Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İttihamlar, qarşıdurmalar müxalifətə müsbət heç nə vəd etmir

 

"xeberinfo.com" Milli Şuranın üzvü Ədalət Yusifovun qrumdakı durumla bağlı verdiyi müsahibəsini təqdim edir
 
- Milli Şuranın indiki böhranlı vəziyyətini  necə izah etmək olar?
- Hazırda Milli Şurada böhranlı vəziyyətin hökm sürdüyünü demək doğru olmazdı. Şura böhrandan sonra dayandığı nöqtədən qabağa getməyə, təşkilatlanmağa cəhd göstərir. 
- Müxalifətdə bəziləri hesab edir ki, Müsavat Partiyasının iştirak etmədiyi siyasi birliyin perspektivi yoxdur. Siz belə fikirlərlə razısınızmı? 
- Ötən 20 il ərzində müxalifət zaman-zaman toplanaraq blok, birlik yaradıb, sonra ayrılıb, yenidən birləşib. Son baş verənlər də bu tendensiyanın tərkib hissəsidir . Hazırda Azərbaycanda ən güclü siyasi birlik Milli Şuradır. Əsas odur ki, müxalifətdə olan bütün siyasi partiyalar vahid mövqedən çıxış edə bilsinlər. 
- Müsavat Partiyası gedəndən sonra Milli Şurada AXCP-nin üstünlüyü hiss olunmaqdadır. Azad Demokrat Partiyasının sədri Sülhəddin Əkbər də bunu etiraf edib. Necə düşünürsüz, Milli Şurada AXCP-nin üstünlüyü varmı? 
- Mən bunu müşahidə etməmişəm. Mən Milli Şuranın yalnız sessiyalarında iştirak etmişəm. Eyni zamanda başqalarının da fikirlərinə hörmətlə yanaşıram. 
- Milli Şuradan getməklə bağlı Müsavat Partiyasının gətirdiyi arqumentləri necə qiymətləndirirsiz? 
- Millu Şuradan tək Müsavat Partiyası deyil, ayrı-ayrı şəxslər də istefa veriblər. Hər kəsin arqumentinə, addımına hörmətlə yanaşmaq lazımdır.  Mənim arqumentim budur ki, Milli Şurada qalıb mübarizə aparmaq daha yaxşıdır. Onlar isə fərqli düşünürlər. 
- İsa Qəmbər bildirib ki, Müsavat Partiyası ilə ikitərəfli əməkdaşlığa dair saziş imzalamayan partiyalarla hansısa birlikdə təmsil oluna bilməzlər...
- İkitərəfli əməkdaşlığa dair sazişin mahiyyətilə tanış olmadığım üçün bu barədə danışmaq istəmirəm. Ümumiyyətlə, İsa bəyin Milli Şuradan getməklə bağlı arqumentlərini saf-çürük etmək istəmirəm. 
- Milli Şuranın üzvü olan Müsavat partiyasının üzvləri istefa üçün ərizə ilə müraciət ediblərmi? 
- Xeyir, müraciət etməyiblər. Görünür, Müsavat Milli Şuradan çıxmaqla bağlı qərar verdiyi üçün partiya üzvləri  fərdi qaydada müraciət etməyə ehtiyac duymayıblar.   
- Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri kimi qalması bu qrumun fəaliyyətinə necə təsir göstərəcək?
- Bilirsiniz ki, Rüstəm İbrahimbəyov Milli Şuranın bütövlüyünün qorunub saxlanılması üçün fəxri sədr statusundan istefa vermişdi. Amma onun müraciəti Şuranın sessiyasında müzakirə olundu, istefası məqsədəuyğun sayılmadı. O, heç bir səlahiyyəti olmayan fəxri sədr kimi qaldı.  
- Milli Şuranın tam dağılması, tarixin arxivinə keçməsi mümkündürmü? 
- Bu barədə danışmaq çox tezdir. Milli Şuranın dağılması üçün orada təmsil olunan partiyaların, ziyalıların, QHT nümayəndələrinin qrumdan getməsi, ümumiyyətlə, Şuranın fəaliyyətinə tam laqeyd yanaşması lazımdır. Bu isə indiki halda real görünmür. 
 
- Azərbaycanda siyasi birliklərin ömrü o qədər də uzun olmur. Bu mənada Milli Şura ilə hara qədər getmək niyyətindəsiz?
- Milli Şuranın nə vaxt dağılacağını indidən söyləmək çətindir. Biz dağılmaq deyil, təşkilatlanmaq, güclənmək niyyətindəyik. Ən azından bələdiyyə və parlament seçkilərində Milli Şura olaraq iştirak etmək istəyirik. Milli Şura digər siyasi güclərlə birgə bu proseslərdə iştirak etsə, daha yaxşı olardı. 
- Müsavat Partiyası və AXCP arasında qarşılıqlı ittihamlar səngimək bilmir. İki aparıcı müxalifət partiyası arasındakı qarşıdurma müxalifətə nə vəd edir?
- Bu ittihamlar, qarşıdurmalar müxalifətə müsbət heç nə vəd etmir. Mən iki partiya arasındakı münasibətlərdən narahatam. Arzu edirəm ki, AXCP və Müsavat rəhbərləri öz aralarında razılığa gəlib, bu savaşı durdursunlar.  
 
- Milli Şuranın qısa müddət üçün fəaliyyət planı varmı?
- Biz sədr aparatının formalaşdırılmas, digər təşkilati məsələlərin həllilə məşğuluq. Həmçinin 2013-cü il 9 oktyabrda keçirilən prezident seçkiləri ilə bağlı olaraq beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək niyyətindəyik. Bələdiyyə seçkilərində iştirakla bağlı da hazırlıq işlərini paralel aparacağıq. Amma bütün bunlarla bağlı hələ ki qərar qəbul edilməyib. 
- Şuraya yeni üzvlərin qəbulu olacaqmı?
- Milli Şuraya üzv olmaq üçün müraciət edənlər var. Hazırkı duruma uyğun olaraq üzvlərin qəbulunun dayandırılması, əməkdaşlığın qurulması və s. təkliflər var. Növbəti sessiyalarda bütün bunlarla bağlı qərarlar qəbul olunacaq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam