Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Milli Şurada ögeylər və doğmalar

 

 

 

      Eldar Namazov: “Bu gün Milli Şuranın yaradılması üzrə siyasi danışıqlarda iştirak edən 6 siyasi liderin dördü Milli Şuradan gedib”

 

 
    "xeberinfo.com" Milli Şuranın əsas qurucularından olan EL hərəkatının sədri Eldar Namazovun Yeni Müsavat qəzetinə verdiyi  müsahibəsini təqdim edir.
Eldar Namazov:
- ...Biz bilirdik ki, Milli Şuranın namizədi qələbə üçün ümummilli namizədə çevrilməlidir... 
- Çevrilə bildimi?
 
- Təəssüf ki, bilmədi. İndi səbəblərini də deyəcəm. Baxın, Milli Şuranın Məşvərət Məclisi olmalı idi. Mediada çox sual verilirdi ki, bu qurum niyə yaradılmır? Rüstəm müəllim də bir dəfə bu sualın cavabında demişdi ki, razılıq əldə olunmadığına görə Məşvərət Məclisini yaratmaq mümkün olmur. Əslində isə səbəb o idi ki, İsa Qəmbərlə Əli Kərimli Məşvərət Məclisinin nəzərdə tutulan variantda yaradılmasını istəmirdilər.
- Onlar nə təklif edirdilər?
- İsa Qəmbər bildirirdi ki, bu Milli Şura sədrinin yanında Məşvərət Məclisidir. Sədr Bakıda olmadığına görə bu qurumu yaratmağın mənası yoxdur. Sədr gəlsin, özü Məşvərət Məclisinin tərkibini elan etsin. Əgər sədr gəlmədən bu qurum təsis olunsa o, sədrin yanında yox, tutaq ki, Aparatın yanında Məşvərət Məclisi olacaq. Əli bəyin yanaşması isə fərqli idi. O, deyirdi ki, əgər bu qurum yaranırsa, orada 3 nəfər olmalıdır – Aparatın rəhbəri, Müsavat başqanı və AXCP sədri. Buna görə də biz Məşvərət Məclisini elan edə bilmirdik. Hər halda, Müsavat və AXCP Milli Şurada əsas partiyalar idi və onların rəyi olmayan hansısa məsələdə nəticə əldə edilməsi mümkün deyildi.
- Siz Məşvərət Məclisinin tərkibini necə görürdünüz?
 
- Mən öncə bu qurumun yaradılmasının tərəfdarı idim. Ancaq praktik işlərin gedişi zamanı mən anladım ki, ilkin düşündüyümüz variantda bu alınmaya bilər. Orada komissiya sədrləri də olmalı idi. Ancaq mən görürdüm ki, komissiya sədrlərinin bəziləri işləmir. Aparat bütün işi görürdü, sessiyaları keçirirdi, iki dəfə komissiya sədrlərinin toplantısını keçirdik, hüquqşünas Ənnağı Hacıbəylinin rəhbərliyi ilə yaradılan işçi qrupun yığıncaqlarını keçirdik. Beynalxalq ələqələr qurulurdu, diplomatik korpusla görüşlər, xarici səfərlər.
- Yəni işlər sizin əlinizdə olana qədər hər şey yaxşı idi, sizin əlinizdən çıxandan sonra pis oldu iddiasındasınızmı?
- Yox, elə düşünmürəm. De-fakto Məşvərət Məclisi olmasa da, mən aparat rəhbəri kimi hansısa qərarların verilməsi zamanı bütün partiya sədrləri ilə məsləhətləşirdim. O dövrdə Cəmil Həsənli qərar qəbul etdi ki, seçki qərargahında 2 partiya rəhbər olacaq – AXCP və Müsavat Partiyası. 
- Bununla bağlı məsləhətləşmələr olmuşdumu?
“Deyirdilər, Milli Şurada 23 nəfər tanınmış şəxs var...” 
- Yox, heç bir məsləhətləşmə olmamışdı. Ümumiyyətlə seçki kampaniyasının başında müstəqil bir şəxs dayanaraq bu məsələləri koordinasiya etməli idi.
 
    “Seçkı kampaniyasının başında müstəqil bır şəxs dayanaraq bu məsələlərı koordinasiya etməli idi”
- Kim ola bilərdi bu şəxs?
- Müstəqil şəxs.
- Kimin kimi müstəqil?
 
- Mən ad çəkmək istəmirəm.
- Mehman Əliyev kimimi, ya başqa birisi kimimi?
- Deyirdilər, Milli Şurada 23 nəfər tanınmış müstəqil şəxs var. O 23 nəfərdən birini həmin seçki qərargahının rəhbəri təyin etmək olardı. Bütün siyasi qurumları da  kollegiallıq əsasında prosesə qoşmaq olardı.
- Ancaq o dediyiniz müstəqil şəxs partiya strukturlarını işlədə biləcəkdimi?
- Mən necə dəfə belə yığıncaqlar keçirmişdim. Hər partiyanın təşkilat məsələləri üzrə sədr müavinini toplantıya dəvət edirdik, beləliklə də kollegiallıq təmin olunurdu. Bu Milli Şuranın təməl prinsiplərindən biri idi. Yarananda da, işə başlayanda da biz buna riayət edirdik, sonraki hadisələr də göstərdi – başqa cür böyük koalisiyaları nə yaratmaq, nə də qoruyub saxlamaq mümkün deyil. 
- Yenə də bütün ağırlıq 2 partiyanın üzərinə düşəcəkdi...
- Ən cox iş görənə də ən cox təşəkkür düşəcəydi, geyd olunacagdı , bunu nə danmaq nə də gizlətmək mümküm idi. İndi mən sizə medalın o biri üzünü göstərim. Yəni nə alındı. Yenə də o doğma və ögey məsələsinə qayıtmalı oluram. “Yeni Müsavat” qəzeti artıq bu tendensiyanı tutmuşdu. Mən də bunu görürdüm. Ancaq “Yeni Müsavat” qəzetindən fərqli olaraq mən buna müsbət yanaşmadım. Çünki görürdüm ki, bu proses Milli Şuranın dağılmasına aparır. Bu məsələ EL hərəkatının İdarə Heyətinin iclaslarında bir neçə dəfə müzakirə edildi. Biz xəbərdarlıq da etdik. Dedik ki, Milli Şura yarananda o cini şüşəyə salmaq kimi, bütün umu-küsüləri, keçmişdə olan münasibətləri unudub bir yola çıxdıq, bu yolu heç kimə heç bir fərq qoymadan bərabər şərtlərlə getməliyik. Ancaq bu dediyim sonuncu proses cini şüşədən buraxmağa bənzədi. Dərhal iki xətlə Milli Şuranın içərisində parçalanma getdi. Birinci xətt o idi ki, Cəmil müəllim Müsavat Partiyası və AXCP... Bu zaman sanki digər 4 qurum ikinci planda qalırdı. Bunu bir çoxları qabartmağa başladılar, elə təqdim edirdilər ki, belə də olmalıdır. Onda da digərlərində həm qıcıq yaranırdı, həm əlləri işdən soyuyurdu. Beləliklə biz Milli Şuranın namizədini ümummilli namizədə çevirmək istəyərkən onu iki partiyanın namizədinə çevrilməsi prosesi başlandı. Seçki kampaniyası bitəndə hesabat hazırlanır. Hesabatın lahiyəsini  bizim nümayəndələrimiz təsadüfən görmüşdülər. Həmin hesabatda EL hərəkatı rəhbərliyinin Baş Prokurorluğa çağırılması faktı əksini tapmır,  Klassik Xalq Cəbhəsi Partiyası üzvünün polisə aparılması, ürəyinin partlaması faktı əksini tapmır, bu hadilər də elə seçki prosesində baş verdi,  ancaq 6-7 il qabaq bir partiya sədri ilə  baş verən bir məsələ əksini tapır... Bu xırda məsələ kimi görünə bilər. Ancaq bu heç də xoş olmayan mənzərə yaradır. Eyni zamanda, doğmaların da arasında seçkilərdən sonrakı mərhələni də biz gördük. Əsllində o zaman da dediyim sonuncu prosesin işartıları görünürdü. Məsələn, Cəmil Həsənlinin seçki qərargahı namizədin ictimai vəkillərinin siyahısını hazırlayaraq MSK-ya aparmışdı. Eyni zamanda təbliğat broşurları da da dərc olunacaqdı. Əgər ictimai vəkillərin siyahısını Müsavat Partiyası hazırlayırdısa, orada birinci İsa Qəmbərin, ikinci Milli Şuranın sədrinin, üçüncü başqalarının adı olurdu; əgər o broşurları AXCP hazırlayırdısa, birinci Əli Kərimlinin adı, sonra Milli Şura sədrinin, üçüncü digər şəxslərin adı gəlirdi. Belə nümunələri onlarla sadalamaq olar. Bu faktlar cəmiyyətə bəlli olmasa da Milli Şuranın içərisində münasibətlərə ciddi təsir göstərirdi. Həm iki partiya arasında, həmdə iki partiya və digər 4 qurum arasında heç bir luzumu olmayan, müxalifəti dayımı parçalayan Milli Şuranın yaranması dövründə aradan qaldırılan münasibətlər yenidən alovlanıb meydana çıxdı.  İndi mən sizə mediada indiyə qədər getməyən daha bir məsələni deyim. Yadınıza gəlirmi, EL hərəkatının İdarə Heyəti Milli Şuranın sessiyalarından birinə gəlmədi.
“İndi mən sizə mediada indiyə qədər getməyən daha bir məsələni deyim. Yadınıza gəlirmi...” 
- Bəli, yadımızdadı, restorana yığışmışdınız...
- Biz o zaman mediaya yalnız bir məsələni açıqladıq. Dedik ki, bir həftəyə yaxındır bizi prokurorluğa çağırırlar, uydurma ittihamlar irəli sürürlər , ancaq Milli Şurada ki dostlarımızdan bir reaksiya, etiraz edən yoxdur. Əslində isə biz Milli Şura daxilindəki prosesləri müzakirə edirdik. Orada fikirlər səsləndi ki, bu proses Milli Şuranı seçkilərdə uğursuzluğa aparacaq, sonra da Milli Şuranın dağılmasına gətirəcək. EL-in qərarı belə oldu ki, biz Cəmil Həsənli ilə görüşək və təhlükələri ona izah edək. Daha sonra Müsavat başqanı ilə, AXCP sədri ilə görüşək. Həmin toplantıdan sonra Cəmil Həsənlini dəvət etdik, bax bu gün mənim burada dediklərimin hamısını ona dedik. Mən İsa bəylə, Əli bəylə də görüşüb, bu haqda danışıqlar apardım. Çox təəssüf ki,xəbərdarlıqlarımız bir nəticə vermədi,  sonda bizim təxmin etdiyimiz mənfi nəticə oldu. Mən bir məsələni də demək istəyirəm. “Yeni Müsavat”da mənim özümə qarşı da materiallar olub, mənim bölüşmədiyim məqamlarla bağlı yazılar gedib. Ancaq mən bilirəm ki, əgər mənim deməyə sözüm varsa, “Yeni Müsavat”ın mənə tribuna verməsində heç bir problem olmayacaq.
- Şübhəsiz.
- Bu çox vacib amildir. Azərbaycanda məsələlərə bu cür yanaşan media orqanları çox azdır. Cəmil Həsənli də öz ictimai namizədlərini təyin edəndə Milli Şuranı, Rüstəm İbrahimbəyovu ən çox tənqid edənlərdən biri Rauf Arifoğlu orada var idi. Ancaq Milli Şurada təmsil olunan partiyalardan bəzilərinin sədrləri belə o ictimai vəkillərin sırasında deyildi. Böyük koalisiyalar yaratmaq , idarə etmək kənardan xırda məsələ kimi görünə bilər. Ancaq əslində bu iş çox mühüm, vacib olan məsələləri nəzərə almaqdan birbaşa asılıdır. Milli Şuranın son dönəmlər bir neçə üzvü istefa verib. İstefalara sadəcə “bu da getdi, heç bir şey olmaz” prinsipi ilə yanaşmaq doğru deyil. Bu gün Milli Şuranın yaradılması üzrə siyasi danışıqlarda iştirak edən 6 siyasi liderin dördü artıq Milli Şuradan gedib. Ancaq EL hərəkatının xəbərdarlığından sonra durumu düzəltmək mümkün ola bilərdi. Mən son addımlara qədər çalışırdım ki, biz Milli Şuranın saxlanmasına, güclənməsinə nail olaq. Hətta mən istefa verərək bundan sonra siyasi fəaliyyətimi EL hərəkatında davam etdirəcəyim haqqında bəyanatımda da Milli Şuranın gələcəyi ilə bağlı bir sıra təkliflər vermişəm. 
- Nə təklif edirsiz?
- Ola bilər ki, indiki durumda Milli Şura müxalifət düşərgəsinin koordinasiya mərkəzinə çevrilsin. Çünki koordinasiyasız heç bir problemi çözmək mümkün deyil. Milli Şura elan edə bilərdi ki, biz prezident seçkilərinə vahid namizədlə gedirdik, ancaq indi o dönəm arxadadır, növbəti mərhələ üçün birləşdirici ideya kimi   gəlin səylərimizi kordinasiya etməyi əsas götürək. Təklif etdik ki, partiyalar üzrə kvotalar azaldılsa, hər partiyadan 3-4 nəfər saxlansa, eyni sayda vətəndaş cəmiyyətin institutlarının təmsilçiliyi olsa, bu qurum demokratik düşərgənin bütün səylərini koordinasiya edə bilər. Bu yolla Milli Şuranı nəinki qorumaq, hətta genişləndirmək və daha da gücləndirmək də mümkün ola bilər. Cünki səylərimizin koordinasiya edilməsi indiki mərhələdə kifayət qədər aktual və hamını qane edə biləcək bir ideyadı. Təssüf ki bunu da qəbul edmədilər, elə inersiya əsasına qabaga getmək istəyirlər, bu da inandırıcı görünmür. Mən hər zaman Milli Şuranın həm qorunub saxlanmasının, həm də güclənməsinin tərəfdarı olmuşam. Təəssüflər olsun ki, sentyabr ayında qəbul olunmuş qərarlar təkcə mənim deyil, bir çoxlarının etirazına səbəb oldu. Seçkidən sonra Milli Şura üzvləri mediaya belə bir açıqlama vermişdilər ki, qurumun fəaliyyəti ilə bağlı obyektiv təhlilə ehtiyac var. Çox təəssüf, bu məsələ də müzakirəyə çıxarılmır.
 Eldar Namazov: ...Biz bilirdik ki, Milli Şuranın namizədi qələbə üçün ümummilli namizədə çevrilməlidir... 
- Ümumiyyətlə, son aylarda Milli Şurada qərarlar necə qəbul olunurdu? Bu məsələ də bir qədər müəmmalı qalıb.
- Mən sizə Mitinq Komitəsinin timsalında bir misal gətirim. Mitinq komitəsi yaradıldı. Mitinq komitəsində hər siyasi qurumda 2 nəfər təmsil olunurdu. Mən özüm həmin komitədə təmsil olunurdum, toplantıya qatılmışdım, orada çıxış etmişdim. Birinci mitinq bu cür təşkil olundu. Ancaq seçki kampaniyası başlayanda artıq biz mətbuatdan oxuyurduq ki, filan gün filan saatda Milli Şuranın mitinqi olacaq.
- Kim qəbul edirdi həmin qərarları?
- Mən Mitinq Komitəsində olan şəxslərə irad tutdum. Dedim, əzizlərim, əgər mitinq təşkil ediriksə, niyə mənim bundan xəbərim yoxdur? Onlar cavab verdilər ki, bizim də xəbərimiz yoxdur. Düşündüm ki, yenə də ögey-doğma məsələdir - qərarları Cəmil Həsənli və iki partiya verib. Həmin gün İsa bəylə Müsavat Partiyasının qərargahında keçirilən bir toplantıda görüşdüm. İsa bəy məndən soruşdu ki, Milli Şura mitinq təyin edib, sənin bundan xəbərin oldu? Yəni İsa bəyin də xəbəri yox idi.
- Bəs bu qərarı kim qəbul etmişdi?
- Yenə də deyirəm, gərək Milli Şurada iş elə qurulaydı ki, hər addım koordinasiya ediləydi. Öncədən hamını qane edən bir yanaşma var idi. O bütün məsələlərdə özünü büruzə verirdi. Bu belə davam etməliydi. Çünki koalisiya bu prinsiplə işləyir. Ya belə işləyir, ya da olmur.
- Eldar bəy, mənin söhbət öncəsində danışdığımız məsələ ilə bağlı suallarım qalır. İddialar var ki, Milli Şura ideyasının müəllifi baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdur. Abbas Abbasov bu prosesin sahibidirmi, yaxud bu prosesin harasındadır?
- Yenə deyirəm, Milli Şura ideyası Azərbaycanda yaranıb, mən o prosesin iştirakçısıyam. Biz o toplantıya yığışanda Milli Şura adı belə yox idi. Həmin toplantıda Rüstəm müəllim, mən, bizim bir neçə ziyalımız toplaşmışdıq. Daha sonra İctimai Palatanın Koordinasiya Şurasında bu məsələ müzakirə olundu. Yəni bu ideya Azərbaycanda doğulub, Azərbaycanda yaranıb və bu prosesdə kənar heç bir qüvvə iştirak etməyib, prosesin arxasında Azərbaycan ziyalıları dayanıb. Sonra Rüstəm İbrahimbəyov bu ideyanı cəmiyyətə təqdim elədi. Ona görə də Milli Şuranın müəllifini başqa yerdə axtarmaq vaxt itkisindən başqa bir şey deyil. O başqa məsələdir ki, Milli Şura ideyası ortaya çıxandan sonra həm ABŞ-da, həm Avropada, həm də Rusiyada yaşayan diaspor üzvləri bu məsələ ilə yaxından maraqlanmağa başladılar.
- Abbas müəllim Milli Şura ideyası ilə maraqlanan şəxs kimi yox, sahib kimi danışır. Onunla görüşdə iştirak edən, onun Rüstəm İbrahimbəyovun da iştirak etdiyi toplantılarda söhbətlərinin az qala stenoqramını bizə verən dostlarımız var. O bütün məsələlərdən prosesin sahibi kimi danışıb. Siyasi məsələlərdən tutmuş, maliyyə məsələlərinə qədər...
 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam