Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“TÜRKİYƏ-AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ YARADILSIN!” –Partiya sədrinin iqtidara təkliflər paketi

 

 Azərbaycan Respublikasının mövcud durumda ilk növbədə atmalı olduğu kompleks qəti addımlar haqqında

Yenixeber.org: Azərbaycan Respublikası mövcud qlobal, regional və lokal durumu və onların başlıca inkişaf meyllərini nəzərə alaraq, vaxt itirmədən aşağıdakı kompleks qəti addımları atmalıdır:

Siyasi sahədə:

- Yaranmış mövcud hərbi-siyasi durum, işğal altındakı torpaqlarımızın azad edilməsi, pozulmuş suverenliyimizin və sərhədlərimizin toxunulmazlığının bərpa edilməsi və müstəqilliyimizin möhkəmləndirilməsi başda olmaqla, Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsilə bağlı predmetli siyasi dialoq başladılmalı;

- “Azərbaycan Respublikasının demokratiyaya yumşaq keçid strategiyası” qəbul edilməli (https://strateq.az/siyaset/429209/sulhəddin-əkbər-demokratiyaya-yumsaq-kecid-strategiyasini-pa-ya-təqdim-etdi.html);

- Ali dövlət hakimiyyəti orqanları başda olmaqla, Azərbaycan Respublikasının bütün hakimiyyət orqanları Rusiyanın “5-ci kolonu”ndan təmizlənməli;

- Yeni assimilyasiya siyasətinə – “dərin düşmənçiliyə”, rus dilində təhsilin təşviq edilməsinə, kadrların yerləşdirilməsində rusdilli və “rusbaşlı” kadrlara öncəlik verilməsinə dərhal son verilməli;

- Əksinə, milli siyasətin həyata keçirilməsinə başlamalı, rəsmi dövlət dilində – ana dilimizdə təhsil təşviq edilməli, kadrların yerləşdirilməsində türkdilli və “türkbaşlı”, yəni milli kadrlara öncəlik verilməli; - Ən başlıcası, Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinin I bəndi – “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” müddəası təmin edilməli;

- Başda dövlət başçısı olmaqla, Azərbaycan Respublikasının bütün hakimiyyət orqanları yalnız öz xalqına arxalanmalı, onun iradəsini ifadə etməli;

- Öz fəaliyyətində milli maraqları, “Hər şey Vətən üçün!”, “Hər şey qələbə üçün!” şüarlarını rəhbər tutmalı;

Siyasi-diplomatik sahədə:

- Demokratik siyasi strateji seçim edən, “Azərbaycan Respublikasının demokratiyaya yumşaq keçid strategiyası”nı qəbul edən rəsmi Bakı, eyni zamanda kompleks aktiv siyasi-diplomatik fəaliyyətə başlamalı;

- Avropa Birliyi ilə Assosiasiya Sazişinin müzakirəsinə başlamalı;

- NATO ilə aktiv, intensiv siyasi dialoqa, “30+1” formatında məsləhətləşmələrə, ümumiyyətlə münasibətlərin qarşılıqlı etimad və etibar doğuran yeni, daha yüksək səviyyədə qurulması üçün əhatəli və dərin danışıqlara başlamalı;

- ABŞ-la siyasi-diplomatik münasibətlərin yeni, daha yüksək səviyyədə qurulması üçün aktiv, intensiv siyasi dialoqa başlamalı;

- İsrail və dünya yəhudiliyi ilə mövcud yaxşı münasibətləri yeni, daha yüksək səviyyəyə qaldırmalı;

- Təbii müttəfiqimiz qardaş Türkiyə ilə siyasi-strateji müttəfiqlik münasibətlərinin qurulmasına öncəlik verməli;

- Türkiyə-Azərbaycan-Gürcüstan üçlü formatını strateji öncəliklər səviyyəsinə qaldırmalı;

- Qardaş Pakistanla qarşılıqlı etimad və etibara dayanan mövcud yaxşı münasibətləri institusional əsaslara oturtmalı;

- İİR-ə yönəlik siyasətdə Azərbaycan türkləri amilini aktiv, səmərəli və effektli ictimai-siyasi təsir amilinə çevirməli;

Müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsində:

- Yaranmış mövcud hərbi-siyasi durumu də nəzərə alaraq, Avropa Birliyi ilə enerji təhlükəsizliyilə, rus-erməni təhdidi altına düşən regional enerji infrastrukturunun mühafizəsilə, ümumiyyətlə enerji, nəqliyyat və kommunikasiya təhlükəsizliyilə bağlı intensiv məsləhətləşmələrə başlamalı;

- Paralel olaraq, bu aktual məsələ və problemlərlə əlaqədar NATO ilə “30+1” formatında intensiv məsləhətləşmələrə başlamalı;

- Cənubi Qafqaz və Xəzərin regional enerji, nəqliyyat və kommunikasiya təhlükəsizliyilə bağlı həm kollektiv (AB və NATO), həm üçtərəfli (Türkiyə-Azərbaycan-Gürcüstan), həm də ikitərəfli (ABŞ, Türkiyə, BB və İsrail) səviyyələrdə intensiv məsləhətləşmələrə başlamalı;

- Bu məsləhətləşmələrin nəticəsində həyati vacib regional enerji, nəqliyyat və kommunikasiya sistemlərinin etibarlı, səmərəli və effektli mühafizə və müdafiəsi təmin olunmalı;

- Xəzərdən Avropayadək uzanan, güclü, səmərəli və effektli perspektiv vəd edən bu regional təhlükəsizlik komponentindən ümumiyyətlə ölkəmizin müdafiə və təhlükəsizliyinin gücləndirilməsi üçün maksimal səviyyədə istifadə olunmalı;

- Gürcüstan və Ukrayna təcrübəsi də nəzərə alınmaqla, NATO ilə münasibətlər yeni səviyyədə qurulmalı, genişləndirilmiş və dərinləşdirilmiş NATO-Azərbaycan özəl tərəfdaşlığı yaradılmalı;

- ABŞ-la strateji tərəfdaşlıq sazişinin imzalanması, onun NATO-dan kənar əsas müttəfiqi statusunun alınması üçün intensiv danışıqlara başlamalı;

- İsraillə müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsində münasibətlər daha yüksək səviyyəyə qaldırılmalı;

- Ən başlıcası, təbii müttəfiqimiz olan qardaş Türkiyə ilə hərbi müttəfiqlik sazişi imzalanmalı, ölkəmizdə (ilk növbədə, Naxçıvan, Gəncə və Abşeronda) onun hərbi quru, hava və dəniz bazaları, strateji silah ehtiyatları (anbarları) və birləşmiş Türkiyə-Azərbaycan silahlı qüvvələri yaradılmalı (bu işə bir briqadanın – “Türkaz” və ya “Aztürk” briqadasının yaradılması ilə başlamaq olar);

- Ümumiyyətlə, Azərbaycan Respublikası strateji zaman, məkan və güc üçlüyünü nəzərə almalı, Türkiyə Cümhuriyyəti ilə strateji (hərtərəfli – geniş və dərin) müttəfiqlik münasibətləri qurmalı;

Qardaş Pakistanla, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqaviləyə uyğun, strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsi imzalamalı;

- Ümumiyyətlə, müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsində bütün tərəfdaşları və müttəfiqlərilə münasibət və əlaqələri yeni, daha yüksək səviyyədə qurmalı;

- Azərbaycan Respublikası vaxt itirmədən müasir peşəkar ordu quruculuğuna keçməli;

- Strateji müharibə aparma qabiliyyət və imkanlarına sahib Xüsusi Əməliyyat Qüvvələri yaratmalı;

- Müasir kiber kəşfiyyat və təhlükəsizlik qurumları yaratmalı;

- Müasir tələblərə cavab verən hərbi kəşfiyyat və təhlükəsizlik qurumları yaratmalı;

- Ən başlıcası, müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsində köklü təmizlik işi aparmalı, iş başına bu siyasəti həyata keçirə biləcək milli kadrları gətirməli;

İqtisadi sahədə:

- Həqiqətən, sosial yönlü liberal iqtisadi sistemə keçid haqqında qəti və geridönməz qərar verməli;

- Başda mülkiyyət və təşəbbüs azadlığı olmaqla, iqtisadi azadlıqları təmin etməli;

- “Üçbaşlı əjdaha” – inhisarçılıq, korrupsiya və gizli iqtisadiyyatla qətiyyətli, köklü, sistemli, kompleks, ardıcıl və davamlı mübarizə aparmalı;

- Kiçik və orta biznesin inkişafını hərtərəfli dəstəkləməli;

- Postneft dövrünə keçid strategiyası işləyib hazırlamalı, qəbul etməli və vaxt itirmədən həyata keçirməyə başlamalı;

- Qeyri-neft sektorunun inkişafına dəstək verilməsinə, həqiqətən, öncəlik verməli;

- Müasir dünyanın rəqəmsal iqtisadiyyata keçidini gözardı etməməli və geri qalmamalı;

- Texnoloji inkişafa, xüsusilə informasiya texnologiyalarının, süni intellektin, kiber kəşfiyyat və təhlükəsizlik texnologiyalarının, nanotexnologiyaların, atom enerjisinin, bərpa olunan enerji sahələrinin, kosmosun, müasir hərbi texnologiyaların və bu kimi digər perspektivli sahələrin inkişafına öncəlik verməli;

Sosial sahədə:

- İnsan mərkəzli, humanist sosial rifah sisteminin qurulmasına öncəlik verməli;

- Eyni zamanda cəmiyyətdəki mövcud sosial uçurumun, kəskin bərabərsizliyin ortadan qaldırılması yönündə təxirəsalınmaz addımlar atmalı, sosial bərabərlik, ədalət və rifahın təmin edilməsinə, sosial sülh, sabitlik və təhlükəsizliyin yaradılmasına öncəlik verməli;

- Bu səbəblə, cəmiyyətin orta dirəyi, sosial sabitliyin təminatçısı olan orta təbəqənin yaradılmasına öncəlik verməli, onun inkişaf etdirilib möhkəmləndirilməsini təşviq etməli;

- Cəmiyyətin aşağı təbəqəsinin sosial təminat və müdafiə sistemini yenidən qurmalı, bu sistem yeni dövrün tələblərinə cavab verməli;

- Dövlət, cəmiyyət və iş həyatında yürüdülən anti-milli sosial, ələlxüsus sosial-mədəni ayrı-seçkilik siyasətinə (xüsusilə rusdillilərə yönəlik pozitiv ayrı-seçkiliyə) dərhal son verməli;

Milli həmrəylik və birliyin yaradılması sahəsində:

- Çox gec olsa da, nəzəri və siyasi hazırlıqlar görməli, milli ideologiya və milli ideoloji siyasət işləyib hazırlamalı;

- Vaxt itirmədən həyata keçirməyə başlamalı, milli həmrəylik və birliyin yaradılması, millətin böyük sinergetik gücünün ortaya çıxarılması öncəlikli vəzifəsi, milli siyasətin həyata keçirilməsi, aktual milli məsələ və problemlərin həll edilməsi üçün əlverişli şəraitin yaradılması isə öncəlikli hədəfi olmalı;

- Bu əlverişli şəraitdə, həqiqətən, milli siyasət həyata keçirməyə, aktual milli məsələ və problemləri həll etməyə, ən başlıcası, milli dövlət quruculuğuna başlamalı;

- Və bu işdə ilk növbədə millətə – milli iradəyə, milli həmrəylik və birliyə, milli kadrlara arxalanmalıdır.

Sülhəddin Əkbər,

Azad Demokratlar Partiyasının sədri

16 iyul 2020-ci il


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam