Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Azərbaycan-Türkiyə təlimləri mediada:Ermənistana "göz dağı"

 

 Bu gün Bakıda keçiriləcək Türkiyə-Azərbaycan hərbi təlimlərində iştirak edəcək türkiyəli hərbçilərin bir qrupunu çərşənbə axşamı günü qəbul ediblər. Azərbaycan Müdafiə Nazirliyinə görə, birgə manevrlər hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq illik plana əsasən keçirilir.

Yenixeber.org: Təlimlər barədə mediaya nəzər salmışıq:

                              Ermənistan "vəziyyəti izləyir"

Azərbaycana türk əsgərləri gələn gün Rusiya ilə Ermənistan arasında görüş keçirilib. Bu barədə Lraqir.am portalı bildirir.

Məlumatda deyilir ki, Ermənistanın müdafiə naziri David Tonoyan və Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin regional vəziyyəti müzakirə ediblər.

David Tonoyan deyib ki, "Ermənistan hərbçiləri və vahid erməni-rus qruplaşması vəziyyətə nəzarəti davam etdirir və hadisələrin hər hansı inkişafına hazırdır."

                              Təxribat, yoxsa sülhə töhfə?

Bununla yanaşı, rəsmi Yerevan təlimlərə öz etirazını bildirib.

Bu məlumatı Ria Novosti də daxil, Rusiyanın aparıcı agentlikləri yayıb. Xəbərə görə, Ermənistanın XİN-in nümayəndəsi Anna Naqdalyan hərbi təlimləri münaqişənin həllinə maneə törədəcək “təxribat” kimi səciyyələndirir.

Ria Novosti həmçinin Azərbaycanın rəsmi mövqeyinə də yer ayırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayevanın sözlərinə əsasən, təlimlər regional sülhün və təhlükəsizliyin möhkəmlənməsinə “töhfə verir”.

                                  Hərbi və təbliği komponent

Sputnik Ermənistan nəşrindəki məqalədə təlimlərin iki mühüm hissədən ibarət olduğu vurğulanır.

"Bu təlimləri təhlil etsək, onda iki - sırf hərbi və təbliği tərkibi vurğulamağa dəyər. Hərbi baxımdan, yeni bir şey görmürük - əvvəlki illərdə oxşar formatda təlimlər keçirilib,” - Orbeli analitik mərkəzinin hərbi eksperti Taron Hovhannisyan bildirir.

Ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında hərbi və silah-sursat standartları arasında fərqlər mövcuddur və bu amili nəzərə almaq lazımdır.

"Türkiyə əsasən NATO silahları ilə təchiz olunub," - Taron Hovhannisyan deyr.

"Bildiyimiz kimi, Azərbaycanda əsasən Sovet/Rusiya istehsalı olan silahlardır. Hava hücumundan müdafiəyə aid bəzi təmas nöqtələri var, ola bilsin diqqəti bu mövzuya yönəltməyə çalışacaqlar".

                                          Türkiyə və Azərbaycan "hərəkətə keçdi"

Təlimlər haqqında yazan bəzi türk qəzetləri Azərbaycan və Türkiyənin konkret hərbi əməkdaşlığa başladığını qeyd edir. Bunun misalını Vatan qəzetinin başlığında görmək olar: “Və tamamlandı! Türkiyə və Azərbaycan hərəkətə keçdi”.

“Hazırlıqlar tamamlandı! Türkiyə və Azərbaycandan ortaq təlimlər,” - yazan Milliyet nəşri Naxçıvana gələn türk əsgərlərinin təntənəli qəbulunu təsvir edən video yayıb.

Akşam qəzeti isə təlimlər barədə öz yazısının başlığına Azərbaycan rəsmisinin sözlərini çıxarır: “Azərbaycan Prezidentinin köməkçisi Hacıyevin Türkiyə ilə ortaq təlimlər açıqlaması: düşmənə güclü bir mesaj verəcək”.

Hüriyyetin "Ermənistana qarşı göz dağı: Azərbaycanla nəhəng təlim" başlıqlı xəbərində deyilir ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz bölgəsində aparılan döyüşlərdən sonrakı gərginlik ardınca Türkiyə Bakıya dəstəyini göstərməyə qərar verdi.

Bu çərçivədə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı ortaq təlimləri Ermənistana "göz dağı olacaq," - Hürriyet nəşrinin yazarı Uğur Erqanın məqaləsində deyilir.

Azərbaycan və Türkiyənin manevrləri kontekstində bir çox yazıda Tovuzda baş verən döyüşlər və Rusiya qoşunlarının Qafqazlardakı son təlimləri də yada salınır.

Eadaily nəşri Rusiyanın Şimali və Cənubi Qafqazda batalyon taktiki təlimlərində 5 min əsgərin iştirak etdiyini qeyd edir. Məqaləyə əsasən, "Qafqaz-2020" genişmiqyaslı təlimlərə hazırlıq sayılan bu manevrlər Dağıstan, Şimali Osetiya, Çeçenistan, Abxaziya və Cənubi Osetiyada keçirilib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam