Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cəlilabadda qədim yaşayış məskəni aşkarlandı

 

     Muğan mədəniyyyətinə aid ən qədim yaşayış evləri aşkar olunub

 

    "Xeberinfo.com": Cəlilabad rayonunda qədim yaşayış məskəni aşkarlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Üçtəpə kəndindəki Polutəpə qədim yaşayış məskənində aparılan son arxeoloji qazıntılar zamanı Muğan mədəniyyyətinə aid ən qədim yaşayış evləri aşkar olunub.
Dördbucaq şəkilində aşkar olunan tikililərin bünövrəsi kiçik olsa da, qədim insanların burada yalnız yatmaq məqsədilə istifadə etdiyi güman olunur. Qazıntılar zamanı yaşayış evlərinə bitişik yerdə inşa olumuş nəhəng tikilinin qalıqları da aşkar olunub.
İlkin ehtimala görə, sözügedən tikili qədim insanların ibadət məkanı ola bilər. Arxeoloji ekspedisiya muğan mədniyyətinə aid çoxkülfəli nəhəng dulus sobaları da aşkar edib. Bu alimlərə qədim insanların saxsı qabalarının istehsalı zamanı istifadə etdikləri texnalogiyanı öyrənməyə imkan verəcək. Tapılmış bir çox boya saxsı məmulatlarının müasir İraq ərazisində tapılan eyni dövr maddi mədəniyyət nümünələrilə oxşar olması yerli xalqların yaxın və orta şərq xalqları ilə yaxından əlaqə olduğunu sübut edir. E.ə V minilliyin sonunu əhatə edən son neolit dövrü ilə bağlı digər maralı tapıntı isə yaşayış evlərində xüsusi dəfn adətlərilə basdırılmış uşaq və yaşlı insan qəbirlərinin aşkar olunmsıdır.
Qazıntılar zamanı 7 min il budan əvvələ aid buğda qalıqlarının tapılması yerli tayfaların sənətkarlıqla yanaşı kənd təsərrüfatı ilə də geniş məşğul olduğunu göstərir.
Qeyd edək ki, 6 hektarlıq ərazini əhatə edən Polutəpə qədim yaşayş məskənində 4-cü mövsümdür ki, arxeoloji qazıntı işləri davam etdirilir. Toplanmış nümünələr arxeologiya və etnoqrafiya institunda araşdırılacaq. Tapıntılar xeyli zəngin olduğundan bura xarici mütəxəssislərin də cəlb olunması istisna edilmir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam