Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Koronavirusun unutdurduğu 5 konflikt böyüməyə davam edir-FOTOLAR

 

 "Covid-19" pandemiyası az qala bütün dünyanın probleminə çevriləndən bəri millətlərarası konfliktlərin bəziləri diqqətdən kənarda qalıb.

Yenixeber.org: Bunu təbii hesab etmək olar, çünki pandemiya dünya miqyasında 300 min insanın ölümünə səbəb olub, ölkələrin iqtisadiyyatını kiçildib. Digər tərəfdən toplumların necə təşkilatlanması və ünsiyyət davranışlarımızla bağlı suallar da aktullaşıb.

Nəticə etibarilə bəzi qlobal konfliktlər gündəmdən çıxıb. Ancaq onlar böyüməkdə davam edib və bəzilərini həll etmək artıq mümkün olmaya bilər.

Bəzi ölkələr koronavirus pandemiyasını fürsətə çevirdi. Dünyanın başı infeksiyayla mübarizəyə qarışmışkən onlar çoxdan planlaşdırdıqları, amma beynəlxalq aləmin etirazlarına görə reallaşdıra bilmədikləri məqsədlərinə doğru addımlar atmağa başladılar.

Bundan sonrakı aylarda diqqətdə saxlmalı olduğumuz 5 problem:

                                     Nüvə silahı yarışı yenidən başlayırmı?

2021-ci ilin fevral ayında uzaq mənzilli nüvə silahlarından istifadəni məhdudlaşdıran Strateji Silahların Azaldılması Sazişinin ("Yeni Başlanğıc") müddəti bitir. ABŞ və Rusiya bu sazişdən bir-birinə qarşı təhdid vasitəsi kimi istifadə edirlər.

Onun təzələnməsi üçün yeni müzakirələr başlamalıdır, vaxtsa azalmaqdadır. Bu, kütləvi qırğın silahlarıyla bağlı Soyuq müharibə dövründən sonra 45 il davam edən yeganə müqavilədir.

Razılaşmanın müddəti uzadılmazsa, məcburi məhdudiyyətlərin və şəffaflığın olmadığı mühitdə ortaya yeni bir nüvə silahı yarışı çıxara bilər. Hazırda son dərəcə sürətli hərəkət edə bilən hipersonik raketlər üzərində iş davam edir. Nüsvə silahı təhlükəsini artıran səbəblərdən biri də budur.

Rusiya sazişi yeniləməyə maraqlı tərəf kimi görünür. Prosedurlar baxımından bunu etmək çox asandır.

Ancaq Trump administrasiyası "Yeni başlanğıc"ı indiki halında təzələməyin tərəfdarı deyil, sazişə Çinin də qoşulmasını istəyir. Ancaq bu ölkənin belə bir niyyəti yoxdur.

Sazişin müddətinin bitməsinə bir ildən də az vaxt qalıb və bu müddət ərzində yeni bir əhatəli layihə hazırlamaq artıq mümkün olmaya bilər.

Rəsmi Vaşinqtonun mövqeyində dəyişiklik olmasa, ya da noyabrda keçiriləcək seçkilərdə başqa biri prezident seçilərsə və o da müqavilənin yenilənməsini istəməzsə, "Yeni başlanğıc" tarixə qovuşa bilər.

                                         İranla münasibətlər gərginləşir

ABŞ İranla P5+1 ölkələri arasında imzalanmış nüvə müqaviləsindən çıxandan sonra yaranmış gərginlik artmaqda davam edir.

BMT-nin embarqosuna görə bir çox ölkə İrana müasir silahlar sata bilmir. Ancaq yeni nüvə sazişini dəstəkləyən təşkilatın bununla bağlı qadağaları bu ilin oktyabr ayının 18-də sona çatır.

ABŞ embarqonun uzadılmasını tələb edərsə, bu, "çox böyük nəticələrə gətirib çıxaracaq" - İran prezidenti Həsən Runani belə deyib.

Ancaq, böyük ehtimal, BMT Təhlükəsizlik Şurasının üzvü olan Rusiya ABŞ-ın təklifinə veto qoyacaq. Bu halda Amerika nüvə razılaşmasından sonra vəziyyəti nisbətən yaxşılaşan İrana qarşı iqtisadi embarqoların yenidən genişləndirilməsi və sərtləşdirilməsi tələbiylə çıxış edə, bu məqsədlə Avropa ölkələrinə təzyiqi artıra bilər.

Trump-ın takstikası o qədər də gözlənilməz deyil. Nüvə razılaşmasından çəkiləndən sonra ABŞ İranla münasibətləri gərginləşdirən addımlar atmağa davam edib. İransa razılaşmanın bəzi maddələrini pozmaqdan çəkinməyib. Ancaq bunlar bərpası mümkün pozuntulardır.

Hazırda Trump administrasiyası İranın bütün maddələrə əməl etməsini istəyir və bu baş verməzsə, yeni sanksiyaların tətbiqini təklif edir. Trump-dan əvvəlki ABŞ prezidenti Barack Obamanın dövründə yüksək post tutmuş məmurlardan biri Trump-ın "Həm qarnım doysun, həm çörəyim bütöv qalsın" mövqeyi sərgilədiyini deyir.

ABŞ və İran arasındakı gərginliyin artması ABŞ və Avropa ölkələri arasındakı problemləri də böyüdə bilər.

Məsələnin başqa bir tərəfisə budur ki, İrana qarşı silah embarqosu nə onun regional siyasətinə, nə də dəstək verdiyi qrupları silahlandırmaq imkanlarına təsir edib.

                                     Qərb sahilini İsrailin ilhaq etmək qərarı

Benyamin Netanyahu koalisiya hökumətinin baş naziri seçildiyi üçün İsraildəki bütün seçki kampaniyalarında səsləndirilən Qərb sahilini ilhaq etmək qərarı bir müddət gündəmdən çıxmışdı.

Ancaq Netanyahu diqqəti özü haqqında korrupsiya ittihamlarından yayındırmaq üçün ilhaq ideyasını təkrar səsləndirir.

Halbuki Qərb sahilinin ilhaq edilməsi İsrail və Fələstin arasında uzunmüddətli sülh üçün yeganə şans hesab olunan "iki dövlətli həll" planını tamamən mümkünsüzləşdirər.

Natanyahunun fəallaşması fələstinliləri bəzi Avropa hökumətləriylə danışıqlara sövq edib - ilhaq reallaşarsa, İsrailə qarşı sanksiyalar tətbiq edilməsini istəyirlər.

Ancaq bu məsələdə də Trump administrasiyasının mövqeyi əsas olacaq.

Şübhə yoxdur ki, Netanyahunu bu plana Donald Trump-ın daha əvvəlki qərarları ilhamlandırıb. ABŞ prezidenti İsrail və Suriya arasında mübahisə mövzusu olan Qolan təpələrinin birincisi tərəfindən ilhaq edilməsini dəstəkləmiş və Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını açıqlayaraq Amerikanın bu ölkədəki səfirliyini Təl-Əvivdən Qüdsə keçirmişdi.

Hazırda rəsmi Vaşinqton İsrailə Fələstində dövlət qurulmasıyla bağlı danışıqlara başlamağı təklif edir və deyir ki, Qərb sahilinin bəzi bölgələrinin ilhaqını ancaq bu şərtlə dəstəkləyə bilər.

 

Bəzi mütəxəssislər hesab edirlər ki, Netanyahu Qərb sahili məsələsindən seçkidə mühafizıkarların və milliyyətçilərin səsini almaq üçün istifad edir. Yəni onun geri addım atması mümkün variantdır. Bundan başqa, ilhaq mövzusunda Netanyahuya dəstək verən qatı millətçilər Fələstin dövləti yaratmaqla bağlı müzakirələrə qətiyyən müsbət yanaşmazlar.

Yaxın gələcəkdə bu məsələ xeyli sayda problem yarada bilər.

                                          Brexit: problemlər həll olunmayıb

Britaniyanın Avropa Birliyindən (AB) çıxmasını ifadə edən "brexit" sözünü unutmuş kimiyik.

Ancaq vaxt azalmaqdadır. Britaniyanın birlikdən çıxmasına ayrılan müddət 31 dekabrda başa çatır. AB-nin bu ölkəylə gələcək münasibətlərini müəyyənləşdirəcək danışıqlar aşkar bir qeyri-müəyyənlik içində başlamışdı. Əlaqələrlə bağlı qeyri-müəyyənlik bu gün də davam edir, baz nazir Boris Consonsa keçid prosesini uzatmaq üçün hər hansı təşəbbüsdə bulunmayıb.

Ancaq koronavirus pandemiyası "brexit"lə bağlı təsəvvürləri tamamilə dəyişdi. Çünki pandemiyanın da təsiriylə bu proses uzun illər davam edəcək iqtisadi durğunluğa səbəb ola bilər. Ona görə də Britaniyada əvvəlki mübahisələrə qayıtmaq həvəsi müşahidə olunmur.

Hazırda həm AB ölkələri, həm də Britaniya pandemiyayla mübarizə aparmaqdadır. AB ölkələriylə müqayisədə İngiltərə bu məsələdə çox da yaxşı nümunə nümayiş etdirmir.

Britaniyanın AB-dən çıxması iki tərəf üçün də çətin vəziyyət yaradacaq. Ancaq özünə qapanan ölkələr, iqtisadi durğunluqlar, pandemiyanın gətirdiyi digər problemlər İngiltərə üçün əlavə çətinliklər meydana çıxaracaq. Amerika və ya Çin ona nə qədər kömək edə bilərlər? Bu dəyişikliklər müzakirələrin istiqamətini dəyişə bilər.

                                           Ən qlobal problem: iqlim dəyişikliyi

Pandemiyaya qarşı dünya miqyaslı tədbirlər kənarda böyüməyə davam edən ən qlobal problemlə ortaq mücadilə üçün nümunə ola bilər.

"Covid-19" infeksiyası dövründə bəzi ölkələr arasındakı gərginlik daha da artıb və bu, pandemiyadan sonra iqlim dəyişikliyi məsələsində əvvəllər də çox asan başa gəlməyən əməkdaşlıqlara əlavə risklər yaradıb.

İqlim dəyişikliyinə qarşı tədbirlərin bəzilərini - məsələn, BMT-nin təşkil etdiyi önəmli konfransları reallaşdırmaq indi çox da mümkün görünmür. Bu ilə planlaşdırılan bəzi tədbirlər də artıq gələn ilə kimi təxirə salınıb.

Bəs, beynəlxalq ictimaiyyətin bu məsələyə münasibəti dəyişdimi? Cəmiyyətlər artıq bu məsələylə bağlı daha təcili qərarlar vermək lazım gəldiyini düşünürlərmi? Bunu pandemiya bitəndən sonra görəcəyik.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam