Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İki şirkət gələn il dünya orbitinə səyahət turlarına -start verəcək

 

“SpaceX” və “Space Adventures” kosmos turizm şirkəti 2021-ci ildə turistləri dünya orbitinə aparacaq səfərlərə start verəcəyini elan edib.

Yenixeber.org: Turistlər “Crew Dragon” adlı kapsulda səyahət edəcəklər.

“SpaceX” rəhbəri Qvinn Şotvell “Space Adventures” şirkəti ilə əməkdaşlığa dair bunları söyləyib: “Bu tarixi vəzifə onu xəyal edən bütün insanlar üçün kosmos uçuşunu mümkün edəcək. “Space Adventures” komandası ilə bu vəzifəni yerinə yetirməkdən qürur duyuruq”.

Q.Şotvell bildirib ki, səyahətin müddəti müştərilərin istədikləri qədər olacaq.

Qeyd edək ki, 1998-ci ildə yaradılan “Space Adventures” şirkəti indiyədək Rusiyanın “Soyuz” kosmik raketlərində Beynəlxalq Kosmos Stansiyasına (ISS) 7 turist göndərib.

“SpaceX” şirkəti isə “Crew Dragon” kosmik gəmisində səyahət edən turistlərin sayının həmişəkindən daha çox, yəni 4 nəfər olacağını vurğulayıb.

“Crew Dragon” kapsulunda kosmosa səyahətin turistlər üçün nəzərdə tutulan məbləği barədə dəqiq məlumat hələlik verilməsə də, qiymətin 62 milyon ABŞ dollarından baha olacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam