Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Nüvə silahı ya hamı üçün qadağan edilməlidir,... ” -Ərdoğan

 

“Bu gün dünyada ədalətsizlik hökm sürür”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda bildirib.

R. T. Ərdoğan deyib ki, BMT İkinci Dünya müharibəsindən sonra ədalətsizliyi aradan qaldırmaq üçün qurulub: “Ancaq dünya aclıq, münaqişə, iqlim dəyişikliyi kimi problemlərin həllinə təsirini itirir. Dünyanın bir qismi lüks yaşayırsa, digər tərəfində aclıq, səfalət var. Bu, qəbul edilə bilməz. İki milyon insanın yoxsulluq, 1 milyon insanın aclıq həddində yaşaması qəbuledilməzdir. Dünyanın taleyi məhdud sayda ölkələrin ixtiyarına buraxıla bilməz. Dünya beşdən böyükdür”. 

Türkiyə Prezidenti qeyd edib ki, nüvə silahlarına malik olanların nüvə silahı olmayanları təhdid etməsi anlaşılandır: “Nüvə silahının tamamilə ləğv edilməsi yerinə hər böhranda bir vasitə kimi ortaya qoyulması düzgün deyil. Nüvə silahı ya hamı üçün qadağan edilməlidir, ya da hamı üçün əlçatan olmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam