Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vahid Əhmədov:“Müharibə uzun çəkməyəcək”

 

“ATƏT-in Minsk Qrupunun çağırışına məhəl qoymadan işimizi axıra çatdırmalı, ərazi bütövlüyümüzü təmin etməliyik”

Yenixeber.org: Müharibə dövründə növbəti həmsöhbətimiz tanınmış ictimai-siyasi xadim, texnika elmləri doktoru, Milli Məclisin deputatı Vahid Əhmədovdur.

 Qarabağ müharibəsinin anidən başlaması Sizin üçün gözlənilən idimi?

Buna anidən başladı demək olmaz. 1994-cü ildən atəşkəs elan olunmasına baxmayaraq, ermənilər bunu dəfələrlə pozdular. Azərbaycan atəşkəsə riayət edirdi. Sonuncu dəfə ermənilər Tovuzdan hücuma keçdilər. Onlar bizim boru kəmərlərimizi ələ keçirmək istədilər. O zaman Ali Baş Komandan və Azərbaycan Ordusu onların cavabını verdi. Bu dəfə isə onlar hazırlıq görürdü. Ali Baş Komandan on gün əvvəl bütün dünya dövlətlərinə bu barədə çağırış etdi ki, ermənləri dayandırsınlar. Amma yenə buna heç kim fikir vermədi. Sentyabrın 27-si, saat 06:00-da ermənilər hücuma keçdilər. Azərbaycan da əks-hücum əməliyyatı həyata keçirdi və onları yavaş-yavaş öz ərazilərindən çıxarmağa başladı. Gedən əməliyyatlar da onu göstərdi ki, Azərbaycan haqq tərəfindədir, düzgün yoldadır və öz ərazilərini işğaldan azad edir. İtkilərimiz olsa da, bunlar qəbul ediləndir, çünki müharibədir. Müharibə gedirsə, şəhidlərimiz də olmalıdır. Əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Ali Baş Komandan bu məsələdə çox israrlıdır. Və bütün dünya telekanallarına verdiyi müsahibələrdə bir daha təsdiq edir ki, son qarış torpağımız belə azad olunmalıdır, Ermənistan hərbçiləri ordan çıxarılmalıdır və müəyyən məsələlərə yalnız sonra baxıla bilər. Hesab edirəm ki, müharibə uzun çəkməməlidir. Bizə mənəvi dəstək verən Türkiyə, Pakistan, Əfqanıstan dövlətlərinə də minnətdarlığımızı bildiririk. Azərbaycanın kifayət qədər ordusu, silah-sursatı var. Ali Baş Komandanın dediyi kimi, müharibəni başa çatdıracağıq. Bayrağımızı Xankəndi və Şuşada dalğalandıracağıq.

Aparılan əməliyyatlar nəticəsində 3 rayonumuz işğaldan azad olunub. Minsk Qrupunun həmsədr ölkələri isə atəşkəsin bərpasını tələb edirlər. Sizcə, hərbi əməliyyatlar davam etməlidir, yoxsa danışıqlar prosesi bərpa olunmalıdır?

Minsk Qrupunun həmsədrləri bu vaxta kimi harda idilər?! Ermənilər hər gün atəşkəsi pozurdular, əlavə torpaqlarımızı da zəbt etmək istəyirdilər, o zaman bir dəfə də səsləri çıxmırdı. Elə ki Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Ordusu qəti sözünü dedi, torpaqlar işğaldan azad olunmağa başladı, bunların səsi çıxmağa başladı. Ona görə də, boş söhbətlərdir, onlar hamısı Ermənistanı müdafiə edirlər. ATƏT-in Minsk Qrupundakı bəzi dövlətlər hətta ermənilərə silah yardımı da edirlər. Bunu tək biz deyil, bütün dünya mətbuatı deyir. ATƏT-in Minsk Qrupunun çağırışına məhəl qoymadan işimizi axıra çatdırmalıyıq, torpaqlarımızı azad edib, ərazi bütövlüyümüzü təmin etməliyik.

Bölgənin böyük gücü olan Rusiyanın hazırda bu məsələ ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?

Mən hesab edirəm ki, müəyyən təhdid və təzyiqlər olsa da, bu, o demək deyil ki, özünü normal aparmır. Düzdür, məlumatlar gedir ki, onlar Ermənistaa müəyyən yardımlar edirlər. Bunu isə Rusiya dövləti deyil, orda yaşayan erməni oliqarxları edir. Amma yaxşı olardı ki, Rusiya dövləti bunun qarşısını alsın. Müharibə Azərbaycan ərazisində gedir, biz öz ərazimizi təmizləyirik, bizim heç kimə ərazi iddiamız yoxdur. Ona görə, Rusiya da ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, kənarda qalmalıdır. Necə ki, Amerikanın dövlət katibi Pompeo qeyd etdi ki, bu, iki dövlətin məsələsidir, kənar dövlətlər bu işə qarışmamalıdır.

Hazırkı mərhələdə həmvətənlərinizə nə deyə bilərsiniz?

Azərbaycan əhalisi yekdildir. Dövlət və xalq arasında fikir ayrılığı yoxdur. Bütün partiyalar birgə görüş keçirib, bəyanatlar imzalayırlar. Arzumuz odur ki, müharibəni bitirək, ərazi bütövlüyümüzü təmin edək. Türkiyənin Cumhurbaşkanı Ərdoğanla birgə Ali Baş Komandanımız Şuşada, Xankəndində Azərbaycan bayrağını ucaltmaq istəyir. Ondan sonra o ərazilərdə bərpa işləri gedəcək, Azərbaycanın buna kifayət qədər imkanı var, xarici investorlar da cəlb olunacaq. Həmin ərazilərdə bir milyon hektara yaxın yararlı torpaq sahələri var. Bizim elə bir ciddi problemimiz olmayacaq. Amma Ermənistan dövləti başa düşməlidir ki, onun gələcəkdə bir dövlət kimi qalması sual doğuracaq.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam