Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya kosmik sənayesi ABŞ özəl sektoruna necə uduzdu?-FOTOLAR

 

“SpaceX” ABŞ-ın Rusiyanın “Soyuz” raketlərindən, “Blue Origin” isə Rusiya raket mühərriklərindən asılılığına son qoyur

Yenixeber.org: Bu il mayın 30-da ABŞ-da İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti kosmosa ilk dəfə insan göndərən özəl şirkət kimi tarixə düşdü. (Təbii ki, dövlət qurumu NASA ilə əməkdaşlıq şəraitində.) ABŞ 2011-ci ildə, Obama dövründə, özünün çoxistifadəli kosmik gəmilərinin istismarını dayandırmışdı və astronavtlarını Rusiyanın “Soyuz” raketləri ilə kosmosa göndərirdi. Rusiya bu sahədə alternativsiz olduğu üçün hər dəfə qiyməti artırırdı, bir astronavtı Beynəlxalq Kosmik Stansiyaya aparıb-gətirməyin qiymətini son olaraq, 86 milyon dollara qaldırmışdı. Artıq Rusiyadan bu asılılığa son qoyulur.

İndi ABŞ Rusiya istehsalı olan RD-180 və RD-181 raket mühərriklərinin istifadəsini də dayandırmağa hazırlaşır. Dünyanın ən zəngin adamı, “Amazon”un sahibi Ceff Bezosun kosmik sənaye sahəsində fəaliyyət göstərən “Blue Origin” şirkəti Rusiya mühərriklərini əvəz edəcək BE-4 mühərrikinin istehsalına başlayıb və ilk nümunəni sınaq uçuşu üçün “United Launch Alliance” (ULA) şirkətinə təqdm edib. ULA “Boeing” və “Lockheed Martin”in birgə müəssisədiri və dövlətin (Pentaqon, kəşfiyyat) sifarişi ilə müntəzəm olaraq orbitə peyklər çıxarır.

RD-180 və RD-181 mühərrikləri SSRİ kosmik sənayesinin məhsulu olan və “Enerqiya” ağr daşıyıcı raketlərində istifadə edilmiş RD-170-in bazasında, “Roskosmos”un (Kosmik fəaliyyət  üzrə dövlət korporasiyası) “Enerqomaş” müəssisəsi tərəfindən hazırlanıb. ABŞ RD-180-i özünün “Atlas” raketlərinin, RD-181-i isə “Antares”lərin buraxılışında istifadə edirdi. 1997-ci ildə iki ölkə arasında 1 milyard dollar dəyərində 101 ədəd RD-180 mühərrikinin istehsalı və ABŞ-a satışı ilə bağlı razılıq əldə olunub. 2006-cı ildə ABŞ bu mühərrikdən daha 18 ədəd sifariş verib. 2014-cü ildə isə 60 ədəd RD-181 mühərrikinin istehsalı və ABŞ-a göndərilməsi ilə bağlı dəyəri 1 milyard dollar civarında olan müqavilıə bağlanıb.

2014-cü il Ukrayna hadisələrindən sonra ABŞ Konqresi “Roskosmos”a da sanksiya tətbiq etdi, lakin Rusiya raket mühərriklərinin alternativi olmadığından, az sonra əməkdaşlığın bu istiqaməti sanksiyaların təsirindən çıxarıldı. Amma Konqres NASA və Pentaqona tapşırdı ki, 2022-ci ilin sonuna qədər Rusiya mühərriklərinin istifadəsini dayandırsın. İndi belə görünür ki, dövlət qurumları bu tapşırığa vaxtında əməl edə biləcəklər.

Bəs, ABŞ niyə Rusiya raket mühərriklərini almağa qərar vermişdi?

Əsas səbəb bu idi ki, ABŞ SSRİ-nin dağılmasından sonra sovet kosmik sənayesinin nailiyyətlərinin və raket texnologiyalarının Çinin əlinə keçməsindən, alimlərin İran, Şimali Koreya kimi ölkələrin raket proqramlarına cəlb olunmasından ehtiyatlanırdı. Əgər ABŞ Rusiya kosmik sənayesinin əsas sifarişçisi olmasaydı, bu sahənin 90-cı illərdə Çinin nəzarətinə keçməsi, rusiyalı mühəndis-alimlərin ora-bura dağılışması, “təhlükəli” ölkələrə getməsi qaçılmaz olacaqdı. Digər tərəfdən, Rusiya mühərriklərinin qiyməti və texniki xüsusiyyətləri də ABŞ-ı qane edirdi: amerikalılar daxildə böyük xərclərə getmədən daha az pula Rusiyadan bu mühərrikləri əldə edirdilər. Lakin Rusiyanın revanşist siyasətə keçməsi və Ukrayna hadisələrindən sonra işin rəngi dəyişdi, geopolitik maraqlar məsələnin iqtisadi-maliyyə tərəflərindən daha çox önə çıxdı və Rusiyanı dayandırmaq-cəzalandırmaq qərara alındı.

Başqa bir məqam budur ki, artıq ABŞ-da “Atlas” ağır raketlərinə tələbat azalır və onları “SpaceX” tərəfindən hazırlanan daha ucuz “Falcon-9” və “Falcon Heavy” raketləri əvəzləyir. Bui il isə “United Launch Alliance” tərəfindən hazırlanan “Vulcan Centaur” raketinin ilk buraxılışı planlaşdırılıb. BE-4 mühərriklərinin məhz bu raketlərdə istifadə olunması nəzərdə tutulub. Ən mühüm məqamlardan biri də Rusiya raket mühərriklərinin köhnəlməsi və onların dövrünün yavaş-yavaş sona çatmasıdır. Bu, mötəbər şəxsin – “Enerqomaş”ın baş direktoru İqor Arbuzovun etirafıdır. O bildirib ki, Rusiya raket mühərriklərinin güc aqreqatı kerosin yanacağı ilə çalışdığı halda, ABŞ-ın BE-4-ləri metan-oksigen qarışığı ilə işləyir. Arbuzov metanla çalışan raketlərin daha perspektivli olduğunu və bu sahədə geri qaldıqlarını deyir.

“Enerqomaş”ın gəlirlərinin yarıdan çoxu xarici sifarişlərdən (ABŞ başda olmaqla) daxil olur. Məsələn, 2018-ci ildə müəssisə 19 raket mühərriki istehsal edib ki, bunların 17-si ABŞ-ın, 2-si Rusiya hökumətinin sifarişi olub. “Roskomos”un rəhbəri Dmitri Roqozin hələ 2019-cu ilin sentyabrında lovğalanaraq bildirirdi ki, ABŞ-a mühərrikləri 3 dəfə baha qiymətə satırıq. (Halbuki 2 il əvvəldən – 2017-ci ilin oktyabrından artıq “Blue Origin” BE-4-ün sınaqlarına başlamışdı.) 2014-cü ildə ABŞ “Roskomos”a sanksiya tətbiq edəndə isə Roqozin Twitter-də yazmışdı: “ABŞ-a təklif edirəm ki, öz astronavtlarını Beynəlxalq Kosmik Stansiyaya batutla göndərsin.” (Batut akrobatların, gimnastların yuxarı tullanmaq üçün istifadə etdikləri, əyləncə sektorunda da istifadə olunan qurğudur. Kosmonavtların hazırlığı zamanı da bu qurğudan yararlanırlar.)

Roqozinin bu ironiyasına cavab 6 il sonra gəldi. “SpaceX” bu il mayın axırı 2 astronavtı kosmosa göndərdikdən sonra İlon Mask zarafatla bildirdi ki, “batut işləyir.” Növbəti cavab Bezosdan gəlir…

Rusiya rəsmi təbliğatının Putin dövrü ilə bağlı məşhur bir tezisi var: “Rossiya vstala s kolen.” Lakin ölkənin bugünkü durumu, o cümlədən bir vaxtlar (sovet dövründə) dünya lideri olmuş kosmik sənayenin rəqib dövlətin özəl şirkətlərindən geri qalması və böhrana daxil olması Rusiyanın ayağa qalxdığı barədə propaqandist tezisə şübhə etməyə əsas verir. Putin əvvəlki prezidentlik müddətlərini sıfırlayan və ona 2024-cü ildən sonra daha iki müddətə (6+6) prezident seçilmək hüququ verən Konstitusiya dəyişikliyini belə əsaslandırdı ki, “mən getsəm, ölkə dağılar.” (Konkret bu cür deməsə də, söylədiklərinin anlamı bu idi.) Bu, necə ayağa qalxmaqdır ki, o boyda dövlətin taleyi bir nəfərdən asılı hala gəlib?!

Şahin Cəfərli

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam