, türk düşmənləri öz məkirli niyyətlərinə çatmaq üçün onları buna məcbur etmək istəyirlər! Çünki öz qonşusu olan azərbaycanlını diri-diri oda atıb yandıran, uşaq, qadın, qoca bilmədən onları məhv edən, diri-diri dərisini soyan, hamilə qadının qarnını yarıb körpəsini süngüyə keçirən, əsirləri murdar olmuş qohumlarının qəbri üstündə qurban kəsən, körpə uşaqları borulara doldurub ağzını qaynaqlayıb od vurub yandıran, əsirlərin başını kəsib futbol oynayan, körpə qızlarlara atasının gözü qarşısında dəfələrlə təcavüz edən, əsirləri bataqlıqda batan maşınlarının təkərləri altına atan, əsərləri bataqlığa atıb üstündən tapdalayıb keçən və s. vəhşilərə xas olan cinayətlər törədən erməni azərbaycanlı qonşusunun üzünə baxa biləcəkmi, onunla birlikdə, qonşuluqda yaşaya biləcəkmi? Və ya azərbaycanlılar erməni qaniçənlərinin bu hərəkətlərini unuda biləcəklərmi, onları bağışlaya biləcəklərmi?

Azərbaycan xalqı tolerant xalqdır, bağışlayandır, erməninin tayı deyildir! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, erməni vətəndaşlarımız yaşadıqları ərazilərdə qalıb yaşamağa davam edə bilərlər, onlar üçün heç bir təhlükə yoxdur. Təbii, Prezident bu fikirləri söyləyəndə cinayətdə əli olmayan, cinayət törətməyən erməniləri nəzərdə tutub. Ancaq belə erməni varmı?

 Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam